image_pdfimage_print

Əlbəttə Azərbaycanımızda olan ikinci devalvasiya dalğası mütləq şəkildə qiymət artımı gətirdi. Əslində bu təbiidir. İstənilən məhsulun maya dəyəri qalxırsa, deməli onun satışı qiymətidə qalxmalıdır. Bu bazar iqtisadiyyatının təməl prinsiplərindəndir və bu prinsiplərdən kənarlaşmaq hər tərəfli (oxu hamı üçün) ziyanlıdır. Yazı çərçəvəsində mövcud qiymət artımı ilə bağlı aramızda gəzən söhbətlərə öz münasibətimi bildirmək istəyirəm. Xahiş edirəm, oxuyun, amma heç kimə deməyin – öz aramızda qalsın!)

Mən fikirlərimi Sizlərə daha sadə formada izah etmək üçün yazını bir-neçə mini-başlığa salmaq istəyirəm. Vaxtınız olsa. maraqlı olsa hamısını oxuyarsız, yox olmasa… Sizi nə maraqlandırır onu, yaxşı?!

Qiymət niyə qalxmalıdır?

Biz hamımız bilirik ki, ölkə iqtisadiyyatını (dünya iqtisadiyyatını) biznes maraqları idarə edir. Atılan addımlar, böhranlar, müharibələr… nə bilim, neftin qiymətinin qalxması-düşməsi… hamısı biznes maraqları üçündür. Biznes maraqları dolayı yolla dünyanın təhlükəsizliyidə deməkdir. İnsan (biz) istənilən addımı öz maraqlarımız üçün edirik. Hətta yeni ildə edəcəyiniz bir yaxşılıq belə, əslində bizim maraqlarımızdan doğur. Maraqlar müxtəlif olur: maddi, mənəvi, insani, fizioloji və s. Qiymət artımlarının əsas səbəbi sahibkarların maddi maraqlarını qorumaq üçün edilir.

Sahibkar biznesdə maraqlı olmalıdır, çünki əksi olsa, heç kim biznes açmaz. Heç kim biznes açmasa, heç kim işləməz, heç kim işləməsə, vergi verilməz, vergi verilməsə, xəstəxana (təhsil və s) olmaz. Buda olmasa, əlbəttə yenədə iş olmaz. Dolayı yolla, sahibkar maraqları əslində cəmiyyət maraqları ilə, ictimai maraqlarla üst-üstə düşür (düşməlidir). Bu baxımdan, bizim üçün vacibdir ki, sahibkar etdiyi biznesdə maraqlı olsun. Maraqlı olsa, onun istehsal etdiyi (xidmət göstəridiyi) məhsulda daha keyfiyyətli olacaq. Yəni, əziz oxucu, sahibkar pul qazanmalıdır. Bu çox vacibdir.

Əgər sahibkar dünənə qədər 100 manata aldığı hər hansısa xammalı, bugündən 148 manata alırsa, deməli sahibkarın qiymət artımına getməsi şərtdir, labüddür və mütləqdir. Deyə bilərsiniz… bəs məhsul daxildə istehsal edilirsə?! Hə… bax bu sualla cavab vermək üçün növbəti hissəni oxuyun…

… niyə bəs xariclə əlaqəsi olmayan bizneslərdə qiymət qalxmalıdır?

Əziz oxucu, bu sualla cavab verməzdən əvvəl istəyirəm Sizin üçün maraqlı olan bir statistikaya diqqətinizi çəkim. Dünya üzrə, adam başına dənli bitki sərfiyyatı 1 – 1,1 ton arasında dəyişir. Başqa sözlə desək, hər bir insan il ərzində bir ton dənli bitki sərf edir. Dənli bitki dedikdə – buğda, düyü, qarğıdalı, arpa… bir sözlə dənli bitki. Bu statistika ölkələrə görə dənli bitkinin tərkibi dəyişə bilər (məsələn, Hindistanda yeyilən düyü miqdarı ilə, Azərbaycanda yeyilən taxıl miqdarı bir deyil) amma ümumi olaraq 1 tondan aşağı düşmür. Razılaşın ki, kənd təsərrüfatının bütün həlqələrində dənli bitki vacibdir. Azərbaycan üzrə bu rəqəm təxminən ildə 9 mln. ton dənli bitkilər deməkdir. Bəs Sizcə ölkəmiz bu rəqəmin neçə faizini daxildə istehsal edir?! Möhkəm oturun… stoldan yıxılmayasınız… cəmi-cümlətini 1,6-1,8 mln. tonunu. Yəni, Azərbaycan öz dənli bitki sərfiyyatının cəmi-cümlətəni 20% öz daxili hesabına təmin edir (!)

İndi Siz düşünün, ölkəmizdə olan hansı sektor xarici təsirlərdən asılı deyil?! Bu arada yadınıza salmaq istəyirəm ki, əzəl-qədimdən nəqliyyat dollarla olub, gömrükləşmə dollarla olub. Başqa sözlə desək, ölkəmizdə butün istehsal-xidmət-ticarət müəssiləri bu və ya digər formada dollarlaşıblar və bugün dollar qalxırsa hər şeyin qalxması təbiidir. Ax… Yox üzr istəyirəm… səhv dedim, hər şeyin maya dəyərinin qalxması təbiidir. Biz bilirik ki, maya dəyərinin qalxması hələ qiymətinin qalxması deyil. Sual yaranır, düzdür maya dəyəri qalxıb… amma xaricdən LG gətirən şərti Bakond-la, Azersun və ya Embawood şirkətinin maya dəyəri eyni qədərmi qalxıb?! Dollar 48% (il başlayandan isə təxminən 90%) qalxıb, butün məhsullarda eyni qədərmi qalxmalıdır?! bu suallın cavabı bizim növbəti hissəmizdədir…

…qiymətlər nə qədər qalxmalıdır?

ilk əvvəl bu suallının cavablanmasına keçməzdən əvvəl istəyirəm Sizə çox sadə bir cavab verim – QİYMƏT SAHİBKARIN ÜRƏYİ İSTƏDİYİ QƏDƏR QALXMALIDIR. Əlbəttə, qanunvericilik səviyyəsində. Ay ədalətsiz qiymət, ay süni qiymət, ay işbazlıq, ay müftəkərlik… əzizlərim, xahiş edirəm sovet dövründən qalan terminlərdən istifadə etməyək. Biz bugün bazar iqtisadiyyatında yaşayırıq və bizim gərarlara qiyməti müştərilər, yəni bazar verir. Heç bir sahibkar istəməz ki, qiymət qaldırsın, hələ-hələ satışın-bazarın belə aşağı düşdüyü dövrdə. Kimsə edirsə, bilmədən edir, savadsızlıqdan özünü guyu qazır. Əmin edirəm belə sahibkarlar bazarda qala bilməyəcək, rəqabət apara bilməyəcəklər.

Birdə çox zaman belə yanaşmalar olur: “Filan məhsul köhnə qiymətlə alınıb, niyə onu təzə qiymətlə sahibkarlar satır?” Cavab bilirsiz nədir?! “Yaxşı edir!”. Təkrar edirəm sahibkar bugün ölkənin xilas edicisi rolunda olmalıdır, düşmən və ya gunahkar rolunda deyil. Özünüz düşünün – Sahibkar öz həyatını sərf edib biznes qurur, illərlə qazancını hansısa bir günün səhvibə necə qurban verə bilər? Əgər Siz mağazanızda olan LG40 ölçülü TV-ni əvvəllər 400 dollara almısınızsa (yəni 420 manata), indi onu 500 manata satsanız… gedib birdə o mağazaya TV40-lıq qoya bilməyəcəksiniz. Çünki Siz onu 500 manata satsanız bu indi ki dollar kursu ilə, 400 dollar etmir və Siz faktiki olaraq ziyanda olacaqsınız. Eləcə də digər şeylərdə. Təkrar edirəm, sahibkardan hansısa bir sosial dəstək gözləmək böyük səhvdir. Sahibkar artıq bu dəstəyi edib, o öz riski, zəhməti hesabına biznes qurub və insanları işlə təmin edib, vergi verir və s.

Keçək əsas məsələyə, bəs real olaraq qiymət nə qədər qalxa bilər? Realda qiymət hər hansısa məhsulun maya dəyərində dolların payı qədər qalxa bilər. Məsələn, düşünün ki, Sizin bir mebel istehsalınız var və istehsalda 500 manata divan satırsınız. Bu 500 manatda 30% Sizin qazancınız var – 150 manat, 25% – məhsulun işçiliyi var – 125 manat, 5% işıq və digər xərclər (Vergi, Sosila və s.) – 25 manat, 40% xammal, material xərci var – 200 manat. Hesab edək ki, xammal materiallarında 100% xaricdən gəlir, dollarla!!! Amma əlbəttə ki, burdada artım dolların artımı qədər ola bilməz çünki Sizə topdan satan adamında qiymətinin 100% dollara indekslənməyib. Amma hesabatımızın sadə olması üçün biz bunu 100% nəzərə alırıq. Beləliklə:

A məhsulu = İşçilik 125 m. + Vergi 25 m. + Qazanc 150 m. + Xam mal (artım var 50%) 300 m. = 600 manat

Beləliklə artım yerli istehsal üçün 20%

Əziz oxucu, əlbəttə bu sektorlara görə, sahibkarın maraqlarına görə, ümumi məhsulun vəziyyətinə görə dəyişir. Amma ümumi səhnə üçün bu hesablamanı verdikdə, eyni dildə danışa bilək.

Burada sahibkar öz gəlirininin bir hissəsindən imtinada edə bilər… deyə bilər, qoy mən az qazanım, amma bazar payı artırım. Sonda işlər düzələndə qiymətlərimi hissə-hissə qaldıraram və s. Və ya əksinə deyər… böhrnada mən daha çox qazanmaq istəyirəm, öz mənfəət faizini artırar. AMMA diqqət edin – SAHİBKAR ÖZÜ BİLƏR! Qanunvericilik çərçivəsində.

Əlbəttə bu dövrdə bazarda qalmaq üçün çalışan, bazar payını artıran bizneslər gələcəyi döğru daha çox mənfəət əldə edəcək. Amma yenədə, qiymət artımı barədə qərar müstəsna olaraq sahibkarların səlahiyyətində olan məsələdir.

Biz hesab edirik ki, böhranlı vəziyyətlərdə yeni və güclü Azərbaycanlı sahibkarlar meydana gələcək, ola bilər köhnələrdən bəziləri-fərsizləri bazardan çıxacaq və s. Amma bir məsələdən əminəm, böhran heç bir şəkildə həyatın sonu deyil, işləyən adamlar, hərəkət edən adamlar daim böhrandan uğurlu çıxır və çıxacaq. Özünüz düşünün… hansı rolda olmaq istəyirsiniz?!)

P.S. Çalışın FB-a az girin, bugün Facebook biznesin düşməni rolundadır. Ancaq neqativ şeylər paylaşır, etməyin belə, şahilərə getməyin, öz işinizə fokus olun. Düzdür ola bilər bu bloquda Facebookdan gördüz, amma yenədə!))

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close