image_pdfimage_print

Qlobal pərakəndəçi brendlər içərisində İKEA bəlkədə ən maraqlı brend kommunikasiya quranlardandır. Butün kommunikasiyalarda incə yumor hiss edilsədə, əslində İKEA dünyada olan qlobal trendlərin üzərində öz kommunikasiyasını qurur. Rusiya bazarında yaratdığı вместокафе (kafə yerinə) belə istiqamətlərdəndir. Əziz oxucu, istəyirəm Sizə sözü gedən kampaniya barədə danışım.

Əlbəttə, videodanda göründüyü kimi brend Rusiya bazarında özünün əsas rəntabelli məhsulu olan mətbəx mebellərinin satışı artırmaq üçün xüsusi konsepsiya təklif edir. Məntiq çox sadədir, Rusiya keçmiş sovet imperiyasının paytaxtı kimi, çoxsaylə “xırda” ölçülü mətbəxlərlə dolu (mətbəx dediz, yadıma German Studio düşdü) mənzillər ölkəsidir. Sovet tikinti sistemində mətbəx yalnız yemək bişirmi yeri hesab edilirdi. Bəs bugün, Bugün mətbəx nədir?

  • Mətbəx ailənin ən çox birlikdə vaxt keçirdiyi yerdir;
  • Mətbəx ləziz yeməklərin hazırlandığı yerdir;
  • Mətbəx yemək yeyildiyi yerdir;
  • Mətbəx ailənin dincəldiyi yerdir;
  • Mətbəx mənzilin ürəyidir… və s.

Sırf mebel və ya ev əşyaları satan brend üçün mətbəxin kommersiya dəyərləridə çox vacibdir. Ev üçün alınan ilk əşya təmirdən sonra mətbəx olur və adətən evin digər əşyalarıda mətbəx alındığı yerdən alınır.

Mətbəx mebeli satılan zaman, məişət texnikası, müxtəlif aksessuarlar satmaq daha asand olur və s. Bunu biz biliriksə, deməli İKEA markeitnqi yumşaq desək “dünəndən” bilir. Bilir və bildiyi üçün mətbəx üçün 2016-ci ilin kommunikasiyasında böyük yer ayırır.

Təsəvvür edin, İKEA Moskva, S-Peterburg, Kazan, Ekaterinburg “milyon” çox əhalisi olan şəhər mərkəzlərində restoran tipində yerlər icarəyə götürülür. Bu yerləri İKEA tərəfindən mətbəx və mətbəx üçün lazım olan digər şeylər qoyulur. İstifadəçilərə PULSUZ olaraq verilir. Təsəvvür edirsiniz?!

Məntiq çox sadədir, İKEA brendi mətbəx sözü ilə sinonomləşir. İKEA brendi əyləncə, ailə, xoş anlar kimi müsbət assosasiyalarla eyniləşir. Rus psixoloqiyasında ad günlərinin rolu çox olduğu üçün, İKEA bu tip restoranlarda ad günlərinin keçirilməsinə önəm verir. Brend özünü lazım olan istiqamətlərdə mövqeyləndirir.

Əziz oxucu, qlobal brendləri izləmək, onların qurduqları konsepsiyaları düzgün və yerində başa düşmək, Azərbaycan kimi kiçik bazarlarının böyük marketoloqlarına vacibdir. İkinci dəfə velosiped ixtira etməkdənsə, ixtira edilən butün velosipedlərin vaxtını və harda satıldığını bilmək lazımdır, düzdür?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close