image_pdfimage_print

Son zamanlar çox maraqlı bir tendensiyanı hiss edirəm – ətrafdakılara və məni çox yaxın tanımayan adamlara elə gəlir ki, guya İlkin Manafov – blogerdir. Əzizlərim… Sizin qarşınızda yazıb, acızanə şəkildə etiraf edirəm – MƏN bloqer deyiləm, sadəcə və sadəcə gündəlik başıma gələn hadisələri Sizlərlə paylaşıram. Bloger bu işə professional yanaşan adamlara deyilir, bloger professiyadır və s. Düzdür, çox sevindirici haldır ki, bizim bloq ana dilimizdə ən çox oxunan biznes bloqdur (müstəqil araşdırmalara görə), bizim bloqda olan kontent miqdarı biznesdən yazan bütün bloqerlərin cəminin yazısından ən azı iki dəfə çoxdur (bügün bloqumuzda 800-ə qədər bloq-post var) AMMA mən bloger deyiləm (!) Bilirsiz blogerlə mənim fərqim nədir?!)

Çox dərinə getmədən ağlımda olan 1-2 fərqi Sizlərə çatdıracam, hesab edirəm ki, bundan bizim bloqumuzun oxucuları özləri əmin olacaqlar ki, İlkin Manafov bloger deyil, o sadəcə bloq yazır!

Blogerlər adətən hansısa konkret sahə üzrə yazılar yazırlar. Məsələn, biri fashion, biri internet marketinq, biri start up (düzdür Azərbaycanda boş şey olsada), biri mətbəx (kulinariya) və s. Məhşur blogerlərin çoxunun konkret sahəsi olur, ən azından uğur qazanmışların çoxu belə edir.

Mən isə, sadəcə gündəlik həyatımda baş verən məsələlərə öz baxış bucağımdan baxaraq fikir bildirirəm. Sizə açıq deyim, bəzən yazdığım yazılar, həmin an keçirdiyim hisslərim, ürəyimdən keçənlərin təzahürü olur. Bir gün, Avropa Oyunlarından yazaram, başqa gün ZARA-an, digər gün isə ən gözəl sevgi tərifindən. AMMA yazdıqlarım hər bir cümlədə, Siz məni hiss edəcəksiniz (edirsiniz, etməlisiniz).

Blogerləri çoxlu tədbirlərə dəvət edirlər. Əslində bu bloger üçün lazımlıdır, axı o bilməlidir nə yazsın. Tədbirə gedir, baxır və gördüklərini yazır. Bloger “ilham qaynağı” kimi eventləri, partyləri… (özünüz başa düşürsüzdə nə demək istəyirəm) istifadə edir.

Mən isə… da öz aramızda qalsın, çağırıldığım 5 eventin maksimum 1-nə gedirəm. Ona görə yox ki, özümdən razıyam, yox, qətiyyən yox! Ona görə ki, mən bloger deyiləm və blog üçün hansısa bir fədakarlığa (vaxt itkisinə) sadəcə getmək istəmirəm. Düşünürəm ki, hansısa bir tədbirə gedib öz blogum üçün “süni” material yığmaqdansa elə öz mağazalarımın birində oturub gündəlik baş verən hadisələrə baxaram və ya təhçizatçılarla görüşərəm və s. Bir sözlə biz blog üçün materialları tədbirlərdən deyil, öz əlimizin mazolundan tapırıq.

Blogerlər təbii olaraq “sifarişlə” yazı-yazırlar. Sifarişlə yazı yazmaq blogerlərin “çörək ağacıdır” və burda heç bir şəkildə pis şey yoxdur. Tanınmış bir blogerin hansısa bir restoran (oxu mağaza, brend və s.) haqda danışması (yazması) son dərəcə təbii və normal haldır. Hətta olmalıdırda.

Mən isə, bu işə xobbi kimi baxdığım üçün heç bir şəkildə “sifarişlə” nesə yazmağa “əlim gəlmir”. Açıq deyimdə bu mənə “kayf vermir”, kayf almasam – mən bloq yazmaram. Açığı nəyin ki, blog, həzz almadığım digər işləridə görməməyə çalışıram. Məsələn, böhran dövründə hamı istehsal haqda düşünür… mən isə buna getmirəm (ən azı bügün getmirəm, sabah nə olar, Allah Kərimdir), çünki satmaq mənə daha çox həzz verir və s.

Blogerlər öz bloqlarını gözəl görünməsi üçün “əziyyət” çəkirlər. Hər blog post üçün xüsusi şəkillər (fotolar) hazırlayırlar və s. Hətta bəzi məhşur xarici blogerlər öz bloqları üçün redaktor, texniki dəstəkçi və s. tutublar. Bunun hesabına bloq daha səliqəli (konfet kimi), daha gözəl və savadlı görünür.

Mən isə, bloquma nəyin ki, redaktor tuturam, bu köməyi mənə təmannasız edənlərə belə YOX deyirəm (bu arada çox sağ olun, bloq yaranan gündən indiyənədək, minimum 50 nəfər öz redaktor xidmətlərini təklif edib (təmannasız!)). Bizim bloqumuzda Siz bir dənədə olsun əlavə, bizim bloqa məxsus olmayan şəkil görə bilməzsiniz. Ümumiyyətlə öz şəkillərimdən başqa bloqda şəkil yoxdur. Bloq-postlarda isə, şəkillərdən istifadə etmirəm, etməyəcəmdə. Bizim bloqda “ət çox, su az” olmalıdır. Biz burda kimisə aldatmaq, hansısa marketinq alətlərindən istifadə edib, bloqu daha gözəgəlimli etmək fikrimiz yoxdur. Heç orfoqrafik səhvləridə düzətlmirik, qardaş… özümüzü kiməsə göstərmirik ki?! Necə var, onuda yazırıq!)) Oxuyursuz, sağ olun.

Əziz oxucu, bu siyahını çooox artırmaq olar. Amma əminəm ki, Sizdə hiss edirsiniz ki, mən burda Sizinlə səmimiyyət edirəm, ürəkdən yazıram. Təkrar edirəm, burda yazılan hər bir cümlə, İlkin Manafovun Sizinlə (Səninlə) olan səmimiyyətidir. Biz burda Sizinlə səmiyyət edirik, bəzən alınır…

Ana dilimizdə blog yazan bütün blogerlər dostlarımızı salamlayıram, onlarla fəxr edirəm. Blogerlik əla peşədir, amma mən Sizdən deyiləm… mən bloger olmamışam, bloger deyirləm və gələcəkdədə bloger olmaq fikrim yoxdur. Həvəsim öləndə… sadəcə blog yazmayacam vəssalam!)

P.S. Birdə Sizə səmimi deyim, bu bloq qətiyyən İlkin Manafovun deyil, blog məndən çox sənindir. Həvəsin olduqca öz bloquna gir, oxu. Blogunu küstürmə, yaxşı?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close