image_pdfimage_print

Bugün Azərbaycan iqtisadiyyatı bəlkədə son 15 ildə ilk dəfə olaraq ciddi düşüş mərhələsini yaşayır. Real sektorun butün sahələri bu və ya digər formada biznesdə çətinliklər çəkirlər. Son vaxtlar istər bloqumuzda, istərsədən dostlarla söhbət zamanı məndən belə bir sual soruşurlar: “Sizcə bugün biznes açmaq olarmı?”. İstəyirəm bloqumuz vasitəsi ilə bu sual barədə düşündüklərimi Sizinlə paylaşım. Beləliklə…

İlk əvvəl qeyd etmək istəyirəm ki, biz bloqumuzda yalnız və yalnız şəxsi təcrübəmizdə etdiyimiz hadisələri yazıırıq. Necə dəyərlər bloqda yazılanlara müəllif öz iş (biznes) karyerası ilə cavabdehdir. Bu heç də, o demək deyil, mənim dediklərim doğrudur. Yox, qətiyyən yox. Mən sadəcə deyirəm ki, biz etdiklərimizi danışırıq.

Daha əvvəl yazılarımızın birində böhran dövründə rəqabət mühitinin daha zəif olması barədə danışmışdıq. İqtisadi böhran, statik, inkişafı meylli olmayan bizneslərə daha böyük ziyan vurur, çünki sahibkar əvvəl etdiklərini xatırlayır və hesab edir ki, yaşayan problemlərin kökündə məhz iqtisadi çətinlik dayanır. Amma əslində bu heçdə elə olmur. Böhran daha əvvəl biznesində problem olan şirkətlərə təsir edir. Yəni xəstə, orqanizmi zəif adamları “qrip” daha tez tutur. 

Keçək konkret suala: Böhran vaxtında biznes qurmaq doğrudurmu?!

CAVAB: Əlbəttə, doğrudur. Uğurlu bizneslərin hər biri əslində elə böhran zamanı qurulub və inkişaf edir. Mən elə bir biznes tanımıram ki, o sakit vaxtı qurulsun və inkişaf etsin. Biznesdə uğur hamının etmədiyi zaman, etmək və ya hamının bağladığı zaman, açmaqdır. 

Bilirsiz niyə?!

  1. Böhran zamanı bazar yenilik tələb edir. Yuxarıda qeyd etdiyimi kimi, böhran statik biznesləri daha tez təsir edir, çünki onların adaptasiya imkanları zəif olur. Yeni biznes açan insanların çox böyük bir üstünlükləri olur – onların hər şeyin yenisini, artıq xərc çəkmədən edə bilirlər. Böhran zaman, biznes konyuktura dəyişir və bu zaman yenilər üçün böyük üstünlüklər yaranır. Mövcud bir şeyi dəyişmək, hər zaman yenisini yaratmaqdan çətin olur, əsasənda biznesdə, çünki işçilərin (elə sahibkarında) beynini dəyişmək çətindir. Yeni yaranan biznes bazarın mövcud konyukturuna uyğun qurulduğu zaman, işlər daha sistematik gedir. İnkişaf dövründə bazarda yenilik etmək çox çətin və risklidir.
  2. Böhranda biznes açmaq üçün investitsiya daha az tələb edilir. Böhran zamanı yeni biznes açmaq üçün lazım olan xərclər (investitsiya) inkişaf dövrü ilə müqayisədə dəfələrlə az tələb edilir. Elementar iqtisadi nəzəriyyə məntiqinə görə, məhsula olan tələb azaldıqca onun qiyməti düşür. Həmçinin yeni biznes açanları sayı azaldıqca, bunun üçün lazım olan investitsiyada azalır. Misallarla fikrimi izah edim. Əgər inkişaf dövründə hansısa bir təhçizatçı 100% ödəniş və s. tələb edirsə, böhranda bu məsələ daha yumuşaq olur. Onsuzda yenilik edən yoxdur, onsuzda biznesdə ciddi düşünən yoxdur. Bu baxımdan düşünürəm ki, məhz böhran vaxtı daha az investitsiya ilə biznes qurmaq olar.
  3. Böhran zamanı daha asand resurslar əldə etmək olar. Böhran zamanı bazarda olan problemlər biznes etmək üçün lazımlı detalların daha asand yolda əldə edilməsini təmin edir. Məsələn, biz bilirik ki, insan (kadr) biznes üçün ən vacib elementlərdən biridir. Məzh böhran dövründə, güclü kadr tapmaq şansları çoxalır. İnkişaf dövründə yaxşı icarə yeri tapmaq mümkün deyil… özünüz fikir verin, məsələn Bakıda istər H. Əliyev (ingilab) və ya digər ticari yerlərdə arenda demək olar ki, yox edi… AMMA indi?! İndi şəhərdə yaxşı yerlər çoxdur. Kimin üçünsə, bu təhlükədir, amma bizim bloqun oxucuları üçün məncə şans. Düzdür?!
  4. Böhran rəqiblərin zəiflədir. Əgər inkişaf dövründə bazarda yeni iştirakçı varsa, rəqiblər dərhal öz hərəkətləri fikir verirlər. Səhvlərini düşünürlər və s. Böhran dövründə Siz asanlıqla bazara girib pay qazana bilərsiniz… və bu haqda heç kimin xəbəri olmaz. Rəqiblər elə düşünürlər ki, hər şeyin gunahı bazardadır… AMMA əslində qətiyyən elə deyil.

Əziz oxucu, əgər beyninizdə öz biznesinizi qurmaq və inkişaf etmək kimi fikirləriniz varsa, heç düşünmədən bunu icra edin. Əmin olun, iqtisadiyyatın istənilən mərhələsində biznesin uğurlu və uğursuz olma faktoru məhz Sizin işə yanaşmanızdır. İşi bilirsinizsə, işiniz gedəcək, tənbəl deyilsinizsə, işiniz gedəcək. Çalışaq öz zəifliklərimizi böhranın üstünə yıxmayaq. 

Hə birdə… Sizə bir əhvalat danışım. 2008-2009-cü illərdə maliyyə böhranı olan vaxtlar mən Embawood şirkətinin Rusiya nümayəndəliyinin rəhbəri edim. O vaxt Rusiyada böhran olmamışdan… mənə elə gəlirdi ki, hər yerdə güclü böhran var. Elə bilirdim Rusiya batır və bizim biznesdə olan problemlər məhz böhrana görədir. Əslində isə…, əslində isə səbəb daha sadə edi. Səbəb bizim Rusiya biznes modelimizin bazarın ehtiyyaclarına uyğun olmaması edi. Demək istəyirəm ki, böhran zəif biznesləri məhz edir… güclü bizneslərin inkişafına təsir edir, amma bu qısa müddətli olur. Güclü biznes, düzgün biznes model heç vaxt biznesdə problem yaratmır.

Əziz oxucu, hərəkət edin, qorxan gözə çöp düşər!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] var, sənində filan-filan-filan imkanların, Rafiqdə filan şeyi bilir. Özdə əsl vaxtdır, böhrandır, insanlar belə-belə-belə […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close