image_pdfimage_print

Əziz oxucu, böhran iqtisadiyyat üçün yeni biznes reallıqlar gətirir. Bu reallıqda baş çıxarmaq, ayaqda qalmaq və ya irəliyə getmək üçün çox vacibdir ki, yeni biznes düşüncə ilə hərəkət edək. Bəs bunun üçün biz nələri özümüzə nümunə götürə bilərik. Mən hesab edirəm ki, belə şirkətlər Rusiya əsilli bizneslər olmalıdır. Bunun bir neçə səbəbləri var…

Səbəblərə keçməmişdən əvvəl, bloqumuzun əziz oxucularından bir daha xahiş edirəm ki, özlərindən ikinci dəfə velosiped ixtira etməyə çalışmasınlar. Ən yaxşı yenilik belə, bir vaxt edilmiş, amma indi unudulmuşlardır. Bu baxımdan yenilikləri emal edin, bençmarkinq edin. neysə… keçək əsas məsələyə!)

Birincisi ona görə ki, Rusiya xammal satıcısıdır. Xoşbəxtçilikdən və ya dərddən bugün bizim iqtisadi sistemimiz daha çox Rusiyaya oxşayır. Məhz buna görə Rusiyada olan proseslər eyni formada Azərbaycanda təkrarlanır.

İkincisi Rusiyada bizim kimi post-sovet ölkəsidir və orda olan iqtisadi konyuktur bizim Azərbaycanı xatırladır. Onlarda bizim kimi, planlı iqtisadi sistemdən bazar iqtisadi sisteminə keçiblər.

Üçüncüsü qanunvericilik və qaydalar bənzəyir. Azərbaycan qanunvericiliyi Rusiyadan köçürmədir… desək, məncə yanılmarıq. Bizim qanunvericilik bazamız tam olaraq Rusiyaya uyğundur və s.

1998-cı ildə Rusiyada olan vəziyyət bügün Azərbaycanda (həmdə elə Rusiyanın özündə) olan iqtisadi duruma çox bənzəyir. Həmin dövrdədə xammal (əsasəndə Neft və Qaz) qiymətləri çox aşağı düşmüşdür. Ölkədə tam olaraq iqtisadiyyat iflic vəziyyətdə i(e)di.

Bəs hansı Rus bizneslərini bençmarkinq etmək olar? Mən xarici şirkətlərin bir çoxunu “ucdan-qulaqdan” bençmarkinq edirəm və gördüklərimin bir neçəsini Sizinlə bölüşmək istəyirəm.

Gett (keçmiş Gett taksi). Bu şirkətdən həqiqətəndə öyrəniləcək çox şey var. Öz biznes fəaliyyətinə taksi xidmətləri təklif edən şirkət kimi başlayan internet biznes, taksi – daşımacılıq sənayesində tam bir inqılab edib desək, məncə yanılmarıq. Gett-ə qədər, təsəvvür edin Moskvada taksi tutmaq demək olar zülm idi, indi isə cəlb edilən taksilərin sayının çoxluğu hesabına, taksi sifarişi 5 dəqiqə ərzində (Moskva kimi şəhərdə!!!), qiymət isə 300 rubl çərçivəsindədir (söhbət ortalama taksi çekindən gedir!!!). Bundan sonra şirkət öz biznes modelində dəyişiklik edir və Gett Taxi olaraq deyil, Gett olaraq fəaliyyətə başlayır. Taksi sözünün götürülməsi təsadüfi deyil. Bugün Gett vasitəsi ilə telefonunuzda sadə bir toxunuşla Siz cəmi 10 dəqiqəyə pitza, şaurma, dərman, kitab… və s. kimi məhsulları əldə edə bilərsiniz. Dünyanın ən dinamik inkişaf edən şirkətindən əmin olun ki, öyrəniləsi çox şey var.

Hoff mebel və ev əşyaları. Dünyada mebel satış şəbəkələrini ən çox Almaniya və ya alman dilli ölkələrdə cəmləşmişdir. Bu təbiidir çünki, almanlar pərakəndəçilikdə çox güclüdür. Hoff tam olaraq Rusiyalı iki sahibkar tərəfindən qurulmuş pərakəndə şəbəkədir. İKEA şirkətinə Rusiyada yaxşı rəqib olan şəbəkə il ərzində 5 mebel hipermarketi açılışı ilə böhrana meydan oxuyur. Yalnız mebel deyil, ev əşyaları və dekorativ məhsullar təklif edən pərakəndəçi istər təhçizatçılarla münasibət, istərsə marketinq, istərsədə ümumi satış məntiqinə görə mənə çox şey öyrədib. Mənim işim mebel olduğu üçün Hoff çox maraqlıdır.

Юлмарт – internet mağaza. Юлмарт kibermarket sistemli pərakəndəçi şəbəkə olaraq 2014-2015-ci illər ərzində 3 dəfə artım verib!!! Rusiyada!!! Başqa sözlə desək, şirkət tam olaraq dinamik inkişaf edir. Şirkətin məntiqində internet satışlarla offlayn kanallarının birləşdirilməsi dayanır. Юлмарт öz məhsullarını internetdən təklif edir, həmçinin bu məhsulları müştəri istədiyi halda Юлмарт tərəfindən təyin edilmiş xüsusi baxış-salonlarında özü görə bilir. Bir növ internet satışların ən böyük problemi olan müştərilərin “əlləri ilə toxunmaq” istəyi həll edilir. Öyrəniləsi çox şey var bu şirkətdən. Formatda çox maraqlıdır.

Magnit. Erməni əsilli rus biznesmen Serqey Qaliskiy tərəfindən qurulmuş Rusiyanın ən böyük pərakəndəçi şəbəkəsini izləmək özü-özlüyündə bir təlimdir. Şirkət haqqında biz ayrıca bloq postda yazmışdıq. Son dərəcə maraqlı pərakəndə şəbəkə qurmuş Qaliskiy, Rusiyanın Wallmartını yaradıb desək heç yanılmarıq. Ətraflı buradan oxuya bilərsiniz.

Ümumiyyətlə bençmarkinq muasir şəraitdə biznes üçün çox vacibdir və hesab edirəm ki, düzgün təşkil edildiyi halda həqiqətəndə mükəmməl effekt verə bilər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close