image_pdfimage_print

Çox zaman müxtəlif saytlarda, hətta biznes ədəbiyyatların bəzilərində yeni biznəsə başlamaq istəyənlər üçün ideyalar, reseptlər təqdim edilir. Diqqət etmişəm bu tip məlumatları verən adamların 99% ömründə bir dəfədə olsun şəxsi biznes qurmayıb və qurubsada hansısa bir təlim şirkətini biznes kimi göstərmək istəyir. Bu tip yazılarda (0xu təlimlər, kitablar və s.) nəyin ki, biznes qurmaq istəyənlərə kömək edir, köməkləri bir tərəfə onlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənləri səhv istiqamətə yönləndirir – onlar üçün problem yaradır. Mən bu yazı çərçivəsində, ömründə biznes qurmayan adamlar tərəfindən bizim beyinlərimizi “bulayan” bir neçə səhv məlumat barədə fikirlərimi bölüşmək istəyirəm.

Əziz oxucu, ömründə biznes qurmayan adamın məsləhətinə qulaq asmaq və ya bizneslə real məşğul olmayan adamın biznes təliminə getmək çox böyük yanlışlıqdır. Burada həm vaxt itkisi, həm səhv istiqamətdə getmə, həmdə sadəcə beyinin səhv doldurulması təhlükəsi var.

Çox zaman “şəxsi biznes üçün 10 qızıl qayda”, “Uğurlu biznesin 5 sirri…” tipli yazılar sırf akademik karyera və ya ümumiyyətlə hansısa şirkətdə “salla-başını, al-maaşını” məntiqi ilə işləyənlər tərəfindən verilir. Bu təbiidir, çünki real iş görən adamın təlimə əslində vaxtı çox-çox az olmalıdır. Neysə, keçək əsas məsələyə – biznes yazılarda ən çox istifadə edilən yalnışlıqlara.

güya BİZNES İDEYAdan BAŞLAYIR. Əslində isə, biznes adamının (sahibkarın), butün günü boş-boş danışandan fərqi ondadır ki, sahibkar edir, digəri danışır. İdeya? Nə ideya?! İdeya hərəkətdir, ideya nəyəsə inanmaqdır, ideya hamının olmaz gördüyü şeylərdə imkanlar görməkdir və s. Orta ideya mükəmməl icra ilə parlaya bilər, mükəmməl ideya orta icra ilə məhv ola bilər. 

Biz düşünürük ki, BİZNES İDEYAdan deyil, İCRAdan, HƏRƏKƏTdən başlayır. 

güya BİZNES qurmaq üçün, BİZNES PLAN lazımdır. Əslində isə, biznes-plan yeni biznes quran biri üçün sadəcə maniyədir. Biznes-plan yazıb, biznes quran adamlar dənizi (oxu suya) girmədən üzmək isəyən adamlara bənzəyirlər. Suya girmədən üzmək olar!? Özünüz düşünün, əgər Siz ilk biznesinizi qurursunuzsa, bu zaman Siz necə biznes-plan yarada bilərsiniz. Burada vacib olan məsələ, biznes-plan deyil, dəqiq icra-hərəkət planının olmasıdır. Bax bu mütləqdir, bu şərtdir. Biznes-plan ola bilər ki, mövcud biznesin inkişaf etdirilməsi prosesində lazımdır. 

Biz düşünürük ki, BİZNES QURMAQ üçün biznes plandansa, icra-hərəkət planlaması olmaldır. Hansı işi nə zaman bitirəcəm.

güya BİZNES qurmaq üçün kredit təşkilatları ilə işləmək olar. Əslində isə, yeni qurulan biznes sırf sahibkarın öz pulu ilə qurulmalıdır. Əgər sahibkarın buna pulu yoxdursa, yəni sahibkar, borc-xərc edə bilmirsə, bu məbləği özü toplaya bilmirsə və s. deməli açılan biznes sahibkarın “boyundan” yuxarıdır. Sahibkar bu biznesi apara bilməyəcək. Heç vaxt, ömründə 30 kv.metr mağaza işlətməyən adamın, açdığı Ticarət Mərkəzi uğurlu ola bilməz. Bu o deməkdir ki, ilk açılacaq biznes, ən az investisiya tələb edən bir fəaliyyət olmalıdır. Kredit götürüb açılan İLK bizneslərdə, uğur qazanmaq çox çətindir. 

Biz düşünürük ki, ilk açılan BİZNES ÜÇÜN pul yalnız və yalnız sahibkarın daxili gücünə olmalıdır. 5000 manat borc almağa adamı olmayan birinin, 10000 manatlıq yatırım etməsi səhvdir. 

güya ilk BİZNES qurmaq üçün bazar tutumu hesablanmalıdır. Əslində isə, ilk biznesi qurduğumuz zaman, bizi maraqlandıran bazar tutumu deyil, bizim konkret bazara təqdim edəcəyimiz məhsuldə rəqabət üstünlüyümüz olmalıdır. Facebook, İnstagram, iphone, Ford, Pampers, Gillette və s. kimi bizneslər yaradıldığı zaman bu bizneslərin bazarı nə qədər edi?! O vaxt şirkət sahibləri bunu hesablasaydılar, əmin olun bu bazarlara girməzdilər. Sözü gedən bizneslərin hər biri, öz məhsuluna bazara özü yaradır. Bu baxımdan ilk biznesdə diqqət ediləcək nöqtə rəqabətqabiliyyətinin dəqiq başa düşülməsidir.

Biz düşünürük bazar həcmini hesablamaqdansa, yeni biznes öz fərqli tərəflərini, rəqabət üstülüyünü düzgün təhlil etməlidir.

Əziz oxucu, bu “guya ki…”ları uzatmaq olar, amma əmin olun, yeni açılan biznesdə ən vacib məsələ, məhsuliyyəti öz ciyinlərimizə götürüb risk etməyi bacarmaqdır. Hərəkət edin və əmin olun, Karvan yolda düzələr. Siz nəyisə başlamadan, Siz nəyisə etmədən, heç zaman tam səhnəni görə bilməyəcəksiniz. Böhrana, Sizə deyilənlər… baxmadan, hərəkət edin. Bunu Sizə, dediklərim (yazdıqlarımı) real praktikada yaşayan biri kimi deyirəm. 

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close