image_pdfimage_print

Əziz oxucu, əminəm ki, Sizdə mənimlə razılaşarsınız ki, musiqi ruhun qidasıdır. İnsanın yemək, su, yuxu və s. kimi ehtiyyacları ilə yanaşı musiqi ehtiyyacıda var. Mən bu yazıda Sizlərə bəyəndiyim TOP5 musiqini təqdim edəcəm. Bu musiqəri dinləməyi Sizlərə tövsiyyə edirəm.

İlk əvvəl deyim ki, muasir Azərbaycan estradasını mən hal-hazırda heç bəyənmirəm. Səbəb çox sadədir, məncə bugünün müqənnilərindən səs əvəzinə küy var. Onlar sadəcə muasir səs effektlərindən gen-bol istifadə edirlər və özlərini müğənni kimi göstərirlər. Mənim gözümdə klassik Azərbaycan estradası daha xoşdur. Beləliklə başlayaq TOP5 sıralamağa – mən nə dinləyirəm?!

№5 – idl Uner – im Yuli filmindən musiqi. Son dərəcə emosional sözləri və mükəmməl səsin birləşməsindən meydana gələn musiqidir. Mütləq dinləyin. Bu mahnı ilə məni bağlayan çox saylı emosional hisslər var. Düşünürəm ki, Sizdə dinləsəniz özünüz üçün nesə tapacaqsınız!

№4 – Haris Alexiou bütün mahnılarını dinləmək superdi. Son dərəcə məlahətli səsi var bu yunan müğənninin. Bu səslə mən tasadüfən Afinada tanış oldum, təsadüfən. Səs məni həqiqətəndə valeh etdi. Mütləq bu müğənnini dinləyin, pozitiv – 100% olacaq.

 

№3 – Güləbatın – Rəşid Beybudov. Əlbəttə yerli mahnılarımız və əsasənda 70-80-ci illərin sənətkarların ifasında həqiqətəndə çox xoşdur. Onların içərisində ən yaxşılarından biri (birincisi) Rəşid Bəhbutovdur. 

 

№2 – Я куплю тебе дом. Məni tanıyanlar bilir, Sizdə bilin – rus estradası mənim üçün son dərəcə əhəmiyyətlidir. Ümumiyyətlə nə gizlədim, Moskvanı, S-Peterburqu, Kazanı, Permi… bir söz rus mədəniyyətini mən çox sevirəm. Bilmirəm, ola bilər Rusiyada yaşamışam, ola bilər Rusiya mənə çox şeyi öyrədib. Bilmirəm… aşırı dərəcədə millətçi olsamda, Rusiya mənim üçün çox dəyərlidir. Bu mahnının mənim üçün xüsusi nostaljisi var.

Əgər bu mahnını bəyənsəniz mütləq – Чистые пруды – mahnısını dinləyin. Çox xoşunuza gələcək.

№1 – Nazəndə sevgilim – Rəşid Bəybudov. Sizdə hiss etdiyiniz kimi, Rəşad Bəhbudov mənim ən sevdiyim ifaçı olub və hələlik yeganədir. Şəxsiyyət olaraq bir söz deməyim çətin olsada həqiqətən mükəmməl səsi var Rəşad Bəhbudovun. Nazəndə sevgilim isə, düşünürəm ki, həm ifa, həmdə mahnının öz sözləri cəhətdən superdir.

Əziz oxucu, musiqi ruhun qidasıdır. İnanın… necə ki, biz yeməksiz, susuz, havasız qala bilmərik, eləcədə musiqi bizim üçün ruhun qidasıdır və olmazsa-olmazlardandır.

Bugün İqtisad Universitetinin mühazirə zamanı Maslounun ehtiyyaclar piramadasınan danışdıq… düşünürəm ki, musiqi bu piramidada mütləq və mütləq birinci mərhələdə olmalıdır. Musiqiyə qiymət verək, musiqinin əhəmiyyətini mütləq bilək, əziz oxucu!

Bu heçdə o demək deyil ki, biz erməlilərə sarı gəlində qalib gəlsək dünya bizimdir. Yox, qətiyyən yox. Sadəcə güclü olmaq üçün, yaxşı işləmək üçün bizə musiqi lazımdır.

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close