image_pdfimage_print

09 yanvar, həftənin 6-cı günü, saat 18:00-da bütün marketoloqları, biznes adamları və ya ürəkləri bizimlə döyünənləri Sapphire Restoranında keçiriləcək möhtəşəm biznes-party dəvət edirəm. Söz verirəm, hər şey super olacaq. Sən mütləq bu tədbirdə iştirak etməlisən. Bilirsən niyə?

“Niyə”lər haqda ətraflı məlumat verməzdən əvvəl, qeyd etməliyəm ki, biletlər, rezervasiya, boş yerlər barədə bütün məlumatları, bizim gənc və istedadlı AİR məzunumuz Niqar xanımdan dəqiqləşdirsəniz çox yaxşı olar. Necə dəyərlər… Qurbanəli bəyin gününə düşmək istəmirəm (hamını çağırım amma partydə yer (bilet) olmasın. Beləliklə… “niyə sən mütləq bu partydə iştirak etməlisən” suallına cavab verməzdən əvvəl mən deməliyəm ki, bu party iştirakçısının “portreti” belə olmalıdır…

Əgər sənin yaşın gəncdirsə və ya özünü gənc hesab edirsənsə, gocalmamısansa, gələcəyə, öz biznes karyerana pozitiv baxırsansa, hesab edirsən ki, hər şey sənin və sənin əlindədir, düşünürsən ki, böhranda bir xəstəlikdir və bu xəstəliyə qalib gəlməyin yolu öz üzərində işləməkdir. İlin-günün bu vaxtı sən daim öz üzərində işləyirsənsə, hesab edirsən ki, savadlı adamlar dahada önə gedəcək bu party sənin yerindir. İşləyə-işləyə əylənə bilirsənsə, intelektual yumordan həzz alırsansa, dostlarla danışıq zamanı, həmfikirlərin, həmixtisaslarını öz adamın hesab edirsənsə… sən bu party əsl yaraşırsan!)

Necədir?! Sizə uyğundur?! Əgər uyğundursa gəlin… uyğun deyilsə… əzizim belə pis çıxmasın, nəyin ki, bu party, heç bu bloqda sənlik deyil, sağ tərəfdə ən güncdə olan “x” düyməsinin üstənə bassss…

Başlayaq əsas məsələdən, niyə sən mütləq və mütləq bu partydə olmalısan…

Birincisi qeyd etməliyəm ki, ölkəmizdə iqtisadi böhran özünü açıq-aşkar hiss elətdirir. Hamımız bilirik ki, Azərbaycanımız iqtisadi böhran şəraitində yaşayır. Böhran qətiyyən ölüm deyil, böhran yeni iqtisadi vəziyyətdir. Bu vəziyyətdə əlaqələri çox olan adamlar dahada irəli gedə bilirlər. Bizim party biznes əlaqələr üçün mükəmməl bir yerdir. Bilirsiz əlaqə qura bilmək biznesdə çox vacibdir!

İkincisi elmi cəhətdəndə sübüt edilmişdir ki, əgər beyin istirahət etmirsə, beyin əylənmirsə, heç ondan keyfiyyətli iş, sistemli düşüncə gözləmək olmaz. Gözləsəzdə verməyəcək!) Bəs intelektual adam, Sizin kimi adam, necə dincələ bilər?! Çox doğrudur eyni fikirlə adamların əhatəsində… əzizlərim bizim partydə yad adam olmayacaq. Özümüz olaceyik, özümüzdə istitahət edəcəyik! Gəlin)

Üçüncüsü bizim daha əvvəl partylərdə olanlar bilir, biz çalışırıq ki, mühit mehriban və səmimi mühitimiz olsun. Biz marketoloqları digər peşə sahiblərindən fərqləndirən əsas xüsusiyyət (Azərbaycanda) məhz bizim birliyimizdir. Bizim aktivliyimizdir. Bizim pozitivliyimizdir. Güc birlikdədir. Yalnız və yalnız bir olmaqla biz hamımız birlikdə ölkəmiz üçün bu çətin hesab edilən vaxtlara ötəcəyik. Əzizlərim bu party bizim birliyimizin növbəti nüməsi olacaq!

Bilmirəm təsadüfdən və ya zərurətdən məhz biz ölkəmizdə ilk dəfə Milli Marketinq Forumu etdik, bəlkədə təsadüfən biz ana dilimizdə ilk dəfə olaraq praktik marketinq istiqaməti olan Marketinq AİR etdik, məhz biz onlayn marketinq televiziyası etdik və Sizə səmimi deyirəm… biz danışmırıq biz edirik.

Bizim digərlərindən yeganə fərqimiz odur ki, biz qara adamlarıq. Biz tənbəl deyilik, çünki inanırıq ki, inkişafa gedən yol, danışmaqdan deyil, etməkdən keçir. Biz tənqid etmirik, bizi tənqid edənlərə isə çox sağ ol deyirik. Məhz o tənqidlərə görə, biz 2015-ci ildə ana dilimizdə bestseller hesab ediləcək 3 kitab çıxara bildik: “360 dərəcədə brendinq”, “Biznes nə istəyir?”, “Bügünün marketinqi”. Necə dəyərlər… “bu meydan, bu şeytan…” hərəkət edin əzizlərim, hərəkət!)

P.S. Partydə Sizə Azəbaycanda böhranla bağlı düşündüklərimizdən danışacam!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close