image_pdfimage_print

Məni tanıyanların və Azərbaycan Marketinq İcması ilə əlaqəli olan tanışlarımızın çoxu (demək olar ki, hamısı) bilir ki, mənim Rafiq Vəliyev (Hünaltay) və Anar Bayramovla çox yaxın dostluğumuz var. Sizdən nə gizlədim, dostluğumuzun möhkəm olmasına baxmayaraq biz bir-birimizə qətiyyən bənzəmirik, hətta çox zaman mən təəcüb edirəm ki, bu cürə savadlı-ziyallı iki gənc necə mənə dözür!? Amma bugün mən Sizə çox haqlı olduğum bir məsələ barədə danışmaq istəyirəm. Anar Bayramov bu məsələdə mənimlə razılaşmır. Əziz oxucu, özünüz deyin, hansımız daha doğru deyirik? Sonunu düşünən uğur qazana bilərmi?!

Deməli manatın ikinci dəfə devalvasiya olmasından sonra Anar və Rafiq müəllimə bir biznes ideya dedim. İdeya deyəndə… bir-az böyük çıxır, yəni dedim gəlin birlikdə filan şey edək. (Nə etmək istədiyimi Sizə deməyim, çünki nə qədər olmasa konfidensial qalsın. Ona görə yox ki, Siz bilib edərsiniz… (edə bilməzsiniz – bu arada) sadəcə ona görə bunun bizim bloqa əslində aidiyyatı yoxdur.) Anar eşidib (oxuyub) əvvəlcə dedi – OK – Edək. Amma sonra bir söz dedi və mənim “ürəyimə damdı ki” Anar düşünüb “YOX” deyəcək. Bilirsiz Anar nə dedi?! “İlkin, bilirəm sən sevmirsən, amma mən bir biznes-plan kimi bunu hazırlamaq istəyirəm…” Məndə dedim (ürəyimdə): “hə-əə-ə, bu biznesdə belə getdi!)” Bilirəm axı, çox düşünmək biznesin düşmənidir!)

Yeni il tətilində qayıdan kimi, mən həvəslə Anardan soruşdum: “Qardaş necə oldu, nə vaxt başlayırıq?!” Anar nə cavab versə yaxşıdır? “İlkin… mən düşündüm, məncə bu iş tutmazzzzzzzzzzzz” Bundan sonra bizim dialoqumuzu ayrıca formada Sizlərə təqdim edirəm ki, özünüz kiminlə razılaşdığınızı mənə deyə biləsiniz.

Mən deyirəm: Anar, niyə razılaşmırsan? Super işdir, bizim bu işdə çoxlu rəqabət üstünlüyümüz var, məndən başqa bunu heç kim edə bilməz, çünki… mənim filan-filan-filan imkanlarım var, sənində filan-filan-filan imkanların, Rafiqdə filan şeyi bilir. Özdə əsl vaxtdır, böhrandır, insanlar belə-belə-belə edirlər.

Anar deyir: Bilirsiz, böhrandı bu bazar daralacaq. Filan seqment yoxdur, qalır bir dənə filan seqment… buda daralır, bizim üçün çox çətin olacaq. Həm özün bax, gör bunu heç edən var?!

Mən deyirəm: Anar superdidəəə. Bizdən başqa edən yoxdur. Birdə kim edəcək bizdən başqa? Bilirsən, heçnə asand deyil, elə bilirsən Marketinq AİR asanddır?! Biz edəndə heç düşünürdük bu qədər uğurlu olacaq AİR?

Anar deyir: Edək də… “prostu” özüm tənqid edirəm… inansam edərəm…

Mən deyirəm: Qardaş inansam edərəm nədir? Etməyin üçün inanmalısan, əgər uğurlu olacağına inanmasan necə uğurlu ola bilər? Birdə bu layihəni biz uğurlu etməliyikdə, kimsə uğurlu edib bizə verəsi deyil ki?! Anar inan mənə, yaxşı və ya pis ideya olmur, yaxşı və pis icra olur.

Anar deyir: Birinci hər şey hesablanmalıdır, sonra addım atmalıyıq… həm Rafiqin fikirləridə vacibdir. Oda bu işdə olmalıdır. Böhrandır, indi biznes açmaq üçün tam əlverişli şərait deyil axı.

…bundan sonra mən dedim ki, Anar mən bu dialoqu bloqda yazacam, necə dəyərlər xalqın gözü tərəzidir.

Sizə bir söz də deyim. Gənc sahibkarın biznesi başlamadan məhv etmə səbəblərindən biridə çox düşünmək və ya çox incələmək istəyidir. Hərəkət etmək lazımdır, biznesi düşünmək yox.

Bu arada deyim, Rafiq Hünaltayın proektlə bağlı fikiri daha dəhşətlidir… “Mən özümü burda görmürəm. Düzdür çox maraqlıdır, amma nesə mənə alver kimi gəlir” deyir Rafiq müəllim. Başa düşmürəm niyə alver sözü Rafiq müəllimi qorxuzur?!

Sual verə bilərsiniz… “Niyə bu işə özün tək başlamırsan?” Cavab verim… “dostlarla maraqlıdır”. Amma əgər çox oyan-buyan etsələr, məcbur olub özüm edəcəm!))

Əziz oxucu, bu meydan, bu şeytan. Özünüz düşünün, hansımız doğruyuq?!

Sizə səmimi deyim, heç bir şəkildə çox düşünməyin, sadəcə inandığınız və bacaracağınızı inandığınız sahəni seçin. Daha sonra Qurban olduğumuza inanıb yorulmaz şəkildə işləyin. 100% alınacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Dusunen kimi is gormek lazimdi mence. Nece deyerler “demiri isti-isti doyerler”.

Leave a Reply to Taleh

Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close