image_pdfimage_print

İnternet, onlayn dünya yalnız istehlakçı davranışlarını deyil, həmçinin marketinq kommunikasiyalarını və ya müştərilərlə brendin görüşdüyü nöqtələri dəyişir. Bugünlərdə konsultatsiya və fərdi təlim verdiyim çox tanınmış şirkətlərinin birində görüş zamanı bu məsələni müzakirə etdik və bir vaxtlar sadəcə səthi formada öyrəndiyim ROPO anlayışını daha dərin incıləməli oldum. İncələdiyimə görə, Bu yazıda biz Sizə marketinq kommunikasiyalarında Research – Araşdır, Onlayn, Purchase – al, Offlayn metodundan danışmaq istəyirik.

Araşdırma şirkətlərinin verdiyi məlumatlara görə, Avropada alınan məhsulların 60% çoxu alınmadan əvvəl internetdə axtarışa verilir. Başqa sözlə desək, əgər orta statistik Avropalı öz evinə TV almaq istəyirsə o birinci bunu internetdə (onlaynda) axtarır, araşdırır, götür qoy edir və sonda alış prosesini offıaynda həyata keçirir.

Azərbaycanda sözü gedən məsələ daha aktualdır. Nəzərə alsaq ki, ölkəmizdə onlayn alış-verişin keyfiyyəti və kəmiyyəti xeyli aşağadır deməli alışların offlayndan edilmə ehtimalı çoxdur. Təsəvvür edin, German Studio-dan alman mətbəx mebelləri lazımdırsa, biz ilk əvvəl eyni axtarışı “googledən” soruşuruq. Müştəri ona lazım olan məlumatı əlbəttə onlaynda alır… amma alış prosesi bir qayda olaraq offlaynda həyata keçirilir. 

Yerli brendlərimizə nəzər salaq. Mebel lazım olduğu zaman, hamı FB və ya onlayn satlardan məlumatlar axtarır. Söhbət aktiv internet istifadəçilərdindən gedir. Onlar məsələn, Embawood şirkətinin Elizabet yataq dəstinin internetdə araşdırırlar, sağına, soluna qiymətinə, dizaynına fikir verirlər. Araşdırırlar məhsul, brend haqqında rəylərə baxırlar və bunların hər biri onlaynda edirlər və… və çox maraqlı alış prosesini bir mənalı şəkildə Embawood salonlarından edirlər. İnternetdən yox!)

Eyni şey, Music Gallary, Home Kontakt və ya Baku Electroniksə aiddir. Elektronika kimi onlayn ticarətə maraqlı məhsullar belə R.O.P.O prinsipinə riayyət edir. Müştəri onlaynı daha çox informasiya əldə etmək, özünü satışa hazırlanma mərhələsi kimi baxır. Bu haqda əvvəllər yazdığımız kimi, onlayn brendlər üçün “ilk” həqiqət anı funksiyasını oynayır

R.O.P.O. konsepsiyası özünü yalnız marketinq kommunikasiyalarında deyil, həmçinin internet bizneslərdədə göstərir. Bu sahədə liderlik etmiş, Amazon kimi internet mağazalar belə, artıq offlayn salonlarını açırlar. Səbəb çox sadədir onlany satışlarla böyük bazar payına sahib olmaq mümkünsüz görünür. Daha əvvəldə dediyimiz kimi, fikrimizin üstündə dururuq – Azərbaycanda internetdə açılan startuplar sadəcə pul tələsi (investor üçün), gözdən pərdə asmaq üçün alətdən başqa bir şey deyil. İnternetdə biznes açmaq Azərbaycan bazarının potensialı yoxdur. AMMA internetdən istifadə edib, offlayn gücləndirmək, əlbəttə çox düzgündür. 

Əziz oxucu, hesab edirəm ki, internet uzunmüddətli istehlak malları üçün son dərəcə strateji bir kommunikasiya vasitəsidir. Bu kanal vasitəsi ilə müştəri ilə brend daha tez bir formada qarşılaşmış olur. Məzh bu konsepsiya gələcək marketinq kommunikasiyaları təyin edəcək. Müştəri mağazada vaxt keçirmək istəməyəcək. Mağazaya gələnə qədər alış qərarı demək olar ki, verilmiş olacaq. Məhz buna görədə bugün internetdə olmayan istənilən biznes ölümə məhkumdur. 

ROPO konsepsiyası kifayət qədər dərin bir biznes alətdir və əlbəttə, bloq çərçivəsində bu tam işıqlandırıla bilməz. Hesab edirəm ki, Siz mütləq bu konsepsiyanı daha dərin öyrənməlisiniz. Düşünürəm ki, ölkəmizdə keçirilən birinci dijital forum çərçivəsində ölkəmizdə onlayn bazarı barədə danışılanlar bu sahəni dahada inkişaf etdirəcəkdir. 

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close