Monthly Archives Fevral 2016

Sosial şəbəkələrin artımı nə qədərdə cəmiyyətin diqqət mərkəzini qeyri-tv reklam daşıyıcılarına yönləndirsədə bügün, televiziya dünyada ən çox reklam büdcəsi olan məcraların başında durur. Dünyanın demək olar ki, bütün qlobal brendləri TV reklamlarından və TV verilişlərdə olan sponsorluqlardan istifadə edirlər. Bu yazıda biz TV sponsorluq zamanı düzgün hesab etdiyimiz məsələlər barədə fikirlərimizi Sizinlə bölüşmək istəyirik.

Bügünlərdə şəxsi biznesimizlə əlaqəli son dərəcə vacib hesab etdiyim bir qərar barədə düşünürəm. Görəsən hansı daha vacibdir uzunmüddətli perspektivi düşünərək imici qorumaq, yoxsa qısamüddətli dövrdə daha çox gəlir əldə etmək üçün fəaliyyət istiqamətlərində dəyişikliklər etmək. Siz necə düşünürsüz?! Hansı daha doğrudur bügün ya sabah?

Son zamanlar oxuduğum bir neçə brendinq yazısından sonra bir məsələ daha çox diqqətimi çəkməyə başlayıb – dünyanın aparıcı qlobal brendləri öz satış nöqtələrində xüsusi konsepsiyalardan istifadə edirlər. Bir növ satış nöqtəsi özlüyündə, bizim, insan olaraq yaxşı xatırlana biləcək yerləri təsvir edir. Brend satış nöqtəsində müştəriyə qeyri-ənənəvi üsullarla təsir etməyə başlayır. Fikirlərimi misallarla Sizlərə çatdırmaq istəyirəm.

Bügünlərdə Təhsil Nazirimizin “məhşur” bəyanatından sonra (test üsülü barədə) bir anlığına ölkəmizdə olan bir neçə məsələyə diqqət yetirdim. Əziz oxucu, bilirsiz nəyin şahidi oldum?! Gördüm ki, ölkəmizdə olan biznes mühitini, elmi-akademik istiqamətləri, dördüncü hakimiyyəti… ümumiyyətlə ölkəmizdə olan bütün istiqamətləri bir böyük və mənfi dəyər birləşdirir – biz kütləvi şəkildə “sabun köpüyünü” sevirik. Özünüz diqqət edin…

Brendinq fəaliyyətinin ən çətin və praktik tərəflərindən biri şirkətdə olan brendlərin arxitekturasının qurulmasıdır. Daha konkret desək, istənilən biznes hansısa bir mərhələdə belə bir sualla qarşılaşır: Yeni brend yaradaq, yoxsa mövcud brendin sərhədlərini genişləndirək?

Əziz oxucu, muasir dövr, muasir yaşam özünün qəribəliyi ilə seçilir. Mən, Sən, Biz… hərəkətlərimiz, davranışlarımızla fərqli olmaq üçün hərəkət edirik. Muasir dövr, yeni insani münasibətləri ortaya qoyur. Biz Azərbaycanda keçirilən TEDx çıxışımızda bu haqda danışdıq. Məncə Sizin üçündə maraqlı olacaq. Buyurun video baxın.

Bügünlərdə İqtisad Universitetində artıq dördüncü il (!) MBA tələbələri ilə dərsimiz başladı. İlk dərs təbii ki, hər dəfə olduğu kimi, tanışlıq idi (bir-birimizlə, fənnimizlə, ümumi tədris metodoloqiyası ilə və s.). Tanışlıq zamanı biz marketinq və marketinq karyerası barədədə söhbət açdıq. Marketinqdə şəxsi əlaqələrin nə qədər vacib olduğunu danışanda, tələbələrimizdən biri çox gözəl fikir söhlədi.

Sizi bilmirəm, amma mənim hər həftə baxdığım, oxuduğum kitablar var. Bu kitabları mən dəfələrlə oxuyub, bitirmişəm, amma buna baxmayaraq hər dəfə oxuduqca özüm üçün yeni nələrisə kəşf edirəm. İstəyirəm, bu kitablar barədə sənədə məlumat verim. Qurban olduğumuzdan gizlin deyil, səndən nə gizlin, düzdür!?

Bügün yolda gedə-gedə bir məsələ barədə fikirlərimi tam qətiləşdirdim. Sevgi dünyada olan ən böyük motivasiya elementidir. Sevgi, sevgi və bir daha sevgi. Başqa heç bir hiss, başqa heç bir dəyər insanı bu qədər motivasiya edə bilməz. Nəsə etmək istəyirsinizsə, ilk əvvəl sevin! Böyük uğurlar yalnız sevgidən sonra başlaya bilər. Bilirsiz niyə, sevmək vacibdir?!

Ali məktəbdə işləmək, böyük vaxt və enerji itkisidir desək heç yanılmarıq. Buna baxmayaraq artıq üçüncü ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə dərslərində mühazirələr deyirəm. Əlbəttə, bunu özüm üçün bir borc kimi hesab edirəm. Bizim həyatdan qazandıqlarımızın hər birinin təməlində marketinq bilikləri durur və əlbəttə, mən İlkin Manafov olaraq ölkədə marketinqin inkişafı üçün çalışmağa borcluyam. Borcluyam demişkən istəyirəm bu yazıda İqtisad Universitetində dərs demə səbəblərimi Sizlərə açıqlayım.

Bügünlərdə çoxtandır görüşmədiyim köhnə dostum Pərvizlə axşam çayı içdik. Uzaqdan-yaxından söhbət etdikdən sonra, işdən çıxdığını və öz şirkətini qurduğunu dedi. Bir anda çaşdım… dedim: “Sən, bu böhran dövründə işdən çıxmısan, hələ-hələ iş təklifləri gələ-gələ… öz biznesi inkişaf etdirmək istəyirsən!?”.  Pərviz çox arxayın şəkildə: “Əlbəttə, mən öz işimi qurmaq, həqiqi mənada biznesdə olmaq istəyirəm. Böhran olanda nə olar!?”. İstəyirəm bu yazıda Pərvizin qurduğu şirkət və ümumi olaraq böhranda yeni bizneslər barədə fikirlərimi Sizinlə bölüşüm.

Əziz oxucu, biz lap əzəl-qədimdən Avropa oyunlarının istər keçirilmə səbəbləri, istərsədə ölkəmizə verdiyi faydalarə başa düşmədiyimizi qeyd etmişdik. Hətta bu haqda son dərəcə güclü oxunma sayına malik olan bloq postumuzda var. Bəs Formula1 yarışları?! Bu yarışların ölkəmizə faydası varmı, ümumiyyətlə bu yarışların Avropa oyunları ilə müqayisədə hansı üstün və mənfi tərəfləri var?! İcazə versəniz bu haqda olan fikirlərimi Sizinlə paylaşardım. AMMA videodan əvvəl deyim ki, əminəm ki, Formula1 xeyli turist gələcək, hətta Londundanda!)

12
Close