image_pdfimage_print

Əmin olun, istənilən güclü insanın arxasında mütləq və mütləq onun yarı – parası olmalıdır. Kimsə çox güclü biznesmen ola bilər (oxu həkim, müəllim, marketoloq, maliyyəçi, müğənni və s.) amma həyatda tam xoşbəxt olmaq üçün mütləq və mütləq ailədə rifay, ailə üzvləri arasında hörmət və qarşılıqlı inam olmalıdır. Belə olmadıqda… heç kim tam xoşbəxt ola bilməz. Bilirsiz niyə?

Niyələrin cavabını bir neçə hadisə ilə Sizə çatdırmaq istəyirəm.

Bugün German Studio-da olduğum zaman (bu ay mənim Germanda çox olan vaxtımdır, kim görüşmək istəyirsə məmnuniyyətlə görüşməyə hazıram) təxminən 60 yaşlarında bir ziyalı adamla tanış oldum. Son dərəcə mədəni, ixtisasını mükəmməl bilən və ən əsası sadə insan olduğu hiss edilirdi. Öz yeni evləri üçün German Studiodan mətbəx mebeli alırdılar.

Diqqət etdim… bu ziyalı “qəhramanımız” digər müştərilərimizdən çox seçilirdi. İstər danışıq tərzindən olan inam, istər ümumi həyat baxışları, istərsədə xanımı ilə münasibəti məni valeh etdi. Sözü gedən ziyalı-dostumuz həyatda hər şeyə özü nail olmuşdu, amma bununla bağlı butün nailiyyətlərində əsas səbəb kimi xanımının olduğunuda daim vurğulayırdı. “Mən daim işdə-gücdə oluram, amma bu gördüyünüz xanım (söhbət həyat yoldaşından gedir) mənim uşaqlarımı böyüdür, onlara tərbiyə verir. Mən bu xanıma butün nailiyyətləri borcluyam…” deyirdi. 

Avropaya tez-tez getdiyim vaxtlar bir məsələyə diqqət edirdim. Biznes görüşlərdə əksər insanlar (uğurlu biznesmenlər) öz xanımlarının müşayəti ilə gəlir. Səbəbini o vaxt başa düşmürdüm. İndi aydın şəkildə bilirəm. Əgər biz öz yarımızla, həyat yoldaşımız və xanımımızla xoşbəxt olmaq istəyiriksə, mütləq və mütləq aramızda olan məsafəni azaltmalıyıq. Başqa sözlə desək istər kişi, istərsədə qadın eyni mövzu barədə düşünməlidir. Məhz belə olduğu zaman, ailə insanı dəstəkləyə bilir. 

Biznes daim risklər və çətinliklərlə doludur. Nəyin ki, biznes nədəsə uğur qazanmaq hər zaman çətindir və yalnız əzmkarlıq və yorulmaz zəhmət hesabına irəli getmək olur. Bunun üçün mütləq və mütləq ailədə sən dəstək almalısan. Dəstək almaq üçün… mütləq və mütləq ailə sənin bir dalğada olmalıdır. Bunun üçündə əlbəttə, sən vacib görüşlərə və ya strateji yerlərlə yarınla getməyin vacibdir. Məhz buna görə dediyim biznesmenlər öz həyat yoldaşları ilə biznes görüşlərini gəlirlərmiş…

Yadıma gəlir… German Studio şirkətini qurduğumuz zaman, biz çox köhnə bir evdə qalırdıq. Ev şəraitimiz indikindən çox pis edi. O zaman mən qazandığım butün pulları yığıb biznes açmaq barədə düşünürdüm. Əgər mənim “yarım” (oxu param) mənimlə bir dalğada olmasaydı, bu işi görmək çox çətin olardı. Axı sənə dəstək verən olmalıdır, sənin doğru yolda olduğunu ailə başa düşməlidir. Təkrar edirəm bunun yeganə yolu həyat yoldaşınla bir dalğada olmaqdan keçir. 

Hesab edirəm ki, həyatda tək başına ailə dəstəyi olmadan insan böyük pullar qazanması yalnız müvəqqəti xarakterli ola bilər, bəlkədə ictimai mövqeyidə güclü olar… AMMA inanın mənə xoşbəxt olacağına şübhəm böyükdür. Yalnız ailədə, olan butövlük nəticəsində insan harmoniyada ola bilər, arzularına çata bilər. Harmoniyada, hüzurda olmadan isə güclü biznes və ya ciddi bir iş görmək mümkün deyil. Xoşbəxt olmaq mümkün deyil!

Əziz oxucu, bu yazını yaza-yaza saatlara baxıram… düz 01:27… bloqu dərc edəndə ən yaxşı halda 01:40 olacaq, amma bu yazını paylaşmağı özümə borc bilirəm. Uğur qazanmaq və xoşbəxt olmaq istəyirsinizdə mütləq və mütləq ömür-gün yoldaşınızla bir dalğada qalmağa çalışın. Yalnız belə olduğu zaman, biz tam şəxsiyyətdən danışa bilərik. Məncə!)

Bu yazıda cürət edib, səninlə səmimiyyət etdim, əziz oxucu. Düşünürəm ki, pis başa düşməzsən və dediklərim bəlkədə sənin həyatlarının müsbət dəyişikliklər edər. Amma inan! İnan ki, dediklərimiz vacibdir!

Öz paranınızı ciddi axtarın, əgər tapmısınızsa onun daim Sizin yarınız olmasını təmin edin. Elə edin ki, o və sən daim eyni istiqamətə baxa biləsiniz. Yalnız belə olduğu zaman insan ciddi uğurlar qazana bilər. Məncə!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Cox haqlisiniz. Coxlari bunu qebul etmir lakin men de sizinle eyni fikirdeyem. Insani xosbext eden amiller icerisinde heyat yoldasinin desteyi cox onemli yer tutur. Arzulayiram ki aile seadetiniz daim olsun.))

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close