image_pdfimage_print

Dünən saat 09:30 radələrində manatın ikinci dəfə devalvasiya olduğunu bildim. O anda Babək pr. çıxan körpünün astanasında edim və çox düşünmədən ayağımı qaza qoyub Babək pr. yerləşən VolksWagen servisə sürdüm. Bazar günü servisə getmişdim, avtomobili diaqnostika etdikdən sonra 1-2 problemlər var edi. Düşündüm, hər halda VW servisdəkilər bilməz və “ucuz” qiymətə maşını təmir etdirərəm… necə dəyərlər sən-saydığını say – gör fələk nə sayır!?) Nə saydığını bilmək istəyirsinizsə, oxuyun!)

Avtomobili servisə salanda önümdə 1-2 maşın var edi. Tanış usta mənə yaxınlaşdı və “heçnə olmamış kimi” dedim: “Qardaş dünən gəlmişdim, Sizdə endirim kampaniyası var edi… elə təcili edək, mənimdə bugün işim azdır” deyərək maşının açarlarını ustaya verdim. Dedim hə… irəli düşdüm!)

Üstümdə təbii ki, pul yox edi, (pul hardan ola bilər məndə!?) və çox vaxt itirmədən dostumuz Heydərə zəng etdim (Yapi Kredit Bank – Heydər). Dedim qardaş üstümdə pul yoxdur, mən bugün WordCard-an ödəniş edə bilərəm? Sonra mənə deməzlər bəs devalvasiya olduğu üçün kart blokdadır… (avamçılıq, cahilliyimə bağışlayın). Heydərdə sağ olsun, dedi qəti problem yoxdur. İstədiyin qədər ödəniş edə bilərsən. 

Bu arada deyir “igidin haqqını ye…” WordCard mənim istifadə etdiyim və tam olaraq razı qaldığım yeganə kartdır. Hansı ölkəyə gedirəm, onu özümlə aparıram və məni heç vaxt darda qoymur. Mağazalardan alış-veriş edirəm, özləri faizsiz taksit verir, bir dəfə Parisdə itirmişdim, 1 günə təzə kart verdilər… bir sözlə halal olsun! İstər bu karta, istərsədə kartının uğuruna çalışan dostlarımıza. (Həydər müəllimə və Məruz xanıma xüsusi çox sağ ol!).

Mənə servisdə avtomobili götürəndə iki ssenari vermişdilər: birində qiymət 400 manat, ikinsi halda qiymət 600 manat civarında olacaqdı. Məndə özümü ən pis hala kökləmişdim. Babək pr. piyada mebel mağazalarına baxa-baxa gəldim German Studio-ya. Devalvasiya günü olduğu üçün təbii ki, başımız çox qarışıq edi. Birdə gördüm özləri Volkswagen servisdən zəng ediblər ki, bəs gəlin maşının dalınca.

Çox düşünmədən getdim servisə, maşına baxdım, demək olar ki, problem həll edilmişdi və… və mən İLK dəfə təəcübləndim, çünki avtomobil üçün bahalı ssenari yox, məhz ucuz versiya hazırlanmışdı. Bu məni sevindirdi. Dedim görək sonra nə olar…

…ödəniş üçün içəriyə girəndə mən, dahada təəcübləndim. Deməli məni qəbul edən (Çingiz adlı bir usta edi, burdanda çox sağ ol deyirəm ona. Son dərəcə işini bilən, alicənab ustalar var bu servisdə, bir daha sağ olsunlar.) usta dedi ki: “İlkin müəllim, bilirsizdə bugün dollar qalxıb və təbii olaraqda bizdə qiymətləri artıq qaldırmışıqqqqq” elə bu “qqq” eşidən kimi, dedim: “Eşi nə qiymət eee, biz dünən danışmadıq?!”

Çingiz heç sözümü bitirməyə də imkan vermədən dedi: “İlkin müəllim, yooox, Siz avtomobili gətirəndə hələ saat 09:45-edi… burda saat yazılıb, bizdədə qiymətlər saat 11-ən qalxıb, qiymət artımı Sizə aid deyil. Əksinə, biz günü başlayanda yeni kampaniya ilə başlamışıq, səhər saat 09:00 – 10:00-na qədər qiymətlərimizə əlavə 10%-da endirim edilib. Yəni Siz nəyinki, qiymət artımı, əlavə endirim alırsınız.” Mən şokdayam. Deyirəm (ürəyimdə) bu qardaşlar deyəsən “almanlaşıb”))

Təbii ki, mən salona gələndə artıq dünən ki, qiymətlərlə hər şeyi hesablayıb gəlmişdim və bunlar mənə həmin qiymətdəndə bir 10% aşağı rəqəm deyəndə, sözün əsl mənasında orta menecer maşını hesab edilən VW sürməkdən fəxr edəsi oldum. Amma əsl fəxarət o edi ki, bizim Azərbaycanda işini belə dəqiq və sistemli aparan sahibkarlar var. Halal olsun!

Özünüz düşünün… əksər yerli şirkətlər belə öz satışlarını saxladıqları zaman, ehtiyyat hissələrini 100% Avropadan və Evro ilə alan şirkət öz müştərisinə normaldanda aşağı endirim təklif etdi. Niyə?! Çünki söz vermişdi. Niyə?! Çünki onlar bilirdilər ki, böhranda müştərilər belə şeylərə daha sentimental olur, düzdür?! Şəxsən mən elə oldum və söz verdim (ürəyimdə) avtomobildə nə problem olsa yalnız və yalnız rəsmi servisdə etdirəcəm. 

Mən başda EuroStyle olmaqla biznesə ədalətli yanaşan butün sahibkarlara çox sağ ol deyirəm… AMMA yox, demirəm. Niyə çox sağ ol demiliyəm ki?! Onlar bunu müştəri üçün etmirlər, onlar bunu etməlidirlər. Onlar bunu məhz belə etmədilər ki, müştəri bir daha onlara gəlsin. Davamlı biznes, ədalətin üzərində qurulmuş biznesdir. Əmin olun! Kim istəyər biznesi qısa müddətli olsun?! Amma yenədə sağ ol deyirəm!

Bəlkə bu şirkət belə sistemli iş qurduğuna görə keçən illərdə Audi Brendinin distribyutoru oldu!? Müştəri gözü tərəzidir, məncə.

Əziz oxucu, bu böhrandan sonra bazardan çox şirkət çıxacaq, amma əmin olun, yalnız güclü, ədalətli, biznesi intelektual idarəedən şirkətlər qalib olacaqlar. Düşünək və yaxşıları seçdirək!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close