image_pdfimage_print

Bugün çox yaxın dostumuz Rəşad Camalın toy məclisində olduq. Son dərəcə xoş anlar yaşadıq əlbəttə. Birincisi, Rəşad həqiqətəndə yaxşı oğlandır və xoşbəxt olmağa çox layiqdir. İkincisi, toyda iştirak edən digər dostumuzun (Firdovsi müəllimin) təbirincə desək: “Toyda öz toyundakından daha çox adam tanıyırdım…” və bu bizi toyda daha sərbəst hərəkət etməyə təşviq edirdi. Üçüncüsü toy çox yaxşı təşkil edilmişdi. İstər ətrafımızda oturanlar, istərsədə ümumi toyda olan ab-hava çox xoş edi. Bir sözlə son dərəcə gözəl və maraqlı toyun şahidi olduq. Amma mən bu yazıda Sizinlə ölkəmizdə olan toy ənənəsi barəsində danışmaq istəyirəm. Vaxtınız olsa mütləq oxuyun.

İlk əvvəl qeyd etmək istəyirəm toy anlayışı bugün Azərbaycanda yalnız cavan sevgililərin öz münasibətlərini rəsmiyyəti saldığı hadisə deyil. Hətta bu sadəcə toy anlayışının 10%, cəmi-cümlətəni. Toy bugün ölkəmizdə bir çox amillərin üzərində dayanır… Toy Azərbaycanda:

  • Şadlıq saraylarıdır. Bugün ölkəmizdə “menyu” toylarında son dərəcə böyük operativ rentabellik var. İqtisadiyyat hansısa mənada həqiqətəndə şadlıq sarayı faktorunun üzərində oturub;
  • Cehizlik bazarıdır. Düşünün ki, Azərbaycanda mebel bazarının 60% (bu il bu daha böyük göstərici olacaq, çünki böhran var) cehizlik mebelin üzərinə düşür. Eyni şey digər məhsullarada aiddir;
  • Müğənni, şou-biznes bazarıdır. Məhz toylara görə bu bazar artır və inkişaf edir. Toylara görə müğənnilər efirdə “gic-gic” işlər edirlər və s.;
  • Toy = Borcdur. Bəli-bəli… belə bir söhbət demək olar ki, butün evlərdə olub: “Filankəs bizim toya 50 (oxu, 100, 200, 500 və s.) salıb. Bizdə gərək özümüzdə getməsək, pul göndərək”;
  • Toy = Şöhrətdir. Filankəsin oğlunun (oxu qızının) toyunda filan şey oldu, mən necə etməyim və s.
  • Toy özünü nümayiş yeridir. Bəli-bəli məhz toylarda insanlar öz zinnət əşyalarını, bahalı libaslarını və s. göstərə bilirlər;
  • Toy… əziz oxucu biz bu siyahını uzada bilərik. Amma məqsəd bu deyil…

Bizim toylarda narazı qaldığım bir neçə məsələlər var. Daha konkret desək toylarımızda çatışmayanlar çoxdur. Məsələn:

  1. Toyda süfrədə olan ifratçılıq. Əmin olun, həm toy yiyəsi, həmdə toya gələnlər bunu bilirlər. AMMA heç kim bunu “boynuna” almaq istəmir. Səbəb?! Səbəbi bilmək üçün sadəcə yuxarıda yazdıqlarıma diqqət edin. Toy nədir!?
  2. Toyda aşırı dərəcədə “əylənmə” istəyi. Əlbəttə, toy şənlik yeridir və toyda oynayarlar AMMA və LAKİN. Bizim bugün ki, toylarımızda ancaq oynayırlar. Keçmişdə toya gələnləri rəqsə dəvət etmək üçün, toy yiyəsi önündə oynayardı, indi ev yiyəsi qonaqları otuzdura bilmir. Bilmirəm hansı günümüzə oynayırıq?!
  3. Toydan pul qazanmaq istəyi. Biz bəzən hər şeyi unudub toya biznes proekt kimi baxırıq. Əlbəttə, bu çox səhvdir. Hansı şadlıq sarayında edim, toydan əvvəl münasibətləri necə istiləşdirim və s. (özünüz bilirsizdə!)

Əziz oxucu, toy Azərbaycanımızın ən yüksək səviyyədə olan adətlərindən biridir. Mən çox istəyirəm ki, biz bu adət-ənənələri biznes maraqlarına qurban verməyək. Düşünürəm ki, toylarımızın tənzimlənməsi üçün ciddi dövlət nəzarətinə ehtiyyac var. Toy iki sevən qəlbin öz münasibətlərini rəsmiləşdirmək üçün edilən proses, hadisədir. Biz toyu mütləq bu formada görməliyik…

…görmək dediz yadıma düşdü. Bugün Rəşad bəyin toyunda bir neçə Marketinq AİR məzunu gördüm. Hətta Rafiq və Anar müəllimlərlə birlikdə bir “sağlıqda” dedik – gün o gün olsun, hər bir toyda biz minimum 10 nəfər Marketinq AİR məzunu görək. Bilirsizdə bunun üçün nə qədər çalışmaq lazımdır?!

…çalışmaq dediz yadıma düşdü. Sabah Marketinq AİR 7 çərçivəsində ilk dərsimiz olacaq. Sabah biz Azərbaycanda iqtisadi böhran və yeni marketinq alətləri barədə təlim edəcəyik. Gedim prezentasiya hazırlayım… Sizinlədə sonra danışarıq. Kaş hər zaman toy olsun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close