image_pdfimage_print

Bügünlərdə köhnə dostum Sərxanla yarı-iş, yarı-istirahət xarakterli Avropaya səfərimiz oldu. Səfərin 2 gününü Alp Dağlarının İsveçrədə olan istiqamətində keçirdik. Daha əvvəldə bir neçə dəfə İsveçrədə olsamda bu dəfə ölkənin turizm potensialı və ümumi gördüklərim məni daha çox düşündürdü. İstəyirəm Sizlərə İsveçdə gördüklərimdən çıxardığım iki vacib nəticəni bölüşüm. Hesab edirəm ki, bu nəticələr Azərbaycanımızın bügün olan iqtisadi vəziyyəti üçün vacibdir.

Almaniyada olan işlərimizi bitirib, İsveçrəyə biz Ştuttqartan gəldik və mərkəzi poçtamtdan kirayə götürdüyümüz avtomobillə bir başa Bern yaxınlığında yerləşən Grinenvald kurort şəhərinə yönləndik. Yol üstü, mənim çox sevdiyim (maraqlı) xırda alman şəhəri olan Freiburgda nahar etdikdən sonra İsveçrə Alplarına axşam saatlarında çata bildik. Dostum Almaniyada çoxtandır olmadığından yolda vaxtımız çox keçdi (Sərxanla mən şahmat vaxtlarından tanışam, bir vaxtlar dəfələrlə Azərbaycan çempionu olmuş Gəncəli dostumuz mənim “qanlı” şahmat rəqibim olmuşdu)).

İsveçrədə qalacağım Hoteli əlbəttə, booking.com-dan rezervasiya etmişdik və elə hesab edirdik ki, Avropanın ən bahalı kurort zonasında, Alp dağlarında qalacağımız yer hər halda yaxşı olar. Həm qiymətlərdə yumşaq desək ucuz deyildi… AMMA və LAKİN məlum odlu ki, heçdə hər zaman biz düşündüyümüz kimi olmur. Qaldığımız yerdə çox saylı problemlər hiss edilirdi (otaq xırda idi, istilik sistemi zəif təşkil edilmişdi, parkinq yeri rahat deyildi və s.)

Buna baxmayaraq turist sayı kifayət qədər çox idi. Hiss edilirdi ki, şəhərçik tam olaraq turistlər üçün nəzərdə tutulub. Avtobus turistləri xizək olan yerlərə aparırdılar, xizək və ya digər qar idman oyunları ilə məşğul olmaq üçün şərait yaradılmışdır və s. Əziz oxucu, İsveçrədə ola-ola bizim Şahdağda olan şərait, ümumi turizm potensialə haqda düşünürdük. Beləliklə İsveçrədə olan turizm zonalarının uğurunu təşkil edən 3 vacib elementi Sizin diqqətinizə çatdırım, bunları Azərbaycandada etmək olar. Beləliklə

  1. Ərazi brend olmalıdır. Alp dağlarında gördüklərimə əsasən Sizə deməliyəm ki, turizm sektorunda ərazi brendi çox vacibdir. Yungfrau adlandırılan yer heç bir şəkildə bizim Şahdağdan üstün deyil, hətta bəlkədə çoxlu mənfiləri var, amma hamı qar dedikdə ağlına ilk gələn yerlərdən biri (birincisi) Alp dağlarıdır. Çünki bu yer qış istirahəti üçün bir brenddir. Əlbəttə, hamıya aydındır ki, yerin brend olması üçün isveçrilər çox çalışıb. Məsələn Alp dağlarında turistlər üçün bir çox xırda şeylər tam pulsuzdur, amma buna baxmayaraq ərazidə Hoteldə qalan hər bir turist şəhər vergisi ödəyir. Yəni əslində bu “pulsuzların” pulu tam çıxarılır, amma bizim yadımızda pulsuz kimi qalır.
  2. Orta və kiçik bizneslər turizmdə təşviq edilməlidir. Diqqət etdim, İsveçrədə olan Hotellərin 90% kiçik və orta həcmli sahibkarlar tərəfindən idarəedilir. Dövlət bunun mükəmməl infrastruktur yaradıb, kiçik sahibkar isə ucuz kreditlə iş qurub. Nəticədə həm dövlət büdcəsinə vergi gəlir, həm işsizlik azalır, həmdə reqionda biznes düzgün idarəedilir. Biz hesab edirik ki, biznesi düzgün idarəetmək üçün (bu xidmət sektoru olan bu dahada aktual olur) şirkət sahibi biznesin üstündə durmalıdır. Məhz Avropalıların turizm sektorunu kiçik və orta şirkətlərə “tapşırdıqları” üçün sektor daha iqtisadi səmərəli işləyir.
  3. Biznesə sərbəstlik verilməlidir. Bugünlərdə Azərbaycanımızda “süni qiymət artımı”, “səhv idarəetmə” və s. kimi terminlərlə ölkə biznesmenlərini həvəsdən salmaq qətiyyən olmaz. Biznes bazar qanunları ilə idarəedildiyi zaman effektiv olur. Dövlətin işi, biznes üçün infrastruktur yaratmaq, düzgün vergi siyasəti aparmaq, ucuz kreditlər tapmaq və savadlı kadr yetişdirilməsini təmin etməkdir, məncə. İsveçrədə bu hər addımda hiss edilir. Biznes tam sərbəstdir və yalnız rəqabət mühiti addımların necə atılmalı olduğunu diktə edə bilir. Bu proseslərin düzgün işləməsi üçün ilk əvvəl dövlət qulluqçuları başa düşməlidilər ki, onların əsas işi dövlətə qulluq etməkdir. Dövlət məmurları bizdə hələdə başa düşmürlər ki, onların əmək haqqısını verən sahibkardır. Alverçi sözü bizim muasir iqtisadiyyatımız üçün çox qorxulu terminə çevrilib. Mütləq və mütləq əhalinin bütün təbəğələrində biznesə, biznesmenə olan hörmət artmalıdır.

Əziz oxucu, son 10 gündə 3 Avropa ölkəsində oldum və çoxlu sayda şirkət, kiçik, orta, böyük bizneslərlə tanış oldum, görüşlər keçirdik. Hətta bizim ən sevimli məşğuliyyətimiz olan Marketinq AİR üçün yeni tədris sistemini təkmilləşdirmək üçün Steinbeis Universitetində görüşlər keçirdim (əminəm bu dəfə AİR çox mükəmməl olacaq) və bir şeyin şahidi oldum. Həyata (biznes həyatınıza xüsusiylə) müsbət baxmaq lazımdır, limondan limonad olur.

Əminəm ki, Azərbaycan iqtisadiyyatı çox tezliklə güclü və şaxalənmiş bir dəyərə malik olacaq. Bunun üçün, sən, mən, onlar… bir sözlə hamımız ürəkdən çalışmalıyıq. Necə dəyərlər bizdən hərəkət, Qurban olduğumuzdan bərəkət!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close