image_pdfimage_print

Əvvəl olan bloq-postda dediyimiz kimi, dekabr ayı ərzində biz daha çox hesabat xarakterli yazılar dərc edəcəyik. Belə yazılardan birincisini Sizlərə təqdim edirəm. Beləliklə 2015-ci ildə mənim ən çox bəyəndiyim biznes-bloqlar hansılar olub?

Bir məsələyə diqqət edin, bu siyahıda biz ümumi bloq olaraq deyil, konkret bloq-post olaraq qiymətləndirmə aparırıq. Qiymətləndirmə meyarı – subyektivdir. Subyektiv, İlkin belə hesab edir!)) Başlayaq?!

TOP5 – Rafiq Hünaltay – Bəlkə biz düz eləmirik?! Sözün həqiqi mənasında bu bloq post Azərbaycanda biznes bloqerlər arasında bir trend oldu. Rafiq bəy bizim yaxın dostumuz olsada deməliyəm ki, bloqlarda yazı tərzi mənim heç xoşuma gəlmir. Rafiq bloqu, bloq kimi deyil, ciddi bir elmi ağırlıqlı yazı kimi yazır. Bu doğru deyil (məncə doğru deyil). Amma, “Bəlkə biz düz eləmirik” yazısı ilə Rafiq butün biznes bloqerlər arasında bir “moda” yaratdı, çoooxtandı yazmayan adamlar, əllərinə qələm götürdülər. Çox maraqlı yazıdır, mütləq oxuyun. Xoşunuza gələcək. 

TOP4 – Samir Kərimov – 28 Cinema və Park Cinema – Battle. Bu bloq postlar bir silsilə olaraq mənim çox xoşuma gəlir. Niyə?! Ona görə ki, bizdə belə bir araşdırma xarakterli yazan adamlar demək olar ki, yoxdur. Samirə sözün həqiqi mənasında bir böyük 5 düşür. Samir ciddi araşdırmalar bloq yazır, bu ana dilimizdə professional bloqerlik üçün bir addımdır. Diqqət edin, ana dilimizdə professional bloq yazan adamlar çox azdır. Samir bu bloq-postlarla bloqerlər üçün bir meydan yaratmış oldu. Mütləq bu bloqları oxuyun.

TOP3 – Namiq Bayramov – …dözmədi qəlbim. Əziz oxucu, Sizə səmimi deyirəm – bu bloqu oxuyanda, super hisslər keçirdim. Bloq başdan-ayağa şəir formasında yazılıb. Çox maraqlı – gülməli, öyrədici – düşündürücü… bir sözlə oxuyun, sonra danışarıq, yaxşı!?))

TOP2 – Anar Bayramov – Marketinq AİR yalnız təlim deyil. Bu yazı məni tam olaraq nostalji hisslər yaşadır. Anar Bayramovun Marketinq AİR haqqında olan yazısında, mən yalnız keçmiş nostalqiya deyil, həmçinin gələcəyə müsbət baxış üçün zəmin yaradır. Biz çox sevinirik ki, Marketinq AİR qismində biz Azərbaycanda güclü və sistemli düşünə bilən biznesmenlər, menecerlər yarada yetişdirə bilirik. Bu yazını oxuyun, əminəm Sizidə motivasiya edəcək.

TOP1 – Aysel Cəbrayılova – Sosial bir tərəfə, ən azı məsuliyyətli olaq. Bilirsiz niyə bu yazını birinci yerə qoydum!? Çünki yazıda yaşanmış real hadisələr, son dərəcə emosional formada izah edilirdi. Bizim AİRçi dostumuz Aysel, bloq fəaliyyətində çox yenidir. Buna baxmayaraq konkret sözü gedən bloq postla Aysel 2015-ci ildə yazılan bloqlar arasında mənim ən çox xoşladığım oldu. Halal olsun. Son dərəcə gözəl və emosional formada Fiziki Məhdudiyyətli insanlar haqqında yazılmış bloqdur. Bloqu oxuyun, əminəm ki, Sizlərində xoşunuza gələcək.

Bu arada çox sevinirəm ki, Aysel Cəbrayılova bizim Marketinq AİR məzunu olaraq sözün həqiqi mənasında AİR dəstəsinin əsas istiqamət verici gücünə çevrilib. Bu o deməkdir ki, tezliklə Marketinq AİR-də biz təsisçilər deyil, həmçinin elə AİR məzunları öz təcrübələrini paylaşa biləcəklər. Bu superdir!

Əziz oxucu, sözü gedən bloqları oxuyun, düşünürəm ki, Sizində ən azı mənim qədər xoşunuza gələcək. Bloqumuzu izləyin, hər gün ilin yekunları barədə yazaceyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close