Monthly Archives Noyabr 2015

Əziz oxucu, hamıya məlumdur ki, bugün Azərbaycanda təlimçilik, təlimçi, peşəsi çox dəbə minib. Hamı: işləyən-işləməyən, təcrübəli-təcrübəsiz, müxtəlif peşə sahibləri… marketoloqlar, mühasiblər, mühafizəçilər, müəllimlər, həkimlər bir sözlə hamı biznes təlimçi funksiyasında olur. Bəs Sizcə biznes təlimçilərin real biznesə bir xeyri varmı?! Yazının axırında deyəcəyim sözü elə əvvəldən deyim: “Əziz oxucu, təlimçilərdən qaçın…” Bilirsiz niyə!?

Bugünlərdə ölkəmizdə olan TED-ə çıxışa mənə dəvət veriblər və mövzunu təyin etmək üçün bəzi ətrafımızda olan hadisələri müşahidə etməyə başlamışam. Son vaxtlar bir məsələnin şahidi oluram – bizim yaxşılıq dediyimiz, ətrafımızdakıların bizə qarşı etdiklərinə görə çox sağ ol demək istədiyimiz məsələləri təhlil etdikdə hiss etdim bu əməllərin heç biri bizə xeyr verməyib. Başqa sözlə desək insanların etdikləri təsir müddətinə görə: uzun və qısamüddətli effektə malikdir. Yaxşılıqlar – qısamüddətli, pisliklər bizim üçün uzunmüddətli faydalar verir. Bizə yaxşılıq etmiş olanlar, əslində bizə ziyanlıq edirlər və əksinə. Bilirsiz niyə?!

Bugünlərdə ölkəmizin marketinq tarixində son dərəcə əhəmiyyətli bir tədbir – Dijital Marketinq Konfransı keçirilirdi. Paralel olaraq AXA Mbask şirkəti tərəfində keçirilən toplantıya məni dəvət etmişdilər. Şirkətin HR rəhbəri və CEO-su ilə görüşdükdən sonra hiss etdim ki, bu şirkətin təklifini qəbul edib 2 saatlıq təqdimat etməyə dəyər. Nə başınızı ağrıdım… ürəyim Dijital Marketinq Konfransında qalsada… cismim AXA Mbask korporativ tədbirində oldu… və Sizə deyim ki, bu tədbir mənim çox xuşuma gəldi. Tədbirin özündəndə çox, AXA Mbask şirkətinin ümumi korpotariv mədəniyyəti, sığortaçılıq bazarında etdikləri məni sözün əsl mənasında valeh etdi. Bilirsiz niyə?!

12
Close