image_pdfimage_print

Əziz oxucu, bugün istər dövlət səviyyəsində, istərsədə biznesinin miqyasında asılı olmayaraq butün sahibkarlar bilirik ki, ölkəmizdə böhran hiss edilir. Ölkə iqtisadiyyatının butün sahələrində olduğu kimi, əlbəttə bu böhran özünü mebel satışındada hiss elətdirir. Amma buna baxmayaraq Azərbaycan mebel sənəyasinin əsl lokomotivi olan Embawood şirkəti öz brendləri ilə sözün əsl mənasında fəxr ediləsi addımlar, marketinq kampaniyaları edir. Sizə səmimi deyirəm, belə şirkətlərimizə həqiqətəndə halal olsun! Bilirsiz niyə?!

İlk əvvəl bir daha qəyd etmək istəyirəm ki, mənim bir marketoloq, xırda iş adamı, çooox balaca sahibkar və ya iqtisad elmləri namizədi olmağımda, ümumiyyətlə İlkin Manafov kimi formalaşmağımda Embawood şirkətinin rolu çox böyükdür. Bu şirkətə mən işə düzələndə, cəmi 300 manat əmək haqqı alırdım və yadıma gəlir mənimlə birlikdə işə götürülən 6 nəfər içərisində ən az əmək haqqı məndə edi, sonra bu taaam dəyişdi!) Mən bu şirkətdə əvəzedilməz təcrübə, bilik, həyat məktəbi qazandım. Buna görə mən, şirkətə çox, çooox təşəkkür edirəm. Diqqət edin, borclu deyiləm, təşəkkür edirəm. Şirkətdən ayrıldığımdan artıq 3 il keçir və əlbəttə, mən hesab edirəm ki, çox düzgün gərar vermişəm, amma tam səmimiyyətlə deməliyəm ki, Embawood-da işləmək – öyrənmək – biznesi başa düşmək üçün Azərbaycanda olan yeganə şirkətlərdəndir. Çünki…

  • Çünki, Embawood biznes olaraq tam “0”dan qeyri-adi insalar (sahibkarlar) tərəfindən yaradılmış bir biznesdir. Burda butün addımlar yalnız və yalnız biznes məntiqi ilə atılır, Embawood real biznes məktəbidir;
  • Çünki, Embawood şirkəti yalnız Azərbaycanda deyil, post-sovet ölkələrinin bir çox ölkələrində biznes fəaliyyəti aparır. Bu o deməkdir ki, burada asandlıqla beynalxalq biznes təcrübə qazanmaq olur. Nəyin ki, beynalxalq biznes təcrübə, Embawood işçilər bu təcrübəni özlərini işləyə-işləyə, öyrənə-öyrənə edirlər;
  • Çünki, Embawood şirkətində Azərbaycançılıq, Azərbaycana sevgi daim gözlənilir. Şirkət qlobal brendlər yaratsada milli adətləri çox loyaldır. Söhbət əsl Azərbaycan biznesindən gedir;
  • Çünki, Embawood Azərbaycanda qiymət-keyfiyyət mütanasibliyinə görə son dərəcə münasib qiymətli mebellər təklif edə bilir. Bu şirkətin mağazalarına girin, qiymətlərə baxın… çox təəcüblənəcəksiniz!
  • Çünki, Embawood sahibkarları öz biznes yanaşmarına görə, sözün əsl mənasında təbliğ ediləcək, dərs götürüləcək adamlardır;
  • Çünki… bu çünkiləri artırmaq olar, amma biz bugün Sizinlə bundan danışmaq istəmirik, biz bugün Embawood şirkətinin böhranın belə aktiv olduğu vaxtlarda etdiklərindən danışmaq istəyirik… digər şirkətləri dərs olsun.

Mən bu şirkətin hal-hazırda Yevlax və Tər-Tərdə diləri kimi, butün fəaliyyəti diqqətlə izləyirəm. Həmçinin mənim digər mebel mağazalarım olduğuna görə, səhnəni daha yaxşı görürəm, bir növ, hər iki tərəfdən məlumatlıyam.

Təsəvvür edin ki, fevral ayında, bütün Azərbaycanda manat devalvasiyası “ŞÖK” effekti yaratdığı vaxt, şirkətin Masallıda olan fabrikində böyük yanğın başladı. Masallıda olan fabrik post-sovet ölkələri arasında ən böyük və texnoloji fabrik olduğunu yadınıza salaraq deməliyəm, Embawood “əlini” boşaltmadan etdiyi kampaniyanı saxlamadı. Həmin vaxtlar şirkət manatla (!) 18 aylıq faizsiz kredit kampaniyası edirdi. Təsəvvür edirsiniz?! Üstəlikdə şirkətdə edilən butün kampanilar tam, doğruluğu ilə seçilir. Məsələn, 18 aylıq faizsiz kampaniya dövründə heç bir məhsulun qiyməti qalxmadı. Halal olsun!

Şirkətin Azərbaycan bazarında etdiyi marketinq aktivliklərini görəndə… sadəcə təəcüblənirəm ki, necə olur Azərbaycanda belə super şirkət olur, amma digərləri bunu edə bilmir?! Axı Embawoodun içdiyi suyu, digərləridə içir (!). Şirkətin etdiklərinə diqqət edin:

  • Azərbaycanda ən geniş pərakəndə şəbəkə. Bunu edən bir mebel şirkətidir. Adətən görmüşdük pərakəndəçilikdə, ərzaq malları öndə olar, geyim və ya məişət texnikası və s. AMMA bir mebel şirkətinin bunu etməsi, Embawood necə qeyri-adi olmasından xəbər verir;
  • Azərbaycanda ilk və hələlik yeganə reqional anbar məntiqi ilə işləyən pərakəndə şəbəkə olmaq! Bugün şirkətin reqional anbarları nəticəsində, müştəri Azərbaycanın istənilən bölgəsində istehlakçı 24 saat ərzində mebel təslim ala bilir. Ona zəmanət verilir və bu proses mərkəzləşmiş qaydada edilir və bu… modulyar formada edilir (!);
  • Bir pərakəndə satış şəbəkəsinin öz bankının olması… bugün Embawood şirkətinə məxsus EmbaFinans kredit sistemi köməyi ilə satış prosesini müştərilərə maksimum sadələşdirilmiş formada təqdim edir. Bu superdi!

Embawood böhran dövründə pərakəndəçilik fəaliyyətində ciddi müsbət dəyişikliklər edir. Embawood və Madeyra brendləri pərakəndəçilikdə ən vacib məsələlərdən olan yer seçimində dəyişiklərdə edir. Rentabelsiz mağazalar yeniləri ilə əvəz edilir. Bir növ şirkət börhanın imkan tərəflərindən istifadə edir. 

Şirkətin marketinqidə böhranda gəhramanlıq edir desək, inanın artırmaram. Embawood brendinin son kataloqunu görmüsüz?! Görməmisinizsə mütləq və mütləq baxın. Yeni modellər, mükəmməl çəkim keyfiyyəti, poliqrafiyada super tərtibat. Hələ brendlərin il boyu marketinq aktivliklərindən danışmıram. (yadınıza salım ki, 2008-2009-cü illərdədə Embawood böhrandan ən karlı çıxan şirkətlərdən edi.)

Bugünlər də Madeyra brendi üçün çəkilən imic reklamı isə, superdir. Bu məni çox sevindirir. Deməli Azərbaycanda böhranda inkişaf edən bizneslər var. Bu əladır, bu bizdə pozitivlik yaradır. Bir sözlə Embawood halaldır!

P.S. Əziz oxucu, əlbəttə, Embawood şirkətinin fəaliyyətində çox saylı problemlər, səhvlərdə var. İnanın bu səhvlər o qədər çoxdur ki, bu haqdada ən azı bu həcmdə bloq yazmaq olar… AMMA və LAKİN! İnanın iş olan yerdə problem olur. Mən fəxr edirəm ki, bizdə Embawood kimi yerli şirktət var. Burada çalışan dostlarımıza isə – “SİZƏ HALAL OLSUN” deməyə məcburam!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close