image_pdfimage_print

Biz bir neçə dəfə istər Marketinq AİR çərçivəsində dostlarımızla görüşəndə, istər ana dilimizdə ilk brendinq kitabı olan “360 dərəcədə brendinq”də, istərsədə bloqlarda qeyd etmişik ki. güclü brendlər mütləq və mütləq “YOX” deməyi bacarmalıdır. Dünyanən ən güclü brendləri belə, əslində öz standartlarına son dərəcə sadiq olduqları üçün bazarın kənarında olan istənilən təşəbbüsə “yox” deyə bilirlər. Mən bunu sonuncu dəfə İKEA mağazalarında olduğum zaman bir daha şahidi oldum. Biz hesab edirik ki, müştərinin hər istədiyini yerinə yetirmək bizi uçuruma apara bilər və heç bir zaman bu yolla güclü brend qurmaq mümkün olmur. Fikirlərimi əsaslandırım.

Güclü brendlərin müştəriyə “YOX” dediklərini İKEA misalında Sizlərə göstərməyə çalışım. Nəzərə alın ki, misal çəkdiyimiz brend (şirkət) dünyanın TOP Lovely Brand-lərin siyahısındadır. 

  1. İKEA uşaq oynama yerində yalnız passport və altı yaşına qədər uşaqları götürür. Hamımız bilirik ki, İKEA mağazaların gənc ailələrin mebel alışına əsas “maniyəsi” olan körpə uşaqların rahatlıqla oyun yerləri təqdim edirlər. Bütün dünyada İKEA mebel salonun girişində mütləq uşaq yerləri olur. Göydə Allah var… uşaq oynama yerləri super olur. O qədər super olur ki, bizim uşaqların hər ikisi İKEA dedikdə ilk ağla gələn şey “oynamaq yeri” olur – AMMA. Standartlarıda “nemes”kimi. Təsəvvür edin ki, əgər uşağın şəxsiyyətini təsdiq edən sənəd yoxdursa, İKEA oyun yerlərinə uşaq qəbul edilmir. Bu azmış kimi, əgər uşağın yaşı 6 yaşdan keçibsə (vacib deyil neçə gün, ay və s.) uşaq yenədə içəriyə alınmır… vəssalam. Nə edirsən, necə edirsən et!
  2. İKEA-da satıcı (xidmət) anlayışı demək olar ki, yoxdur. İKEA mağazalarında mebel seçmək üçün müştəri özü gedib götürməlidir. Bəli, bəli… təsəvvür edirsiniz?! Siz mebel salonuna gedirsiniz və Sizə deyirlər qardaş get malını götür, gətir kassaya, pulunu ver, sonra apar və özün gür!!! Deyə bilərsiniz ki, “YOX” İKEA-da çatdırılma və qurlaşdırma xidməti var. Bəli var. Amma qiymətləri orta bazar qiymətindən ən azı iki dəfə baha! Məsələn, İKEA Türkiyyədən qiyməti 500 YTL olan bir dolab dəsti alsanız, çatdırılma xidməti 30 YTL, qurlaşdırma üçün isə 45 YTL verməli olacaqsınız. Bu qiymətə məhsulun çatdırılma zamanı əlavə anbalajlama və lift işləməsə qaldırılma qiyməti daxil deyil. Deyək ki, bu xərcləri heç nəzərə almıram. 500-luk mal üçün, 75 YTL, daha doğrusu 15%. İKEA durduğumuz yerdə məhsulun qiymətini minimum 15% qaldırmış olur. Birdə unutmayın, bu çatıdırılma mağazada olan sifarişlərin yüklənilmə dərəcəsinə görə minimum 48 saat, maksimum 4 gün geçikə bilər.
  3. İKEA-da məhsul portfelində təklif son dərəcə məhduddur. İlk baxışdan İKEA salonlarında elə ab-hava var ki, guya burda hər şey var. Düzdür, İKEA-da ev üçün lazım olan həqiqətəndə hər şey var, Amma məhdud çeşiddə. Rəhmətlik Fordun sözü olmasın, İKEA bizə istədiyimiz rəngdə ağ dolab verməyə hazırdır. Şirkətin məhsul portfelini yaxından və çoxtandır izləyən biri kimi, deyə bilərəm ki, brend demək olar ki, yeni məhsul çıxarmır. Hər yeni kataloq çıxdığı zaman, özünü yenilənmiş kimi göstərir, amma hiss edilir ki, eyni şey fərqli formada və ya rəngdə yenilik kimi təklif edilir. Müştərilərə İKEA bol çeşid vermir.

Əlbəttə, bunların hər birinin əvəzində brend əlavə dəyələr təklif edir… məsələn, İKEA salonlarında Siz uşaqlarınızla oynaya, yata, yeyə… bir sözlə hər şey edə biləriniz. Demək olar ki, hər şey və heç kim Sizə “bunu niyə etdin” deməyəcək.

Siz deyə bilərsiniz ki, çatdırılma və qurlaşdırma bahadır, amma əvəzində özün durma xidməti var. Bununla alıcı öz büdcəsinə qənayət etmiş olur (olar). Niyə pisdir ki, CQX (çatdırılma və qurlaşdırılma xidməti – qısaldılmış formada) olmaması.

Düzdür məhsul portfeli kiçikdir, amma butün məhsullar originaldır və İKEA-ın tərzii yansıtır. Minimalist, gözəl və rahat olur. Həmçinin ilk baxışdan baha deyil. 

Əziz oxucu, demək istədiyimiz budur ki, uğur qazanmağın yolu, fərqli olmaqdan keçir. Fərqli olanda kimlərinsə mütləq xoşu gəlməyəcək. Amma yəgin ki, kimlərinsədə xoşu gələcək. Bax, o kimlər… bizim brendimizin əsas müştəri kütləsi olacaq. Biz onlar üçün çalışmalıyıq. Brendinq fərqlənmədən başlayır!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close