image_pdfimage_print

Bügünlərdə İqtisad Universitetində artıq dördüncü il (!) MBA tələbələri ilə dərsimiz başladı. İlk dərs təbii ki, hər dəfə olduğu kimi, tanışlıq idi (bir-birimizlə, fənnimizlə, ümumi tədris metodoloqiyası ilə və s.). Tanışlıq zamanı biz marketinq və marketinq karyerası barədədə söhbət açdıq. Marketinqdə şəxsi əlaqələrin nə qədər vacib olduğunu danışanda, tələbələrimizdən biri çox gözəl fikir söhlədi.

Fikir maraqlı olması ilə paralel son dərəcə öyrədici və ibrətamiz idi – Yaxşı münasibətlər qurmaq, uğurlu networkinq etməyin ən sadə yolu, ilk əvvəl qarşındakı adama nəsə verməkdən keçir. Başqa sözlə desək, kimdənsə yaxşılıq gözləmək istəyirsinizsə, bu adama (oxu hamıya) yaxşılıq et. Bu yaxşılıq mütləq geri dönəcək, özdə artıqlaması ilə. Niyə biz bu fikirlə tam razıyıq?!

Bu məsələni bir neçə aspektdən incələmək olar. Birincisi gəlin sırf insan münasibətləri cəhətdən baxaq. Biz, insan olaraq daim hər şeydən təmənna güdürük. Təbiidir, axı insan oğlu daim daha yaxşı yaşamaq uğrunda mübarizə aparır. İnsanı daha yaxşı edən şeylər, əslində bir başa olaraq bizi borclu edir.

İnsanlarla düzgün əlaqə qurmaq istiqamətində oxuduğum kitablardan birində insanların heç vaxt unutmayacaq yaxşılıqlar 3 qrupa bölünür:

  1. Sağlamlıq. Əgər Siz kiminsə yaxın adamının sağalması üçün nəsə edirsinizsə və ya kimsə eyni köməyi Sizə etmək məqsədi ilə nəsə edirsə, bu yaxşılıq bizim yadımızdan heç vaxt çıxmır. Başqa sözlə desək, sağlamlıqla əlaqəli işlərdə biz hamımız çox həssas oluruq.
  2. Övladlarınızla əlaqəli nəsə. Bizim yadımızda qalan və hər zaman çox böyük yaxşılıq hesab etdiyimiz ikinci məsələ, övladlarımızın təhsil məsələləridir. İstər baxçada, istər orta, istərsədə ali məktəbdə, təhsil istiqamətində övladlarımıza edilən hər hansısa bir kömək, bizim yadımızda çıxa bilməz. Biz bunu edən adamlara daim borclu oluruq.
  3. İş tapılması. İnsan işsiz qaldığı zaman, daim nələrisə düşünür, psixoloji cəhətdən daha zəif olur. Bu zaman ona iş tapılmasında edilə biləcək yaxşılıq hər zaman olduğu kimi, çox müsbət təsir edir və unudulmur. İşdən çıxmış adamlara iş tapılması üçün əlinizdə imkan varsa, bunu mütləq dəyərləndirin. Belə yaxşılıqlar heç vaxt yaddan çıxmazlar!

Yuxarıdada dediyimiz kimi, əlaqə qurmağın ən yaxşı rolu üçün yaxşılıq etməkdir. Məhz verdikdən sonra, biz nələrisə almağa güvənə bilərik. Əziz oxucu, sözü gedən prinsip məncə biznesdədə belədir. İkinci olaraq gəlin “Ver al” prinsipini biznes üçün təhlil edək.

Diqqət edin, bir çox güclü sahibkarlar özlərində daha zəif olanlara maddi-mənəvi cəhətdən dəstək olurlar. Şəxsən mənim biznes fəalliyyətimin ilk vaxtlarında kənarda mənə çoxlu təmənnasız köməklər edilib. Mən biznes qurduğum zaman cəmi-cümlətini 500 dollarla işə başlamışam (onuda valideynlərim borc vermişdi, sonra iki aya geriyə qaytardım). Təbii ki, 500 dollarla biznes qurmaq çox çətindir və mənə etibar edənlər var idi. Mən bügünə qədər bu insanlara minnətdaram. Görürsüz, onlar yalnız verdikdən sonra, bügün nələrisə almağa iddiyalarıdırlar.

Biznesdədə nələrisə unmaq üçün mütləq və mütləq vermək lazımdır. Özünüz baxın, şəxsi biznes təcrübəmdən Sizə məlumat verim:

  • Təhçizatçılarımızla yaxşı münasibət qurmaq üçün onlara yaxşı satış rəqəmləri vermək lazımdır;
  • İşçilərdən yaxşı işləmək, işə ürəklə yanaşmanı almaq üçün, onları daim motivasiya vermək lazımdır (maddi və ya qeyri, amma mütləq verməlisiniz);
  • Rəqiblərdən hörmət gözləyirsinizsə, onlara qarşı hörmətli olun. Bəlkə, bu zaman onlarda Sizə daha çox hörmət qoyarlar və s.

Əziz oxucu, hər şey, ətrafımızda olan hər şey haqda sözü gedən məsələ keçərlidir. Nəsə almaq üçün mütləq və mütləq vermək lazımdır, mütləq verməyi bacarmaq lazımdır. Gördüyümüz hər şey, gördüyümüz hamı nəyəsə sahibdirsə, əmin olun ki, nələrisə qurban verib. Ümumiyyətlə həyatda bir tərəfli heçnə olmur.

Elementar olaraq bügün bizim bloq ana dilimizdə ən çox oxunan bloqdur. Oxucular mənə öz diqqətini verir…, amma bunun əvəzində mən oxucularıməza vaxt, məlumat, bəlkə bir-az (bir damcı) bilikdə verirəm, hə!? Bir sözlə heçnə elə -belə olmur, əziz oxucu, almaq üçün verməkdən çəkinməyin. Məncə!)

P.S. Bizim bloqda faydalanmaq üçündə mütləq və mütləq bu bloqu vaxt verməlisiniz!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close