image_pdfimage_print

Əziz oxucu, hamıya məlumdur ki, bugün Azərbaycanda təlimçilik, təlimçi, peşəsi çox dəbə minib. Hamı: işləyən-işləməyən, təcrübəli-təcrübəsiz, müxtəlif peşə sahibləri… marketoloqlar, mühasiblər, mühafizəçilər, müəllimlər, həkimlər bir sözlə hamı biznes təlimçi funksiyasında olur. Bəs Sizcə biznes təlimçilərin real biznesə bir xeyri varmı?! Yazının axırında deyəcəyim sözü elə əvvəldən deyim: “Əziz oxucu, təlimçilərdən qaçın…” Bilirsiz niyə!?

İstəyirəm “niyə”lər barədə danışmazdan əvvəl Sizə təlimçilər barədə gezən bir lətifəni danışım. Amma xahiş edirəm diqqətlə oxuyun, çünki bu anekdot əslində elə, təlimçilərin əsas mənfi cəhətlərini özündən birləşdirir.

Günlərin bir günü… hərbi təyyarəni idarəedən iki nəfər pilot, havada gözlənilmədən düşmən atəşinə məruz qalır. Təyyarə vurulur… və pilotlar paraşutla yerə düşürlər. Bu zaman təyyarənin konkret harada aşağı enməsini pilotlar bilmirlər. Paraşut böyük bir ağacın başına düşür və ağacın altında pilotlar bir nəfər çox gözəl geyinmiş adam görürlər. Təbii olaraq pilotlar aşağıda olan adamdan məlumatlar almaq istəyirlər…

  • Biz hardayıq? deyə pilot yerdə olan gözəl geyinmiş adamdan soruşurlar.
  • Siz paraşutdasınız… deyə cavab verir. Gözəl geyimli adam bu cavabı bir xeyli vaxt düşündükdən sonra verir.

Paraşutda olan pilotlar bir-birlərinə baxırlar və gözəl geyimli adam ağacın altından uzaqlaşır. Pilotlardan biri sual verir… “Səncə bu kim edi?!”. Digər pilot cavab verir: “Əlbəttə, bu adam biznes təlimçi edi”. Bilirsən niyə?! Birincisi bu adam cavab verməzdən əvvəl düşündü. İkincisi bu adam bizim onsuzda bildiyimiz məlumatı verdi və üçüncüsü – ən əsası, bu bizə heç bir kömək etmədi. Butün bunlar yalnız və yalnız biznes-təlimçilərdə ola bilir.

Əziz oxucu, bəlkədə bu lətifə Sizə gülməli gəlmədi… AMMA və LAKİN bu anekdotda böyük hikmət yatır. Gəlin biznes təlimçilərin niyə bizə heç cürə kömək etmək qabiliyyətində olmadığını izah etməyə çalışım.

  1. Biznes fərqlilik deməkdir. Biznesdə çox vacib, amma vacib olduğu qədər çətin bir qayda olur – Biznesdə şablon işləmir. Biznes təlimçilər adətən, özlərini nə vaxtsa, hardasa etdikləri ilə öyünürlər. Onlar daim belə sözlərdən istifadə edir: “20 ildir filan-filan-filan sahələrdə çalışmış-mış-mış və s.” amma biznes yeniliyi sevir. Biznesə kiminsə uğur hekayəsini dinləmək lazım deyil. Biznesdə uğur qazanmaq üçün yenilik etmək lazımdır. Hə birdə əmin olun, biznes təlimçilərin CV-də olanların 50% ağ, 40% isə adi yalan olur. Biznes təlimçi heç vaxt sahibkar üçün öz təcrübəsindən əsaslanaraq nələrisə deməyinin faydası ola bilməz.
  2. Biznesdə dərinə getmək şərtdir. Biznes təlimçilər adətən hamı üçün danışdıqlarını fərqli formada təqdim edirlər. Obrazlı desək, hamıya təklif ediləcək plov kimin üçüncə qızıl qablarda, kimin üçünsə saxsıda verilir. AMMA qabın içərisində olan eyni plovdur. Real biznesdə hansısa probelmin həlli daim detallarda olur. Kiçik, xırda detallar biznes üçün həlledicidir. Bu xırdalığa getməyin yeganə yolu isə, əlbəttə biznesin dərinliklərini bilməkdən keçir. Məhz Sizin biznesin, ümumi sözlər biznesdə işləmir. Konkretlik, hər şeyi həll edir. Biznes-təlimçilərə diqqət edin, onlar çox nadir hallarda hansısa bir problemin həllini konkret göstərə bilirlər. Mümkün deyil. Edə bilməzlər. Etsəydilər, öz bizneslərini qurardılar. Səthi yanaşdıqları üçün bugün bizim başımıza biznes-təlimçi kimi açılıblar.
  3. Biznes təlimçi öyrətmir, bilmədiyi başa salır. Diqqət edin, uğurlu və güclü biznes təlimçilər öz çıxışlarında Apple danışır, McDolanlds strateqiyasını izah edir, Çerçil kimi necə danışmaq lazım olduğunu göstərir AMAM öyrətmir. O sadəcə, bizə maraqlı olması, vaxtımızın yaxşı keçməsi üçün bizi əyləndirir. Bizə sübüt edir ki, biz əslində heçnə bilmirik. Təlimçilər bizə, bizim heçnə bilmədiyimizi aşılayır və… və heçnə. Biznes təlimçilər konkret biliklər vermirlər.

Muasir dövrdə bahalı biznes təlimçilər öz brendlərini, ucuz yerli təlimçilər isə sadəcə öz keçmiş təcrübəsini bizə satırlar. Məsələn, Marketinq Kingdom və ya hansısa xarici təlim xarakterli görüşü gedin və görüşdən bir ay sonra düşünü… Siz nə öyrəndiniz?! Əmin olun, biznes üçün faydalı heçnə! 

Burada bir məsələyə diqqət edək, biznes üçün öyrənmək funksiyasıdır vacibdir, amma başa düşməliyik ki, xarici biznes-təlimçi bizim şirkət üçün heç vaxt faydalı ola bilməz. Şirkət daxili təlimçilər öyrətmək üçün ən mükəmməl vasitə ola bilər. Yadıma gəlir, daha əvvəllər çalışdığım şirkətdə satış kitabı yazmaq istəyirdik (Cəbrayil müəllim məni aldatmağa qoymaz!) və bu prosesi xarici bir təlimçiyə tapşırdıq. Nəticə?! Nəticə heçnə. Bizə gözəl dizayn edilmiş, biyabırçı bir kitab təqdim edildi. Tam faydasız. Nəticədə eyni kitab o vaxt bizim daxili təlimçimiz kimi fəaliyyət göstərən Cəbrayil Vəliyev tərəfindən yenidən yazıldı. Bu çox faydalı oldu, çünki daxili təlimçi şirkətin əsas problemlərini bilirdi. Biznesin daxilində edi. 

Bugün Azərbaycan şirkətləri xarici təlimçilərə (xarici dedikdə biz əcnabi demək istəmirik, şirkətdə çalışmayanlardan danışırıq) böyük pullar xərcləyirlər. Əmin olun bu çox səhvdir. Şirkətin pulunu havaya atmaqdır bunun adı. Ondansa hər bir struktur rəhbəri öz işçilərinə mütəmadi təlimlər versələr daha faydalı bir səhnə olar. 

Bəzən məni haralardasa biznes təlimçi kimi təqdim edirlər… Sizin qarşınızda açıq və səmimi şəkildə deyirəm: “Əzizlərim, mən qətiyyən biznes təlimçi deyiləm. Mən sadəcə paylaşmağı sevirəm, bloqlar, Marketinq AİR-lə, 360 dərəcədə brendinq kitabı ilə, istər Milli Marketinq Forumunda, KİV-də məndən nesə soruşanda… bir sözlə mən qətiyyən öyrətmirəm, mən sadəcə paylaşıram. Bundan həzz alıram və əmin olun bu addımların heç birinə pul qazancı kimi baxmıram!

Biznes-təlimçilər butün dünyada faydaları çox az olsada, Azərbaycan bu səhnə daha bərbaddır. Demək olar ki, heç bir biznes, sahibkarlıq təcrübəsi olmayanlar aktiv şəkildə təlimlər verməyə çalışır. Bu çox ziyanlıdır. Həm dinləyicilər, həmdə “təlimçilər” üçün. Ümumiyyətlə biznes təlimçinin 40+ yaşı yoxdursa, nesə ciddi problem olduğunu 100% bilmək lazımdır. 

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close