image_pdfimage_print

Əziz oxucular, kim nə deyirsə desin, 31 dekabr və ya Yeni il Bayramı mənim üçün çox əhəmiyyətlidir. Məzh dekabr ayında biz kalendarımızı yeniləyirik. Bu yenilik özünü, insan həyatının bütün aspektlərində göstərir. Butün. Amma biz sadəcə biznesə tərəfdən məsələlərə yanaşırıq. Bizim bloqumuzun istiqaməti biznes olduğu üçün, biz bugündən başlayaraq, bloqumuzda 2015-ci ilin dəyərləndirilməsini və 2016-cı ildə bizi gözləyənlər barədə fikirlərimizi Sizinlə bölüşəcəyik. Dekabr ayında biz hansı mövzular barədə bloq-postlar yazmağı düşünürük?

Əlbəttə, biz bilirik ki, 2015-ci il ölkə biznesi üçün son dərəcə çətin illərdən olmuşdur. Sizi bilmirəm… necə deyərlər aşıq gördüyünü çalar, amma mənim üçün 2015 çox çətin keçib. Mən dekabr ayında mütləq Sizinlə bu haqda söhbət edəcəm. Daha konkret desək biz dekabr ayında yazmaq istədiyimiz yazıları 3 əsas qrupa böləcəyik:

Birincisiİlkin Manafov 2015-ci ildə nə edib və Qurban olduğumuz izn versə, 2016-cı ildə nələri etməyi planlayır

  • İlkin Manafov olaraq 2015-ci ildə biznesdə hansı yeniliklərimiz olub;
  • İlkin Manafov olaraq akademik istiqamətdə nələri edib;
  • İlkin Manafov olaraq marketinqin inkişafı və ya ümumi tədris-paylaşma olaraq nələri etmişik;
  • İlkin Manafov olaraq 2016-cı ildə planlarımız nədir?

İkincisi2015-ci ildə ölkəmizdə hansı yeniliklər, müsbət (və ya mənfi) hallar baş verib, ümumi olaraq biznes 2015-də nə edib?

  • 2015-ci ilin ən yaxşı bloq yazısı hansılardır? (bizim subyektiv fikirlərimizə görə)
  • 2015-ci ilin ən yaxşı marketinq şöbəsi (departamenti) hansı şirkət olub? (bizim subyektiv fikirlərimizə görə)
  • 2015-ci ildə ən tənbəl şirkəti kimlər olub?  (bizim subyektiv fikirlərimizə görə)
  • 2015-ci ilin TOP5 brendi kimlər olub? (bizim subyektiv fikirlərimizə görə)

Üçüncüsü2016-cı ildə bizi nə gözləyir?

  • 2016-ci ildə makro-iqtisadi proqnozum;
  • 2016-ci ilin marketinq kanalları nələr ola bilər?
  • 2016-ci ildə nələri etmək daha effektiv ola bilər?
  • 2016-ci ildə biznesi nə gözləyir?

Beləliklə biz bu üç istiqamət üzrə Sizinlə dekabr ayında söhbət edəcəyik. Düşünürəm ki, Siz (sən) bu yazıları mütləq və mütləq oxumalı(sınız)san. Sizdən xahiş edirəm, bloqu izləyin və söz verirəm ki, bu sözü gedən yazılarda Sizin üçün maksimum faydalı məlumatlar verməyə çalışacam. Diqqət edin – demirəm verəcəm, deyirəm ki, verməyə çalışacam.

Səndən bir daha xahiş edirəm, bloqu izləməyə çalış! Bax… bütün bloqları oxu haaa!!! Hiss edirəm ki, bəzilərini oxumursan, elə etmə səninlə dalaşaq, yaxşı?!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN (keçən il yazdığımızdan):

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close