image_pdfimage_print

Düz 26 il! 20 yanvar hadisələrindən düz 26 il keçir. Bu il 26 il ərzində Azərbaycanımız, azərbaycançılığımız bir millət, bir varlıq olaraq çox böyük dəyişikliklərə məruz qalıb. Sizcə bu dəyişikliklər Azərbaycanımızı, bizi bir xalq olaraq istədiyimiz nöqtəyə gətirib çıxarıbmı?! Bügün biz Azərbaycan xalqı olaraq 20 yanvar, Qarabağ şəhidlərimizin ruhu qarşısında cavab verə bilərikmi?! Əziz oxucu istəyirəm bu barədə olan fikirlərimi Sizinlə bölüşüm.

Bügün Avropanın ən böyük mebel sərgilərindən olan KolnMesse-də iştirak etmək üçün Bakı – Kiev – Frankfurt am Main reysi uzrə hərəkət edirdim. Kievdən Frankfurta uçmaq üçün, təyyarədə oturduğum zaman yanımda bir nəfər “alman simalı” 50 yaşlarında olan bir kişi əyləşdi. Təyyarədə yanımda oturar-oturmaq əl çantasından bir kitab çıxardı və mən özümdən asılı olmayaq kitabın üstündə yazılan “Меч и огонь Карабаха” sözlərini oxudum. Elə-bil ürəyimə nesə danmışdı…, elə bil bu kitabın içərisində olanlar mənə çox pis təsir edəcəyimi bilirdim, amma özümdən asılı olmayaraq almanla söhbətə başaldım:

Mən dedim (almanca): Çox üzr istəyirəm, Siz Almaniyada yaşayırsınız? Alman cavab verir: Bəli-bəli, mən Karsruhedə yaşayıram. Mən: Amma belə çıxır rus dilini bilirsiniz? Alman: Bəli bilirəm, mən turizm şirkətində işləyirəm və bir neçə dil bilirəm. Siz hardan bildiz mən rusca bilirəm… və bizim aramızda dialoq yarandı, sonra biz gah rus, gah almanca danışığımızı davam etdirdikdən sonra, mən kitabı hardan aldığını soruşdum… Cavab verdi: Mən Yerevan aeroportundan almışam, çox maraqlı kitabdır. İstəyirsiz Sizdə oxuyun, təyyarədə.

Heç düşünmədən kitabı əlimə götürdüm və kitab əlimdə ola-ola yevrey əsilli almanın Dağlıq Qarabağda nələrin olduğunu soruşdum. Eşitdiklərim və kitabda yazılanlar məni çox məyus etdi… (yalan deyirəm) mən xəbər tutdum ki, Dağlıq Qarabağda Turizm potensialının inkişaf etdirilməsi üçün xüsusi tədbirlər planı həyata keçirilir… və mən kitabı oxudum.

Kitab rus dilində olduğundan təbii olaraq geniş oxucu kütləsinə xitab edirdi və elə ilk səhfədən açıq şəkildə bilinirdi ki, kitab ermənilərin tərəfindədir. Kitabda Dağlıq Qarabağın tarixi barədə çox saylı təhrif edilmiş məlumatlar, Sumqayıt hadisələri barədə geniş məlumatların verilməsi, guya Sumqayıtda olan ermənilərə qarşı soy qırımı olub və orda olan uşaqlar daha sonra Xocalıda olan hadisələrdə iştirak ediblər, guya 20 yanvarda o vaxt olan Azərbaycan hakimiyyəti özü bu faciyəni yaranmasına təşəbbüskar olduğu, guya 20 yanvarda rus ordusu Bakımıza girdikdən sonra özünü müdafiyə etdiyi, guya 19-20 yanvar günlərində rus ordusunu Bakıda çoxlu atəşə tutulduğunu və s. kimi “faktlar” yazılmışdır. Bilinirdi ki, kitab müəllifi ermənipərəst mövqey tutub və konkret olaraq Azərbaycan xalqını pisləməklə məşğuldur.

Xocalı, Şüşa, Laçın, Kəlbəcər və s. kimi ərazilərimizin alınmasında əsas gunahkar kimi məhz o vaxt ki, Azərbaycan hakimiyyəti göstərilir… adlarla, tarixlərlə. Xocalı faciyəsi kitabda elə formada təqdim edilib ki, guya erməni qoşunları istəməyərəkdən belə qətliyam həyata keçirib. Amma mənim diqqətimi bu kitabda daha çox 3 məsələ cəlb etdi. Necə deyərlər ən qorxulu yalan azaçıq təhrif olunmuş həqiqətdir. Bunlar hansılardır:

  1. Dağlıq Qarabağın tarixində ermənilər sistemli şəkildə elə bir mühit yaradırlar ki, guya sözü gedən ərazilər əzəl-qədimdən “mübahisəli” olub. Ərazi və reqion olaraq daha çox ermənilərə aid olub, orda hər zaman ermənilər yaşayıb, orda çoooxlu tarixi abidələr olub və s.
  2. Xocalı qətliyamında əsas gunahkar məhz Azərbaycanın o vaxt olan rəhbərliyi olub. Həmçinin Xocalı Azərbaycan ordusu tərəfindən bir növ unudulmuş reqion hesab edilir.
  3. Şuşa, Laçın və s. rayonların ermənilər tərəfindən mərdlik göstərən herbiçilər, çox saylı erməni qəhramanları var. Məhz onların səyi nəticəsində alınmaz qala kimi tanınan Şuşa ermənilər tərəfindən alınıb. AMMA və LAKİN Azərbaycan hakimiyyətində səhvlər olmasaydı Şuşa (və digər rayonlar) heç bir vaxt ermənilər tərəfindən alına bilməzdi.

Bu 3 məsələyə həqiqətəndə bügün Qarabağın azad edilməsi prosesini bizim üçün “əl çatmaz” edir. Heç bir şəkildə nikbinliyimi itirmirəm… AMMA inanın mənə belə aqitasiya siyasəti ilə biz öz torpaqlarımızı qaytara bilməyəcəyik. Kitabda bir məsələdə mənim diqqətimi çəkdi və nə gizlədim çox pis oldum. Erməni və Azərbaycan millətinin xarakteristikası verilmişdir… bizi daha çox “məişəti” “ailəsini” sevən, tez qızışıb, tez unudan, birlik, mübarizlik göstərə bilməyən bir xalq kimi göstərirdilər. Hətta biz sözdə atmışdılar ki, Ermənilərin Qarabağda etdiyi inadı(mübarizliyi) , Azərbaycan heç vaxt Zəngəzurda etməyib (başa düşən üçün çox ağır söhbətdir!). Bilmirəm, necə deyərlər NO COMMENT!

Bəs bizdə?! Biz bu prizmada nə edirik? Bizdə Dağlıq Qarabağ hadisələrini heç olmasa elmi müstəvidən təhlil etmək üçün, alimlərimiz, məlum hadisələr barədə olan rus, ingilis, alman dillərində nesə yazıblarmı?! Bəs nədən yazılıblar? Elementar o hadisələri xronoloji mətnlə tanış edəcək xarici dildə kitab yoxdur. Azərbaycan mövqeyini ortaya qoyan bir film yoxdur, buraxın bunu 20 yanvar kimi, Xocalı kimi, Dağ altı kimi, Şuşa kimi, ÇayKənd kimi tarixi hadisələri biz hardan oxuya bilərik?! Niyə mən (Siz) düşünməliyik ki, bizim övladlarımız Şuşanı, Laçını Azərbaycan ərazisi hesab edəcək?! Hardandır bizdə əminlik?!

Yoxsa bundada gunahkar Obamadı?!

Bilmirəm. AMMA bilirəm ki, bügün xaricdə yaşayan ermənilər Garabağı çox maraqlı turlar hazırlayırlar. Amma bilirəm ki, bügün erməni dərsliklərində Garabağ qəhramanları dərsi var, amma bilirəm ki, xarici aləmdə 20 yanvar hadisələri tam başqa formada qəbul edilir və s. Kimdir burda gunahkar?! Gəlin çox dərinə getmədən belə deyək, “əşiii ruslar, amerikanlılar, fransızlar nə bilim… sonra kim var… onlar edibdə” belə yazaq və hər 20 yanvar günü FB statusu yazaq ki, “Biz Sizi unutmadıq”. Buda olsun bizim işimiz hə?! Nə bilim vallah.

Dünyada heç bir xalq iqtisadi böhranı bizim kimi, aqressiv qəbul etmir. Bəlkə elə həqiqətəndə biz tez həvəslənib, tez ruhdan düşən, yalnız məişəti və ailəmizi düşünən millətik!?

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close