image_pdfimage_print

Yeni ilin ilk bloq postunda marketinq və biznes üçün ən vacib istiqamət olan müştəri barədə, daha doğrusu, Azərbaycanda müştəri haqlarının vəziyyəti barədə danışmaq istəyirəm. Bu il ölkəmizdə böhran olduğundan müştərinin əhəmiyyəti dahada çoxalır. Biz müştəri anlayışına bu yazıda 3 aspektdən: dövlət vətandaş, biznes alıcı (xarici müştəri) və biznes işçilər (daxili müştəri) kimi baxaceyik. Konkret bloq postda biz dövlət qulluqçusu və vətandaş münasibətlərindən danışmaq istəyirik. Növbəti bloqlarda sahibkar alıcı və sahibkar işçi münasibətlərindəndə danışaceyik. Beləliklə, Azərbaycanda müştəri haqlarının vəziyyəti necədir?

Çox vaxt itirmədən keçək müzakirə ediləcək mövzulara.

Dövlət – Vətandaş münasibətləri. Hesab edirik ki, dövlət məmurları, dövlət xidmətçiləri olaraq xalqa, millətə xidmət etmək kimi məsuliyyətli və dəyərli vəzifəni yerinə yetirməlidirlər. Bəs bugün ölkəmiz buna tam riayyət edilirmi? Məncə yox. Məncə bizim dövlət məmurları hələdə başa düşə bilmirlər ki, xalq, əhaliyə xidmət etmək üçün hansısa vəzifə daşıyırlar. Diqqətinizi ölkəmizdə baş verən iki məsələyə yönəltmək istəyirəm:

  1. Rayon avtomobilləri paytaxtımıza daxil ola bilməz. Özünüz düşünün, hansısa Azərbaycan vətandaşının avtomobili rayonda qeydiyyata düşüb. Bu adam ümumiyyətlə rayonda yaşayır və günlərin bir günü düşünür ki, “Mən Azərbaycanın paytaxtına getmək istəyirəm, istəyirəm Neftçilər pr. öz avtomobilimlə hərəkət edim…” Sizcə şərti dostumuzun buna haqqı çatırmı?! Əlbəttə çatır. Çünki bu dostumuz, hamı kimi (oxu Bakı sakini kimi…) öz vergisini verir, öz ölkəsinin qanunları çərçivəsində işləyir (yaşayır) öz sosial təminatı üçün ödənişlər edir, bir sözlə paytaxta yaşayan və Neftçilər pr. ürəklə maşın sürə bilən həmvətənlisindən heçnəyi ilə geriyə qalmır. Niyə, niyə bu dostumuz öz avtomobili ilə Bakımızda hərəkət edə bilməz?! Niyə ayrıseçkilik olmalıdır!? Deyə bilərsiniz ki… “iRayon maşınları probka yaradır… və s.” məndə deyirəm ki, ola bilər… ola bilər ki, həqiqətəndə bu belədir, amma necə rayon maşınları, eləcədə digər maşınlar. Xalqa qarşı, direktiv nesə etmək yol verilməzdir. Axı bu hər şey, xalq üçündür, axı məmurlar xalqımıza xidmət edir, axı məhz xalqdan yığılan pullar (vegilər) hesabına onlara dövlət büdcəsindən maaş ödənir və s. Avropa paytaxtlarında probka ilə mübarizə aparmağın yollarını öyrənsinlər və bizim Bakımızda tətbiq etsinlər.
  2. Spirtli içkilər plastik kartlarla ödənməlidir. Niyə!? Əzizim, hər bir ölkə vətandaşının məgər öz doğma ölkəsinin əskinazı ilə ödəmə hüququ yoxdur?! Niyə olmasın?! Vergidən yayınma… ondan orta-statistik xalqa nə? Vergidən yayınma hallarının azalması üçün Vergilər Nazirliyi var, Ədliyyə Nazirliyi var və s. Yətərli deyil?! Onda əlavə adamlar götürün. Niyə Azərbaycan əhalisi hansısa məsələyə görə əziyyət çəkməlidir? Niyə biz vətandaşları hüquqlarına qarşı belə hörmətsiz yanaşmalıyıq, bəlkə biz düşünürük ki, vətandaş cibində plastik kart gəzdirməyə borcludur? Qətiyyən borclu deyil.

Bu yaxınlarda məşğul olduğum bizneslə bağlı yolum Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyində bir struktura düşmüşdü… içəriyə girəndə özünü İdarə Rəisi kimi təqdim edən bir nəfərlə dialoqum oldu. Geyim tərzim “entry casual” olduğundan “dostumuz”un ilk sözü belə oldu… “Mənim vaxtım yoxdur, çıxmalıyam, bir-az tez danışın…” elə bildim, başına “qaynar su tökdülər” və təbii ki, cavabını verdim. Dialoqu təqdim edirəm:

Mən: Siz dövlət qulluqçusunuz? Məmur cavab verir: Bəli. Mən: Siz əmək haqqınızı məgər dövlət büdcəsindən almırsınız? Sizin dövlət qulluqçusu kimi, əmək haqqıdan əlavə gəlirləriniz olur?. Məmur cavab verir: Bəli büdcədən alıram, xeyr nə gəlirimiz olacaq? Mən deyirəm: Onda Sizin məni dinləməyə vaxtınız olmalıdır. Çünki Sizin əmək haqqınızıda biz sahibkarlar veririk, Sizin gördüyünüz işin məğzidə biz vətandaşlara xidmət etməkdir. Xahiş edirəm məni diqqətlə dinləyin və mənim vaxtımı almayın. Siz mənim vaxtımı almayın, Sizin vaxtınız mənim üçündür. Siz xidmətdəsiniz…” Bundan sonra öz haqlı iradlarımızı cavan məmur “dostumuza” bildirdim və oda sağ olsun, hər birini yeriyə yetirdi. Amma burda bir şeyi bildim – Bizim məmurlar, çox zaman öz vəzifə öhdəliklərini bilmirlər (özlərini bilməməzliyə vururlar)

Neysə… eyni məsələ digər dövlət strukturlarındada müşahidə edilir. Əlbəttə, keçən illərlər müqayisədə bu istiqamətdə kifayət qədər işlər görülüb və mən əminəm ki, gələcəkdədə görüləcək. AMMA və LAKİN. Bunun üçün biz vətandaşlarda dövlət qulluqçularına öz həqiqi vəzifələrini bilmələri üçün “kömək etməliyik”. Dövlət qulluqçusunun əsas vəzifəsi öz millətinə, sahibkarına, vətandaşına qulluq etməkdir. Məhz belə olduğu zaman, biz ölkəmizdə olan iqtisadi böhranı daha tez şəkildə dəf edə bilərik.

Növbəti yazılarımızda biz toxunduğumuz digər iki məsələ: sahibkar alıcı və sahibkar işçi münasibətləri barədə söhbət edəcəyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close