image_pdfimage_print

Əziz oxucu, Sizi təbrik edirəm!!! Axır ki, axııır ki, ölkəmiz müstəqillik qazandığı gündən indiyədək, Azərbaycandada super bir film ortaya qoyuldu. Film o qədər gözəl edi ki, düz 2 gün! Bəli-bəli iki gün dalbadal 28 Cinemada (CinemaPlus-da) eyni kinoya – Oğlan Evi filminə getmişəm. Mütləq baxın, söz verirəm, çox xoşunaza gələcək!) Bilirsiz niyə?

Birinci gün, yaxın dostumuz Rafiq Hunaltayın təkidi ilə film barədə məlumat aldım və onunla kinoya getdim. O qədər xoşuma gəldi ki, bugün Milli İnsan Qaynaqları Forumundan çıxıb, ailəmlə birlikdə kinoda oldum. Belə getsə, buda son deyil!)

Rafiqlə birinci dəfə kinoda olanda filmin Dj Fateh tərəfindən çəkildiyini bildim… Sizdən nə gizlədim, məyus oldum. Mən Dj Fatehi Milli Marketinq Forumundan tanımışam və orda etdiyi çıxışda dediyi fikirlərlə razılaşmadığım üçün… dedim yəgin ki, kinoda elə olar. AMMA və LAKİN – kino məni yaxşı mənada valeh etdi və bu uğur münasibəti başda Dj Fateh olmaqla butün komandanı ürəkdən təbrik edirəm. Niyə mən düşünürəm ki, kino super çıxıb?

  1. Kinonun sujet xətti düzgün qurulub. Kino başlandığı andan düüüz bitənə qədər izləyicini həyacanda saxlayır. Hər yeni hadisə bizi təəcübləndirirdi. Bu super edi, sujet xətti çox axıcı və maraqlı edi.
  2. Kinonun çəkilişi yüksək professionallıq hiss edilirdi. Azərbaycan kinolarında rastlaşmadığımız effektlərlə yanaşı kinoda aktyor oyunu sadəcə mükəmməl idi, amma paralel olaraq xüsusi səs və ümumi tərtibat səhnələri yüksək səviyyədə idi (edi). Diqqət edin, özünüz şahid olacaqsınız;
  3. Kinoda aktyor oyunu super edi. İstər Fərda, istər İranlı “dostumuz”, istərsədə düşmən bildiklərimiz rolunu mükəmməl aparırdı! Heç bir aktyor sünilik etmirdi, rolu tam mənimsəmişdilər. Hiss edilirdi ki, (sonra DjFatih söhbətdən sonra məlum oldu ki, həqiqətəndə bu belədir, çünki filmin çooox böyük büdcəsi olub) aktyorlar canlarını qoyublar;
  4. Kino bugünün Azərbaycanda olan hadisələrin təsvir edir. Çox muasir və bugünün Azərbaycanın özündə əsk etdirən bir kino çəkilib desək heççç yanılmarıq. Diqqət edin: evin bir neçə nəfərə satılması, alıcının birinin iranlı olması, qız-oğlanın saf sevgisi və s. 

Əziz marketoloq və bizneslə məşğul olan dostlar mütləq və mütləq kinoları izləyin. Kinolar bizim üçün mükəmməl trend mövzusu verir, bizə yeni ideyalar təklif edir və s. Həm əyləncə olmadan, heç bir ciddi iş görmək mümkün deyil. Məncə!)

Uzun danışmayım, bu bloq Azərbaycan kinosunu inkişaf etdirən butün dostlarımıza həsr edilir. Sağ olsunlar. Sağ olsunlar ki, həftə sonu, yerli kinomuza baxa-baxa istirahət edə bildik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close