image_pdfimage_print

Yanvar ayı mebel sektoru işçiləri üçün çox vacibdir, çünki məhz bu ay dünyanın ən böyük mebel sərgisi olan İmmCologne (KölnMesse) keçirilir. Milan və Las Veqas sərgilərindən fərqli olaraq Köln sərgisi mebel sənayesində olan ən kommersiya orientirli sərgi hesab edilir. Burada istər iştirakçılar, istərsə də satıcılar konkret olaraq alış-veriş üçün gəlirlər. Yalan olmasın… artıq beşinci ildir ki, bu sərgidə mütəmadi iştirak edirəm, amma sonuncu sərgi mənim üçün çox fərqli oldu. Məhz bu sərgidə, butün Azərbaycan böhran-krizis-böhran-krizis və s. danışdığı halda, Azərbaycanın ən vizyonlu şirkəti olan Embawood Kölndə artıq ikinci il (!), 280 kv.metrlik stendi ilə iştirak edirdi. Təsəvvür edirsiniz?! Azərbaycan şirkəti dünyanın ən böyük mebel sərgisində iştirak edir. Belə çətin dövrdə Embawood sərgidə iştirakı bizə nələri öyrətdi?!

İlk əvvəl qeyd etməliyəm ki, ölkəmizin iqtisadi cəhətdən çox çətin zamanlar yaşadığı bir vaxtda edilə biləcək ən düzgün qərar işləməkdir. Bunu Embawood şirkətinin timsalında Azərbaycanda həqiqi biznesmenlərin hər biri bilir. Böhran tənbəllər üçün bəhanə, bacarıqlılar üçün imkan kimi görünməlidir. İqtisadi böhran biznes üçün döyüşə çağırış kimidir məncə.

Özünüz düşünün, Azərbaycan əzəl-qədimdən mebel ölkəsi olmayıb. Bizim ölkədə mebel istehsalı anlayışı olmadığına görə istər ustalar, istər avadanlıqlar, istər yan sənaye, istərsədə sırf ölkənin bir mebel istehsalçısı kimi imici yoxdur. Buna baxmayaraq Embawood sözün əsl mənasında dünya brendi olmaq istiqamətində inamla hərəkət edir. Bügün qlobal şirkətlərə xas olan menecment siyasətini rahaqlıqla bu şirkətdə görmək mümkündür.

Dünyanın müxtəlif ölkələrindən xammal almaq, onu ölkəmizdə emal, təkrar emal edib əlavə dəyərlər yaratmaq və bu dəyərləri yenidən xaricə ixrac edib, ölkəmizə “dollar” gətirmək əlbəttə, hər şirkətin işi deyil. Embawood bunu bacarır. Diqqətinizi bir neçə xırda məqamə çəkmək istəyirəm…

…deməli 2015-ci ilin yanvar ayında Emba Kölndə stend götürmüşdü. Nə gizlədim stendlərinə girdim və məyus oldum. Hiss edilirdi ki, şirkət hələ Köln üçün hazır deyil. Amma buda əsas deyildi, şirkət stend hazırlanması, sərginin təşkili, Alman mebel ittifaqları ilə işlər kimi hissələri orda olan alman ekspertlərə tapşırmışdı. Sizdə bilirsiz də, ekspertlər necə olur? Bu haqda ətraflı yazmışdım. 2015-ci ilin stendindən tutmuş, sərgiyə ümumi hazırlığa qədər, hər şey nisbətən alman standartlarından geri qalırdı. AMMA 2016-ci ildə olan sərgi hazırlığı super edi.

İlk əvvəl stenddə işləyən menecer heyyəti tam Azərbaycanlı idi. Şirkətin eksport satış və marketinq komandasının rəhbərləri tam olaraq işin üstündə edilir. Sevindiri haldır ki, məhz Azərbaycanlı menecerlər bu il ki sərgi hazırlıqlarını etmişdilər. Bu o deməkdir ki, Emba ölkəyə yalnız dollar deyil, həmçinin savadlı-bilikli, biznes təfəkkürləri olan menecerlər ordusudu gətirir (hazırlayır).

Kommersiya sirri olsada, əziz bloq oxucuları Sizlərə deyim ki, stenddə Embawood yaxşı sifarişlərdə qəbul etdi. Dünyanın müxtəlif ölkələrindən olan mebel satcıları Azərbaycan şirkətindən mebellər sifariş verirdilər!

Tam inanıram ki, çox tezliklə bir yalnız Embawood olaraq deyil, həmçinin digər qlobal səviyyədə biznes aparan bilən şirkətlərimiz haqda eşidəcəyik. Səmimi qəlbdən inanıram ki, Embawood şirkətinin sahibi kimi vizyonlu yerli biznesmenlərimiz çox olacaq.

P.S. Mən hələ bir neçə gün Avropada olacağıma görə bloq-postları lazım olan tezliklə yaza bilməyəcəm. Əvvəlcədən üzrlü hesab edin, bloqunuzu daim izləyin. Oxuduğunuz bloqları vaxtınız varsa bir daha oxuyun!))

P.S.S. Əzizlərim, böhrana, manatın devalvasiyası çox fikir verməyin, hərəkət edin, hər şey yaxşı olacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close