image_pdfimage_print

Əziz oxucu, bugün sözün açığı, AZAL brendinin “flaşmob” adıyla etdiyi mənasız aksiya barədə yazaraq AZAL-a hörmətimin gündən-günə azaldığını deyəcəkdim… AMMA qismət deyilmiş. Dostumuz DjFateh-in sözün əsl mənasında rekord qıracaq “Oğlan Evi” kinosuna baxmağa getmişdim və orda İDEAL parfumeriyanın “reklamını” gördükdən sonra düşündüm ki, AZAL-ın etdiyi, İDEAL-ın yanında “toya gedəsidir”. Xahiş edirəm birinci video özünün baxın, sonra mən kommnetlərə başlayım.

Deməli, marketinq nəzəriyyəsi bizə öyrədir ki, kommunikasiyada müştərilərini heç vaxt aşağılamaq olmaz. Başqa sözlə desək, məhsulun verdiyi dəyər nəticəsində müştərini (istifadəçini) daha dəyərli etməlidir. Əgər söhbət parfumeriya və kosmetika kimi, “qorxulu” məhsuldan gedirsə, burda məsələ dahada gəlizləşir, çünki “söz konusu” qadın olanda hər şey daha qorxulu olur. Reklamlarda görünən müştəri portreti hər zaman daha gözəl, daha “şık” olmalıdır. Amma İDEAL…

…İDEAL-ı gülləyə tutmazdan əvvəl deyim ki, kampaniya superdir. Əslində müştəri məntiqi, müştəri maraqları tam qorunur, sadəcə bu tip kommunikasiya hər şeyi məhv edir!

İdeal Parfumeriya kimi şirkətin reklamda göründüyü kimi, müştərini “karikatura” formasında göstərməsi, insanların gündəlik həyatlarında baş verən proseslərə gülməsi hesab edirəm ki, böyük marketinq – kommunikasiya səhvidir. Bu yol verilməzdir. Niyə?!

Birincisi – reklamda brend müştərisinə gülməz. Heç bir müştəri istəməz ki, reklam görünən obraz ona aid olsun. Burada müştərilərin hərəkətləri, ətir aldıqdan sonra, xanımların etdiyi hərəkətlər heç bir şəkildə Azərbaycan xanımının obrazı deyil. Əminəm ki, burda İDEAL marketinqi “yumşaq desək” çaşıb. Yox əgər burda o öz müştərisini göstərmək istəmirsə… onda maraqlıdır söhbət kimdən gedir?! (başa düşmürəm… “Əsilzadə Xanbəylinski” kimdir!?)

İkincisi – reklamda müştəriyə verilən vəd yumorla göstərilməz. Əgər brend müştərisinə “vəd” verərək deyirsə ki, “Gəl malını qaytarıram” – bunu gülə-gülə deyil, ciddi formada, öz şirkət imicini quruyaraq etməlidir. İdeal əgər müştərisinə bir “jest” etmək istəyirsə, buna görə bizimlə zarafat etməsin!) Mənim  üçün aydın deyil, niyə xanım içəri girəndə “yellənə-yellənə” girir ki!?

Üçüncüsü – Gözəllik qurban tələb etmir – İdeal tələb edir  sloqanında problem var. Hiss edilir ki, sloqan xarici dildən hərfi tərcümə ilə düşünülüb. Elə bil, sloqanı tapan adam Azərbaycan dilini bilmir. Niyə gözəllik İdeal tələb edir?! Parfumeriya qadınların gözəlliyini önə çıxarmaq üçündür. Kosmetika gözəli daha gözəl etməlidir. Qadınlara demək ki, Sizi gözəlləşdirən kosmetikadır… məncə səhvdir.

Əziz oxucu, belə qeyri-ciddi konsepsiyalar heç bir şəkildə İDEAL kimi sektor lideri olan bir şirkətə yaraşmır. Bununla İDEAL inanmıram ki, önə gedə bilsin. Müştəri ilə heç vaxt qeyri-ciddi formada, lağ-lağa tərzində danışmaq olmaz. 

Hesab edirəm ki, şirkət tezliklə bu səhvlərini düzəldəcək və bizim üçün İDEAL marketinq edən İDEAL kimi hər zaman yaddışımızda qalacaq. Bu kampaniya görə isə, İDEAL ciddi şəkildə qınayıram!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close