Monthly Archives Yanvar 2016

Azərbaycanı çox sevirəm və hesab edirəm ki, vətənimizin adını hər zaman uca tutmaq bizim əsas borcumuz olmaqla yanaşı, vətəndə olan problemləridə düzəltmək bizim işimizdir. Əminəm, bu ölkəni biz, ölkə vətandaşları, özünü sözün həqiqi mənasında Azərbaycanlı hesab edənlər gözəlləşdirməlidir. Mən çox məyus oluram ki, adında Azərbaycan sözü olan, Ölkəmizin ən “yüksəkdən” gedən şirkəti tam olaraq bizim istədiyimiz kimi deyil. Açıq deyim, AZAL-a olan hörmətim AZAL-ır, bilirsiz niyə!?

Bügünlərdə köhnə dostum Sərxanla yarı-iş, yarı-istirahət xarakterli Avropaya səfərimiz oldu. Səfərin 2 gününü Alp Dağlarının İsveçrədə olan istiqamətində keçirdik. Daha əvvəldə bir neçə dəfə İsveçrədə olsamda bu dəfə ölkənin turizm potensialı və ümumi gördüklərim məni daha çox düşündürdü. İstəyirəm Sizlərə İsveçdə gördüklərimdən çıxardığım iki vacib nəticəni bölüşüm. Hesab edirəm ki, bu nəticələr Azərbaycanımızın bügün olan iqtisadi vəziyyəti üçün vacibdir.

Yanvar ayı mebel sektoru işçiləri üçün çox vacibdir, çünki məhz bu ay dünyanın ən böyük mebel sərgisi olan İmmCologne (KölnMesse) keçirilir. Milan və Las Veqas sərgilərindən fərqli olaraq Köln sərgisi mebel sənayesində olan ən kommersiya orientirli sərgi hesab edilir. Burada istər iştirakçılar, istərsə də satıcılar konkret olaraq alış-veriş üçün gəlirlər. Yalan olmasın… artıq beşinci ildir ki, bu sərgidə mütəmadi iştirak edirəm, amma sonuncu sərgi mənim üçün çox fərqli oldu. Məhz bu sərgidə, butün Azərbaycan böhran-krizis-böhran-krizis və s. danışdığı halda, Azərbaycanın ən vizyonlu şirkəti olan Embawood Kölndə artıq ikinci il (!), 280 kv.metrlik stendi ilə iştirak edirdi. Təsəvvür edirsiniz?! Azərbaycan şirkəti dünyanın ən böyük mebel sərgisində iştirak edir. Belə çətin dövrdə Embawood sərgidə iştirakı bizə nələri öyrətdi?!

Düz 26 il! 20 yanvar hadisələrindən düz 26 il keçir. Bu il 26 il ərzində Azərbaycanımız, azərbaycançılığımız bir millət, bir varlıq olaraq çox böyük dəyişikliklərə məruz qalıb. Sizcə bu dəyişikliklər Azərbaycanımızı, bizi bir xalq olaraq istədiyimiz nöqtəyə gətirib çıxarıbmı?! Bügün biz Azərbaycan xalqı olaraq 20 yanvar, Qarabağ şəhidlərimizin ruhu qarşısında cavab verə bilərikmi?! Əziz oxucu istəyirəm bu barədə olan fikirlərimi Sizinlə bölüşüm.

Əziz oxucu, böhran iqtisadiyyat üçün yeni biznes reallıqlar gətirir. Bu reallıqda baş çıxarmaq, ayaqda qalmaq və ya irəliyə getmək üçün çox vacibdir ki, yeni biznes düşüncə ilə hərəkət edək. Bəs bunun üçün biz nələri özümüzə nümunə götürə bilərik. Mən hesab edirəm ki, belə şirkətlər Rusiya əsilli bizneslər olmalıdır. Bunun bir neçə səbəbləri var…

Son zamanlar çox maraqlı bir tendensiyanı hiss edirəm – ətrafdakılara və məni çox yaxın tanımayan adamlara elə gəlir ki, guya İlkin Manafov – blogerdir. Əzizlərim… Sizin qarşınızda yazıb, acızanə şəkildə etiraf edirəm – MƏN bloqer deyiləm, sadəcə və sadəcə gündəlik başıma gələn hadisələri Sizlərlə paylaşıram. Bloger bu işə professional yanaşan adamlara deyilir, bloger professiyadır və s. Düzdür, çox sevindirici haldır ki, bizim bloq ana dilimizdə ən çox oxunan biznes bloqdur (müstəqil araşdırmalara görə), bizim bloqda olan kontent miqdarı biznesdən yazan bütün bloqerlərin cəminin yazısından ən azı iki dəfə çoxdur (bügün bloqumuzda 800-ə qədər bloq-post var) AMMA mən bloger deyiləm (!) Bilirsiz blogerlə mənim fərqim nədir?!)

Bizim oxucular bilir ki, bloqumuzda makro-iqtisadi təhlillər barədə demək olar ki, yazmırıq. Bizim işimiz daha sadədir – yalnız özümüzün gücü daxilində olan və bir-başa tətbiq etdiklərimizdən yazırıq. Amma bu yazıda istədim, marketoloq, iqtisadçı və ya bloq yazan kimi deyil, bir sahibkar olaraq ölkəmizdə baş verənlərin öz güzümdə olan portretini Sizlərə təqdim edim. Maraqlı olsa oxuyarsız, yaxşı?!)

Əziz oxucu, dünyada yaranan və bügün lider olmuş şirkətlərin tarixinə baxın və aydın şəkildə görəcəksiniz ki, onların biznes məhz böhran dövründə inkişaf edib. Bügünün dünya liderləri olan P&G, Kimberly Clark, Daimler, BASF, Wallmart, Aldi  və s. hər biri, hər biri məhz böhran dövründə öz inkişaf templərinə artıra biliblər. Çox sadə olan həqiqəti çox az yerli şirkətlərimiz qəbul edir və öz fəaliyyətlərində korrektə edirlər. Bu yazıda mən böhran zamanı nələri etmək lazımdır suallına əks tərəfdən yanaşmaq istəyirəm – “Böhranda biznesi necə məhv etmək olar?!”. Başlayaq!?

Əziz oxucu, hal-hazırda Azərbaycanda olan iqtisadi vəziyyəti təhlil edən çox saylı ekspert rəyləri var. Sizə bir söz deyim, informasiya 21-ci əsrdə çoxdur və çoxluq üzr istəyirəm ifadəmə görə “poxluq” yaradır. İnformasiya çox olduğu zaman insanlar səhv istiqamətə daha tez yönəlirlər. Bu videoda Sizlərə ölkəmizdə olan böhranı təhlil edən informativ videoları təqdim edirəm. Burada olacaq videolar bir növ “filtrdən” keçmişlərdir. Əminəm ki, Sizlər üçün faydalı olacaq.

09 yanvar, həftənin 6-cı günü, saat 18:00-da bütün marketoloqları, biznes adamları və ya ürəkləri bizimlə döyünənləri Sapphire Restoranında keçiriləcək möhtəşəm biznes-party dəvət edirəm. Söz verirəm, hər şey super olacaq. Sən mütləq bu tədbirdə iştirak etməlisən. Bilirsən niyə?

Məni tanıyanların və Azərbaycan Marketinq İcması ilə əlaqəli olan tanışlarımızın çoxu (demək olar ki, hamısı) bilir ki, mənim Rafiq Vəliyev (Hünaltay) və Anar Bayramovla çox yaxın dostluğumuz var. Sizdən nə gizlədim, dostluğumuzun möhkəm olmasına baxmayaraq biz bir-birimizə qətiyyən bənzəmirik, hətta çox zaman mən təəcüb edirəm ki, bu cürə savadlı-ziyallı iki gənc necə mənə dözür!? Amma bugün mən Sizə çox haqlı olduğum bir məsələ barədə danışmaq istəyirəm. Anar Bayramov bu məsələdə mənimlə razılaşmır. Əziz oxucu, özünüz deyin, hansımız daha doğru deyirik? Sonunu düşünən uğur qazana bilərmi?!

Daha əvvəl biz Sizinlə ölkəmizdə vətandaş və hökümət münasibətlərindən danışmışdıq. Bu dəfə Sizinlə sahibkar və alıcı əlaqələrindən danışmaq istəyirik. Daha əvvəldə dediyimiz kimi, böhranlı şəraitlərdə müştərinin gücü çoxalır və müştərilərinə qarşı diqqətli olanlar daha sistemli biznes fəaliyyəti təşkil edə bilirlər. Böhranda müştəri məmnuniyyətinin əhəmiyyəti artır. Bəs bizdə bugün necədir? Sahibkarlar öz müştərilərinin haqlarını qoruyurlarmı?!

12
Close