image_pdfimage_print

Əziz oxucu, çoxlarınıza məlum olduğu kimi, biz ildə 2 dəfə olmaqla Marketinq istiqəmətində olan biliklərimizi paylaşmaq üçün Marketinq AİR proqramları təşkil edirik. Təbii ki, proqram ödənişli olur və ümumi olaraq özündə 20 dərsi əhatə edir. Sabah, biz Marketinq AİR çərçivəsində “açıq-qapı” günü keçirəcəyik. Sabah əvvəlcədən qeydiyyatdan keçmiz dostlarımız bir dərs Marketinq AİR-də tam ödənişsiz iştirak etmək hüququna malik olacaqlar. Biz sabah Sizinlə – Marketinq Direktoru olmaq üçün… istiqamətində bildiklərimizi paylaşmaq istəyirik. Daha konkret desək…

… daha konkret desək, biz sabah Sizinlə konkret olaraq özümüzü çox bilmiş göstərməyəcəyik, sadəcə və sadəcə öz şəxsi karyeramızda ayda, 300 manat alan işçi olaraq, 3 il ərzində ayda necə böyük şirkətin Marketinq Direktoru oldum və daha sonra öz biznesimizi “0” manatla necə qurduğum barədə danışacam. Bu yolda çıxardığım nəticələri və ibratamiz hesab etdiklərimi Sizə deyəcəm. Bəlkə lazım oldu, hə!?)

Beləliklə sabah aşağıdakı mövzulardan danışacam:

  1. Şirkətə gəldiyiniz vaxt nələri etmək lazımdır. Burada biz yeni şirkətdə gəldikdə “adaptasiya” üçün nələri etmək daha düzgün olar suallına cavab verəcəyik.  Öz təcrübəmizdən olan keysləri danışaceyik, mən Sizə söhbət edəcəm ki, şirkətdə adaptasiya etməyə mənə nə kömək ediri.
  2. Marketinq menecerinin Direktor olması üçün nələri etməlidir. Bu hissədə mən öz təcrübəmdə şirkətdə marketinqin imicini qaldırmaq üçün nələri etdiklərimdən danışacam.
  3. Marketinq Direktoru oldum… Burada biz artıq direktorluqdan sonra şirkət daxili problemlər, marketinq direktorunu problemləri, kənar strukturlarla iş barədə söhbət edəcəyik. Direktorluqdan sonra…
  4. Marketoloqdan şəxsi biznesə… Əlbəttə, adından da göründüyü kimi, biz burda şəxsi biznes qurulması prosesi, hansısa şirkətdə çalışa-çalışa necə biznes qurmağa vaxt tapmaq olar və ümumiyyətlə şəxsi biznes barədə düşüncələrimizi deyəəcəyik. Söhbət edəcəyik ki, “0” manat pulla necə biznes qurmaq olur.

Düşünürəm ki, sabah ki, görüşümüz çox maraqlı və hər birimiz üçün faydalı olacaq. Mən açıq deyim, Marketinq AİR tədbirlərində biz yalnız öz biliklərimizi paylaşmırıq, dinləyicilərimizdəndə öyrənirik. Çox istəyirəm sabah bir-birimizə faydalı olaq. Bizim Marketinq AİR-də iştirak edənlər bilir, etməyənlərdə görər… AİR çox fərqli aurası var. Sanki hamı paylaşmaq üçün gəlir oraya. Neysə… sabah saat 19:00-da Dəmirçi Plazada görüşənədək.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close