image_pdfimage_print

Bugünlərdə P&G şirkətinin təqdim etdi reklam mənim diqqətimi çox çəkdi. Ölkədə tanınmış “KVN” aparıcılarından olan Bəhrəm Bağırzadənin iştirakı ilə çəkilən rolik əlbəttə istər alıcılar, istərsədə professional marketoloqlar tərəfindən bir mənalı qarşılanmır. İcazə versəniz Procter and Gamble “Keyfiyyət sərfəlidir. Özün sına” kampaniyası barədə fikirlərimi Sizinlə bölüşüm. Maraqlı olsa oxuyarsız, yaxşı!?

İlk əvvəl qeyd etmək istəyirəm ki, mənim dediklərim (yazdıqlarım) heç bir şəkildə – “100% belədir” mənasını vermir. Marketinq qeyri-dəqiq elmlərin sırasındadır və burada subyektivlik payı son dərəcə çoxdur. Əsasən də söhbət, reklam kimi mövzudan gedirsə. Buna baxmayaraq mən hesab edirəm ki, P&G çəkdiyi son reklamlar son dərəcə güclü və təsir edici olacaq. Yerli marketoloqlar mütləq və mütləq belə şirkətlərdən və kampaniyalardan çox şeylər öyrənməlidirlər. 

Procter and Gamble şirkəti öz reklamlarında defələrcə üçüncü şəxslərin adından danışmağa çalışıb. Butün ölkələrdə olduğu kimi Procter-da qadınlara yönəli reklamlarda çəkilənlər əsasəndə konkret kampaniyanın xarakterizə edən ölkədə aristokrat formada tanınmış adamlar olurlar. Bu adamlar mütləq qaydada xanımlar tərəfindən rəğbət görmüş insanlar olmalıdırlar. Vacib deyil, kişi və ya qadın, amma fikir versəniz Procter analarla butün ölkələrdə bir dildə danışır. 

Procter and Gamble bu tip reklam kampaniyaları zamanı aşağıdakılara diqqət edir:

  1. Seçilən məhşur heç bir şəkildə reklam edilən brendin önünə keçmir. Məsələn, bir vaxtlar Aygün Kazımova hansısa prezervativ reklamında, Roya hansısa gözəllik salonun reklamında çəkilməsi, əslində sözü gedən məhsullardan məhşur simanın özünün reklamı olur. P&G-də bu qayda heç vaxt pozulmur. 
  2. Reklamın “baş gəhramanı” brendin özü olur. Procter and Gamble reklamlarında xüsusi effektlərdən demək olar ki, istifadə edilmir. Reklam “baş gəhramanı” brend olur. Reklamlar daha çox “adi” videoya bənzəyir. Diqqət edin, mesajlar son dərəcə bir-başa və rahat başa düşüləndir. 
  3. Vermək istənilən mesaj 3-cü şəxs tərəfindən verilir. Reklamlarda brend çox nadir hallarda öz adından danışır. Bunu Procter iki cür edir: ya statistika verilir, müqayisədən istifadə edilir (ucuz yuyucu tozlardan 3-dəfə daha yaxşı…) ya da mesaj üçüncü şəxs tərəfindən verilir (Bəhrəm Bağırzadə məsələn…).
  4. Mesajın sonunda mütləq rəqəmlərdən istifadə edilir və hərəkətə çağırış olur. Procter and Gamble AİDA metodundan daim istifadə edir. Özünüz diqqət edin, rolik daim təəcübləndirmə ilə başlayır və AİDA ardıcıllığı ilə dava edir. Sonda mütləq “call to action” edilir.

Şirkətin son dövrlərdə analar işləməsində sosial şəbəkələrdə fərqli formada istifadə edir. Məsələn, P&G brendlərinin çoxu Azərbaycanda “Qadınlar Klubu” istiqaməti ilə sosialda (SMM) təmsil edilir. Burada məntiq çox sadədir – sosial şəbəkələrin biznesə təsiri məhz reklam kimi görünmədiyi zaman hiss edilir. Biri var ki, “Keyfiyyət sərfəlidir. Özün yoxla” mesajını Ariel və Tide brendinin Facebook səhfəsi versin, birdə var ki, ilk baxışdan müstəqil görünən bir qadınlar arasında məhşur olan səhfə tərəfindən verilsin. Əlbəttə, ikinci halda effekt daha çox olacaq, çünki muasir marketinq komminikasiyaları bunu tələb edir, reklam kimi hiss edilməsin.

Sonda niyə məhz Bəhrəm Bağırzadə seçimi barədədə öz fikirlərimi bölüşüm.

Bəhrəm bəy, ölkəmizdə intelektual yumurun ən populyar simalarından biridir. Məsələn, mən “Bu şəhərdə”yə baxmağa utanıram, amma bu yaxınlarda gecə saat 3-ə qədər, YouTube keçmiş KVN-lərin videolarına baxıb gülmüşəm. Düşünürən ki, Bəhrəm Bağırzadə kifayət qədər populyar və sözünə düz adam kimi tanınır. Bu Procter üçün son dərəcə uduşlu vəziyyətdir. Öz aramzıda… bizdə axı, məhşur adamların çoxu… bildizdə nə demək istəyirən.

Həmçinin, Bəhrəm bəy, nə qədər tanınmış olsada Fairy və Ariel brendləri ondan az tanınmır (ev qadınları arasında). Bu o deməkdir ki, tanınmış sima brendin üzərinə keçmir. Yuxarıdada dediyimiz kimi bu reklamlarda çox vacibdir. 

Hesab edirəm ki, P&G bu dəfədə kifayət qədər uğurlu və sistemli bir marketinq kampaniyasına start verib və bu şirkətdən öyrəcək hələ çox şey var!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] Manafovun  Procter and Gamble və Bəhrəm Bağırzadə  analizini oxuduqdan sonra bu mövzuya  da toxunmaq istədim.İstehlakçının ucuz mallara […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close