image_pdfimage_print

Azərbaycanı çox sevirəm və hesab edirəm ki, vətənimizin adını hər zaman uca tutmaq bizim əsas borcumuz olmaqla yanaşı, vətəndə olan problemləridə düzəltmək bizim işimizdir. Əminəm, bu ölkəni biz, ölkə vətandaşları, özünü sözün həqiqi mənasında Azərbaycanlı hesab edənlər gözəlləşdirməlidir. Mən çox məyus oluram ki, adında Azərbaycan sözü olan, Ölkəmizin ən “yüksəkdən” gedən şirkəti tam olaraq bizim istədiyimiz kimi deyil. Açıq deyim, AZAL-a olan hörmətim AZAL-ır, bilirsiz niyə!?

Suallara bir-başa cavad verməzdən əvvəl başıma gələnləri Sizə nəql etmək istəyirəm. İstəyirəm hər şeyi mənimlə birlikdə yaşayasınız. Axı burda biz Sizinlə səmimi söhbət edirik.

Deməli Avropa ezamiyyə olduğum müddətdə sonuncu şəhər olaraq Parisi seçdik və təbii olaraq biletləridə məhz Paris – İstanbul – Tbilisi reysinə aldım, Pegasus hava yolları ilə. İstanbuldan Tbilisiyə qayıtdığım vaxt, bir anlığına nəyisə səhv etdiyimi düşündüm… nə gizlədim təyyarədə gürcüdən çox, Azərbaycanlı var edi. Təsəvvür edin, İstanbul – Tbilisi reysində Azərbaycanlı digər bütün millətlərdən çox idi.

Bu arada bir haşiyə çıxım ki, mən Azərbaycana Gəncə tərəfdən girməyi daha çox üstün tuturdum, yaxın dostlar bilir ki, mənim biznesimin əsas hissəsi reqionlarla bağlıdır və təbii olaraq Gəncədən düşərək, Yevlax, Bərdə, Mingeçevir, Tərtərdə olan işçilərimizlə görüşmək istəyirdim.

Bəs Sizcə bu Azərbaycanlılar niyə İstanbuldan bir başa Gəncəyə (Bakıya) yox, məhz Tbilisiyə uçmaq istəyirdi?! Özümdən deyim ki, bilerlərdə təxminən adam başına 200 Evrodan çox fərq edirdi, saatlar isə eyni edi, daha doğrusu Gəncə reysi ilə uçmağa heç bir səbəb yox edi. Hələ bu bir yana qalsın, İstanbul – Tbilisi reysində yalnız, Gəncə – bölgələr deyil, həmçinin Bakıya gedəcək həmvətənlilərimiz var idi. Elə hiss edilirdi ki, Azərbaycan paytaxtı Bakı yox, məhz Tbilisidir (!)

AZAL-ın apardığı qiymət siyasətinə görə ölkə vətəndaşları ilin-günün bu vaxtında “dollarları” niyə xarici uçurdur? Axı Azərbaycan Hava Yolları ölkəmizin apardığı siyasətə uyğun hərəkət etməlidir. Biz bir tərəfdən daxili turizmin inkişafından danışırıq, ölkəmizə xarici turistlərin gəlməsi üçün çox saylı reklam xarakterli investisiyalar qoyuruq əvəzində adında “Azərbaycan” olan bir şirkət apardığı qiymət siyasətinə görə sektoru məhv edir. Heç başa düşə bilmirəm…

Düşünək ki, Bakıdan uçan reyslər “ekonom” olması doğru deyil, çünki Bakı bizim paytaxtımızdır və burada olan infrastruktur bizim müqayisə apardığımız digər şirkətlərdə yoxdur. Yaxşı. Yaxşı bəs onda niyə AZAL Qəbələdən, Gəncədən ekonom reyslər təşkil etmir. Reqionların sosial inkişafı belə aktual olduğu bir zamanda niyə biz hazırladığımız Qəbələ hava limanını istifadəsiz qoymuşuq. Axı niyə adında “Azərbaycan” sözü olan şirkət bu hava limanlarını (dolayı yollada reqionların) inkişafına təkan vermir?

Olkəmizde Hal-hazırda paytaxtdan başga iki son dərəcə yüksək səviyyəli hava Limanı var: Gəncə ve Qəbələ. Sozun acığı Qəbələ hava limanının tikilməsini kökündən yalniş gərar hesab edirem, Amma deyək ki, keçmişə yonəli fikirləri biznesdə demək səhvdir… Və mən susuram!)

Amma demesem olərəm, Yevlax kimi corafi Mərkəzi olan yerdə, Sovet dövründən tikilmiş, cox geniş bazası olan hava limani dura-dura Qəbələdə hava limani tikmek, Yumşag desek pulun çölə atılmasıdır. Nezərə alın ki, Yevlaxdan Qəbələyə və ya Şəkiyə məsafə çox yaxındır. Niyə biz Yevlaxı unutmuşuq…

Təsəvvür edirsiniz bu nə gəder geyri-biznes yanaşmasıdır? Biz hem muştəri itiririk, hemde regional inkişafımız təhlükə altına girir.

Əziz ocuxu, əgər AZAL həqiqətədəndə Azərbaycan AL-dırsa, öz qiymət siyasətinə bir daha baxmalı və büdcəli ucuşlar həyata keçirən reyslər hazırlamalıdır. Çox yox, cəmi 3 istiqamət əslindıə tam bəsdir: Bakı – Istanbul, Bakı – Dubai (ve ya Doha), Bakı – Frankfurt am Main.

Bununla AZAL Pegasus kimi şirkətlərdən öz bazar payını qaytara bilər. Bes Niyə bunu AZAL etmir? Deyə bilərsiniz:

  • AZAL təyyarələri bahadır, buna görədə ucuz reyslər əlvermir;
  • AZAL yaxşı xidmət gösətərir və buna görədə qiymətləri sala bilmir;
  • AZAL dövlət şirkətidir, o biznes maraqları ilə tam işləyə bilmir (inanan daşa dönsün) və s.

Mən isə deyirəm ki, Azərbaycan Hava Yolları adını daşıyan bir şirkətin daxili bazarda bu qədər əfəl, fərasətsiz olmağa mənəvi cəhətdən haqqı yoxdur. Hələ mən bunun biznes tərəflərindən danışmıram, aaa! Demirəm ki, bügün bizim ölkəmizə dollar hava-su kimi lazımdır, axı niyə biz öz çörəyimizi Pegasuslara, Ukrayna Hava Yollarına, Aeroflotlara, S7lərə yedizdirməliyik?

Bəlkə, AZAL dövlət şirkəti olduğuna görə yazdığım “xırda” məsələlərə fikir vermir?!

Dövlət şirkəti olduğuna görə, Dövlətin malı dəniz, yeməyən onu… bildiz də nə demək istədim!? Yox, mən buna inanmıram, mən çox inanıram ki, AZAL şirkəti haqlı tənqidlərdən nəticə çıxaracaq və hörməti deyil, qiymətləri azalacaq. Biz başa düşməliyik ki, turizm sektorunun inkişafı ilk əvvəl nəqliyyat xərclərinin aşağı salınmasından başlamalıdır, daha doğrusu AZAL qiymətlərindən.

Düşünün cənablar, reklama-mekrama boş-boş pul xərcləyincə (flaşmob-nəbilim nə mob) “papağınızı qarşınıza qoyun” və düşünün! Düşünmək gözəldir… birdə sonda Sizə bir dost məsləhəti verim, “Azərbaycan” brendinin yaranması üçün güclü işləyən Hava Yolları şirkəti mütləqdir, vacibdir, lazımdır. Ölkə ilə tanışlıq Sizdən başlayır, xahiş edirik bunu nəzərə alın, Azərbaycan adına layiq olun.

Tbilisidə təyyarədən düşəndə Romada oxuyan iki Azərbaycanlı tələbə bizə yaxınlaşdı, onlarla Azərbaycan sərhədinə gəldik. Yolda dialoqumuz zamanı: “Biz Azərbaycana qayıtmayacağıq, bu ölkənin nəyinə qayıdaq, AZAL-ı salıb bizi çöllərə…” sözlərini eşidəndə çox məyus oldum. Axı bizim gələcəyimiz olan gənclərimiz necə bizim AZAL-ız haqda belə neqativ ola bilər!? Bir sözlə Sizə hörmətim AZAL-ır AZAL, sonra demədin, deməyin!)

Bu arada Tbilisi hava limanında Azərbaycanlıları necə gülərüzlə qarşıladıqlarını bir görsəydiniz… onlar konkret bilir ki, Azərbaycan vətəndaşının İstanbuldan Tbilisiyə gəlməsi bu ölkə üçün nə qədər vacibdir, amma biz nə itirdiyimizi bilmirik. Amma əminəm ki, bizim AZAL-ız tezliklə öz əməlləri sübut edəcək ki, bu yazdıqlarımız sadəcə keçmişdə qalacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close