image_pdfimage_print

Bu ildən başlayaraq biz ilin ən tənbəl şirkətləri barədə yazmaq istəyirik. Bunun əsas səbəbi kimi, bəlkə bu “yatmış gözəlləri” yuxudan Oyatmaq istəyi durur. Bəlkə bizim bloq bu şirkətləri ayıldar. Biz istəmirik ki, Azərbaycan şirkətləri yatsın, axı böhranda yatmaq ölümə bərabət olur. Beləliklə, 2015-ci ilin ən tənbəl şirkətləri hansılardır?!

Tənbəl dedikdə biz, biznes-marketinq fəaliyyətini passiv həyata keçirən, keçən illərlə müqayisədə daha passiv olan, bazar payını itirən (itirməkdə olan) şirkətləri başa düşürük. Ən tənbəl şirkətlər – oxuyun bu yazını və yuxudan oyanın!)

Tənbəl şirkət №5 – Baku Elektroniks. İl ərzində istər etdiyi (etmədiyi) kampaniyalar, istər ümumi bazar etdikləri, istərsədə kadr siyasətində fəaliyyətsizliyinə görə, ilin ən tənbəl beşinci şirkəti adına layiq olmaq Baku Elektroniksin halalca haqqıdır. Bir vaxtlar Azərbaycanda məişət texnikası bazarının sözsüz lideri olmuş şirkət bu il sözün əsl mənasında yuxuda olub. Yaxın rəqibləri MG, Soliton, Kontakt Home, Optimal bu il şirkətdə ciddi bazar payı qazanıblar. Şirkətin satışlarının düşməsində böhran faktorunun təsiri, tənbəlliklə müqayisədə “toya” gediləsidir. Əminəm ki, bu sözün gedən işlər davam etsə, biz bu şirkətin tezliklə balacalaşdığını görəcəyik.

Tənbəl şirkət №4 – UniBank. Bir vaxtlar çox ölkədə retail bank, müştəri ilə aktiv danışan bank sözləri deyiləndə ilk yada düşən bank əlbəttə UniBank olurdu. Hətta bir vaxtlar sözü gedən bank, ölkədə banklar arasında ən aktiv marketinq edən Bank of Bakudan belə öndə edi. AMMA və LAKİN – 2015-ci ilin UniBank çox dəyişdirdi. İstər reklam büdcələrinin xeyli kəsilməsi, istər aktiv kredit verilmə prosesinin dayandırılması bankın bu il tənbəllik etdiyi göstərir. Bu il Unibank-da ən yadda qalan struktur əlbəttə ki, problemli kreditlər şöbəsi oldu. Diqqət edin, biz demirik ki, UniBank ən passiv bankdır, biz deyirik ki, 2014-cü illə müqayisədə çooox tənbəl olublar. Əlbəttə, burda ümumi bank sektorunda olan vəziyyət və devalvasiya təsiridə danılmazdır, amma fakt – fakt olaraq qalır!)

Tənbəl şirkət №3 – Favorit. Böhran dövründə Azərbaycan ən dinamik inkişaf edən sektor əlbəttə ki, gündəlik istehlak mallarının pərakəndəçiliyidir. Belədə olamlıdır, çünki böhranda biznes aparmaq üçün resurslar daha asand tapılır, gündəlik istehlak mallarının pərakəndəçiliyi isə ölkəmizdə ən boş bazarlardandır. Bu durumda bir vaxtlar bu sektora çox saylı yeniliklər gətirmiş bir şəbəkənin belə passiv fəaliyyəti məni çox məyus edir. Rəqiblərindən ARAZ və Bazar Store bu sözün həqiqi mənasında at oynatdıqları bir zamanda… Favorit yatmaqla məşğuldur. Nə marketinq aktivlikləri yoxdur, nə yeni mağaza açılmır. Unutmaq olmaz, biznesdə statik vəziyyət olmur – ya irəli gedirsə, ya da geri. Bu il Favarit geriyə gedib. Arzu edirəm 2016-cı ildə yenidən özlərini gələcəklər!)

Tənbəl şirkət №2 – Azərbaycan Dəmir Yolları. Biyabırçılıqdır! Bu qədər böyük inkişaf potensialı olan bir şirkət, bu qədər asand investitsiya cəlb ediləcək bir şirkət necə bu qədər tənbəl, passiv ola bilər?! Elementar marketinq, müştəri məmnuniyyəti qaydalarına belə riayyət edə bilməmək, düşünürəm ki, Dəmir Yollarının biyabırçılığından xəbər verir. Nəqliyyat sistemində bu qədər boşluq olan zamanda şirkət sözün əsl mənasında işləmir. İşləmir bir yana qalsın, işləmək lazım olduğunu bilmir?! Məgər mütləq bunun üçün bir ASAN xidmət yaradılmalıdır!?) Çox ümid edirəm ki, 2016-ci il ölkəmizdə Dəmiryolu ili olacaq. Bizim nəqliyyat sistemidə demirəm Almaniyada olan DB, heç olmasa Rusiyada olan kimi bir sistem qura bilər.

Tənbəl şirkət №1 – AZAL. Yalandan 3-5 rus dilli qlamurkaları yığıb hansısa bir event etməklə AZAL kimi şirkətdə marketinq etmək olmaz. Böhran AZAL üçün əsl imkandır. Diqqət edin, bugün Rusiya – Türkiyyə, Rusiya – Misir münasibətlərini görə yerli bazarda necə mükəmməl turizm imkanları var. AMMA bunu hamı görsədə AZAL görmür, görmür və görmək istəmir. Hər zaman demişəm, indidə deyirəm, bizim AZAL-da xidmət problemi yoxdur, biz sadəcə işləyə bilmirik. İşləmək istəmirik. Azərbaycan ölkəyə turist gətirmək istəyirsə, bundan ötrü böyük investitsiyalar qoyursa, ilk əvvəl özünün güclü avia şirkətini yaratmalıdır. AZAL belə tənbəlliklə heç vaxt bu şirkət ola bilməyəcək. Arzu edirəm…

Əziz oxucu, Siz necə düşünürsüz, 2015-ci ilin ən tənbəlləri hansılardır?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Sözlərinizdə həqiqət var. Biraz tənbəllik birazda fikrimcə elə düşünürlərki biz əvvəlki kimi Lider ola bilmərik. Bəlkəmdə özlərinə güvənləri itib.

    Bütün şirkətlərə sağlam rəqabət arzulayıram.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close