image_pdfimage_print

Bu yazını çoxtan Sizinlə bölüşmək istəyirdim. Azərbaycanımızın müstəqillik qazandığı illər ərzində sözün həqiqi mənasında mükəmməl bizneslər qurmuş sahibkarlar – biznesmenlər olub və bu insanlar barədə danışmaq çox vacibdir. Biznes qurmaq, sahibkar olmaq Azərbaycanda əsl fədakarlıqdır, inanın mənə!) Sahibkar cəmiyyətin lokomotivi, iqtisadi rifahın əsas səbəbkarıdır və mən əminəm ki, indi adları çəkəcəyim şəxslər ölkəmizdə biznes üçün bir məktəb, gənc sahibkarlar üçün isə bir kumir rolunda olmalıdırlar. Beləliklə… TOP5 azərbaycanlı sahibkar mənim fikrimcə kimlərdir?!

İlk əvvəl qeyd etmək istəyirəm ki, mənim gözümdə mükəmməl sahibkar “0”dan biznes qurmuş və biznesin inkişafı dövründə hansısa bir siyası alətlərdən istifadə etməyən şəxslərdir. Düşünə bilərsiniz… “əşi Azərbaycan adam (oxu, day-day, krişa və s.) olmadan biznes qurmaq olar!?”. Məncə olar. Siz bu adamları tanıdıqdan sonra əmin olacaqsınız  – hər yerdə olduğu kimi elə Azərbaycandada “0”dan biznes qurub inkişaf etmək olar. Başlayaq…

TOP5 – Anar Əliyev – Fab Boya (OMİD). Ölkəmizdə kraska-boya dedikdə ilk ağla gələn brendin FAB olması təsadüfi deyil, bu qeyri-adi iş bacarığı və əlçatmaz sadəliyə malik olan Anar müəllimin bir-başa əməyidir. Anar bəy biznesə ilk olaraq OMİD tikinti materiallarının satışı ilə başlayıb, daha sonra sözün həqiqi mənasında – ağla sığmaz bir ərazidə FAB istehsal prosesini qurub. Bu şəxslə mütləq tanış olmağa çalışın, əmin olun, sözün əsl mənasında “dırnaqları” ilə Azərbaycanın ən mükəmməl şirkətini qura bilib. FAB şirkətində Anar bəyin işçilərə xüsusi yanaşması var, məsələn nahar yeməyini mütləq fəhlələr yemək yediyi yeməkxanada yeyir və ən əsası, öz yeməyini mütləq özü götürür. Bir sahibkar, bir iş adamı nə qədər sadə ola bilər – suallına cavab axtarırsınızsa mütləq FAB Boyanın sahibi Anar Əliyevlə tanış olun!)

P.S. Anar müəllimlə bir dəfə xaricə səfər etmişdik… onu tanımayan biri soruşdu ki, “Sən nə iş görürsən? , Anar müəllimin cavabı “Mən kraska, tikinti materialları satıram…””oldu. Dialoq zamanı Anar müəllimdən çox şey öyrəndim, amma ən əsas öyrəndiyim söz, başqa bir görüşdə oldu – “İlkin, nedənsə qorxursansa… biznesə girmə. Hərəkət elə və heçnədən qorxma”. 

TOP4 – Fərid Novruzi (Novco Group). Fərid bəyin biznesdə etdikləri istənilən gənc insan üçün nümunə ola bilər. Sıfırdan satıcı işləyən biri, bugün ölkəmizin ən böyük geyim pərakəndəçisi ola bilirsə… deməli hər şey insanın özündən asılıdır. Fərid Novruzu etdikləri addımlara baxdıqdan bir məsələni konkret şəkildə hiss edirsən… “Biznes insan kimidir, ona diqqət yetirməyəndə o səndən küsə bilir”. Həqiqətəndə biznesə “sağmar inək” kimi baxmaq doğru deyil, biznes daim investitsiya tələb edir, biznes daim diqqət tələb edir və s. Fərid bəyin biznes karyerasını mütləq və mütləq izləmək lazımdır. Əminəm ki, öyrəcək çox şey var!)

TOP3 – Aydın Dəmirçi (AGA Gruop – Caspian Plaza, Caspian Center, Demirçi Plaza, Ağa Center və s.). Düşünə bilirsiniz, bir nəfər özünü ofis icarəyə götürür və tikinti işiylə məşğul olmaq istəyir… bu anda onun ofisini icarəyə götürmək istəyirlər (özü icarəyə götürdüyü ofisi, ondan icarəyə istəyirlər)… və Azərbaycan (Bakı) ofis icarəsi bazarının mənim fikrimcə ən azı 20% sahib olan bir şirkət yaranır. Aydın müəllimlə bir neçə dəfə şəxsi ünsiyyətim olub… məsələn, Milli Marketinq Forumunda onun oğlu Qafar Dəmirçinin prezentasiyanı dinləmək üçün gəldiyi zaman, dialoqlarımız oldu. Əziz oxucu, Sizi inandırıram, bu qədər ciddi riyazi məntiqi olan adam tanımaq çox çətindir!) Təhlil və müşahidə qabiliyyəti Aydın müəllimdə tam “pikdədir”. Aydın müəllimi bir sahibkar kimi fərqləndirən əsas xüsusiyyət mənim fikrimcə dissiplinli idarəetmə bacarığıdır. Məhz idarəetmə bacarığı. Mən uzun-uzadı danışmaq istəmirəm, özünün tanıyın, söz verirəm peşman olmayacaqsınız. Öyrəcək, çooox şeylər var.

P.S. Bir dəfə Demirçi Plazanın liftində Aydın müəllim məndən bloqda olan hansısa yazını soruşanda… ŞOK-a düşdüm. Dedim, bu qədər işin qabağında Aydın müəllim bizim bloqu oxuyursa, deməli… biz çox yox, laaap çox işləməliyik!)

P.S.S. Birdə əziz oxucu, əgər Aydın Demirçi qurduğu bizneslə paralel Qafar kimi mükəmməl bilikli, alicənab və bacarıqlı bir övlad yetişdirə bilibsə… deməli bu adam valideyn olaraqda həqiqətəndə qibtə ediləsidir.

TOP2 – Rəhman Haciyev (DemirBank). 1989-cü ildə, əslən Şəkidən olan bir nəfər özəl bank qurur!!! Bəli-bəli düz oxudunuz, özəl bank. Bu bank Vahid Bank, Alex Bank… kimi batmır və bugün ölkənin ən yaşlı bankı kimi – DəmirBank fəaliyyət göstərir. Düz 26 il! Təsəvvür edirsiniz?! Bu bank… Kapital Bank kimi, Beynalxalq bank kimi və ya hətta Paşa Bank)) kimidə deyil. Tam müstəqil, tam şəffaf və tam bank kimi bank! Ölkənin bir nömrəli bankiri kimdir suallını mənə versəniz, heç düşünmədən Rəhman müəlimin adını çəkərəm. Sizə əmin edirəm ki, doğru olaram. DemirBank istər işçilərinə münasibətə, istər ümumi biznes-etikasına görə Rehman müəllimin əsl simasını yaxşı mənada ortaya qoyur. Bankda əmək haqları, işçilərin təlim xərcləri, müştərilərə qarşı münasibətlər hər zaman standart, dəyişməz və qeyri-adidir! Rəhman müəllim əsl bankir kimi, hər şeyi vaxtında, düzgün və yetərincə eləməyi bacarır.

P.S. Embawood-da işlədiyim vaxtlar DemirBank-la ölkədə ilk defə mebel kreditləşməsi prosesini biz hazırlamışdıq. Elə o vaxtdan hiss edilirdi ki, bu bankın sahibi, əsl bankirdir! Hər bir riski hesablayırdı, təsadüfi deyil ki, bu layihə zamanı problemli kredit deyilən bir şey olmadı!)

TOP1 – Elşad Abbasov (Embawood, Madeyra, EmbaFinans). Bir vaxtlar Azərbaycan Neft Akademiyasında (0 vaxt AZİ) müəllim kimi işləyən aspirant, Moskva Dövlət Universitetinin məzunu, hər şeyi tullayır… və post-sovet ölkələrinin ən böyük mebel şirkətini qurur (!). Təsəvvür edirsiniz!?) Elşad müəllimi birinci yerə qoymağımız təsadüfi deyil… Azərbaycan kimi mebel istehsalı ənənəsini olmayan bir ölkədə mebel imperiyası yaratmaq, həqiqətəndə qeyri-adi nəticədir, xarici ölkələrdə fabriklər qurmaq razılaşın ki, qeyri-adilikdir. Elşad Abbasovla ilk tək-təkbətək görüşüm, düz 7 il bundan əvvəl olub. Xatırlayıram… məni otağına çağırdı (o vaxt mən Embawood-a ən xırda bir istiqamətin marketinqində işləyirdim) və bazar tutumu barədə suallar verdi… cavab verdikdə səhvlərimi üzümə deyib, məndən daha sistemli araşdırma etməyi, bu araşdırmaların şirkətə necə lazım olduğunu çatdırdı. Təəcübləndim… axı bu dərsləri mənə nə Almaniyada, nə Azərbaycanda, nədə hansısa kitablarda öyrətməmişdilər. Elşad Abbasov isə, bunları əla bilirdi! Elşad müəllim, Azərbaycanda ən vizyonlu sahibkardı… desəm əminəm ki, yanılmaram. Məhz buna görədə Elşad Abbasov, Embawood şirkətinin yaradıcısı və mənim daim öyrəndiyim biri olaraq birinci yerdədir!)

P.S. Heç mafiya oynamısız?! Mafiya oyunu. Əgər oynamısınızsa, Elşad müəllimin bu oyun zamanı “polad” məntiqinə heyran qalacaqsınız. Çox tezliklə, çoox tezliklə riyazi hesablamalarda Elşad Abbasov bu oyunda kimin-kim olduğunu bilir!) Tam səmimi, bilənlər – bilir.

Əziz oxucu, bu siyahıda biz yalnız Azərbaycanda biznes aparan və Azərbaycanlı sahibkarlar haqqında yazdıq və əlbəttə ki, burada ölkəmizdə doğulub biznesi xarici ölkələrdə aparanlar barədə məlumatlar yoxdur. Buna baxmayaraq, biz əminik ki, çoxlu güclü yerli sahibkarlarda bu siyahıya düşə bilərdi, sadəcə biz Sizə yalnız öz subyektiv fikirlərimiz əsasında obyektiv hesab etdiklərimiz barədə yazdıq.

Əminəm ki, bu sahibkarların hər birinə ürəklə ən azı bir küçə adı qiymaq olar, çünki məhz bu insanlar ölkə iqtisadiyyatının inkişafə üçün lazımdır. Əsasəndə… belə günlərdə!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Salamlayıram Sizi.
    1.İlkin bəy, mən FAB-ın istehsal prosesini qurduğu ərazidə yaşayıram və buna görə mənə maraqlı gəldi ki, vaxtilə məqalədə niyə həmin ərazini ağlasığmaz ərazi adlandırırsınız? :))
    2. Fərid Novruzinin rəhbərlik etdiyi Novco Group nəyin pərakəndə satışı ilə məşğuldur ki, onun bu siyahıya daxil olmağını məqsədəuyğun bilmisiz? Axı məsələn, mən nəinki onun haqqında hətta onun şirkəti haqqında birinci dəfədir ki, bu məqalə vasitəsilə informasiya əldə etmiş oldum. ))
    Təşəkkürlər!

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close