image_pdfimage_print

Əziz oxucu, biz lap əzəl-qədimdən Avropa oyunlarının istər keçirilmə səbəbləri, istərsədə ölkəmizə verdiyi faydalarə başa düşmədiyimizi qeyd etmişdik. Hətta bu haqda son dərəcə güclü oxunma sayına malik olan bloq postumuzda var. Bəs Formula1 yarışları?! Bu yarışların ölkəmizə faydası varmı, ümumiyyətlə bu yarışların Avropa oyunları ilə müqayisədə hansı üstün və mənfi tərəfləri var?! İcazə versəniz bu haqda olan fikirlərimi Sizinlə paylaşardım. AMMA videodan əvvəl deyim ki, əminəm ki, Formula1 xeyli turist gələcək, hətta Londundanda!)

Yazıya keçməzdən əvvəl istəyirəm qısaca olaraq Forumula1 yarışlarının tarixi barədə “spravka” verim. Yarışların tarixi 1920-1930-cu illərə təsadüf edir. O vaxtlar avtomobillərin təzə çıxdığı vaxtlarda belə rallilərin keçirilməsi hər bir istehsalçı üçün demək olar ki, ölüm-dirim mübarizəsi hesab edilirdi. Əlbəttə, belə yarışların tarixi vətəni Almaniya hesab edilsədə, 2-ci dünya müharibəsindən sonra, Almaniya bu yarışlarda iştirakdan 10 illik kənarlaşdırılır.

Daha sonra 1950-ci illərdə ralli üzrə ilk dünya çempionatı Formula1 yarışları keçirilir və bunu, italyan pilot Alfa Romeo avtomobili ilə qalib gəlir. Bundan sonra ildən-ilə öz yarışlarının istər keyfiyyət, istər iştirakçılar, istərsədə sponsorlar tərəfindən artıran tədbir, bügün dünyanın ən gəlirli idman hadisələrinin başında durur.

Xatırlatmaq lazımdır ki, Formula1 yarışları Dünya Avtomobil Fedarisiyası tərəfindən təşkil edilir və özünün büdcəsi, sponsorlar paketi, sistemli idarəetmə komandası ilə heç bir şəkildə UEFA, FİFA və “xod gedən” FİDE-ən geriyə qalmır! Nəyin ki, geriyə qalmır keçirilmə günlərinin sayına görə dünyada ən böyük sponsor büdcəsi olan idman tədbiri hesab edilir. İndi keçək, əsas məsələyə: bəs Formula1 Avropa Oyunlarından nəylə fərqlənir!?

Avropa oyunları dünyada (Avropada) ilk dəfə keçirilirdi. Təcrübə göstərir ki, İLK olmaq əslində heç bir şəkildə üstünlük deyil, hətta çox zaman “minusdur”. Çünki idman biznesində yeni brend yaratmaq çox çətindir və bazar rəqabətlidir. Nəzərə alsaq ki, hələ 2016-ci ilin Avropa oyunlarının harda keçiriləcəyi məlum deyil… ürəyimizdən belə bir fikir yarana bilər ki, bu İLK və SON Avropa oyunları ola bilər. Bu dünya təcrübəsində olan şeydir, məsələn 1998-ci ildə, böhranın böhran vaxtı Rusiya Ümumdunya Gənclər Oyunları keçirdi (İLk və son dəfə) və s.

Formula1 bu istiqamətdə “yumşaq desək” yeni deyil. Tədbirin bügünə bügün 66 yaşı var (!). Bütün dünya Forumula1 yarışlarını bilir, qəbul edir və dəstəkləyir.

Avropa Oyunlarında bütün təşkilatı məsələlər keçirən ölkə tərəfindən həll edilirdi. Hər şey! Bunu biz Baki2015-də gördük. Nəyin ki, gördük, Avropa Oyunları keçirildiyi vaxt, ölkədə elə bil həyat dayanmışdı. Ölkə büdcəsindən hiss edilən qədər bu yarış üçün vəsait ayrıldı.

Formula1 büdcəsi təşkilatçılar tərəfindən ödənir. Tədbirdə çəkilən bütün xərclər bir-başa olaraq Formula1 yarışlarının təşkilatçılar tərəfindən nəzarət edilir və ödənir. Daha bir şad xəbər… Formula1 təşkilatçı komandasında cəmi-cümlətəni 5-6 nəfər əcnəbi var. Qalanları bizim ölkə vətandaşlarıdır. Sevindirir.

Avropa Oyunlarını dünya xəbər kanalları işıqlandırmadı. Sizə açıq deyim, bu yarış Avropa üçün maraqsız idi. Bu hər bir addımda hiss edilirdi. Rusiya sağ olsun (belə baxanda niyə sağ olur eee), yenə bizə dəstək oldu, yoxsa elə özümüz çalın, özümüz oynayacaqdıq.

Formula1 isə, eyni vaxtda dünyanın yarısında canlı (!) yayımlanacaq və Sizi əmin edirəm bu baxılacaq. Baxılmasa, Formula1 o qədər sponsoru olar!? Sponsor demişkən, bu dəfə yerli şirkətləridə məcburən sponsor etməyəcəklər. Hər şey daha sadə, biznes yönümlü olacaq.

Avropa oyunlarında turistlər çoooox gəlmişdisə, təxminən belə turistlər…

Formula1 ciddi olaraq bu yarışı izləmək üçün dünyanı gəzən fanatlar gələcəklər. Bu turistlər həqiqətəndə gəlib bizim vətənimizdə pul xərcləyəcək. Bizə dollarda gətirərlər həgin, hə!?

Əziz oxucu, biz hər şeyə o qədər “piiiis” deməyə öyrənmişik ki, hətta ölkəmizdə yaxşı şeylərdə olanda xoşumuza gəlmir. Formula1 ölkəmizdə keçirilən ən yaxşı tədbirlərdən biridir, hətta birincisidir. Formula1 işləyən bütün dostlarımızı dəstəkləyir, onlara bu çətin işdə uğurlar arzu edirik.

P.S. Hər zaman demişəm, bügündə deyirəm – BÖHRAN sahibkar üçün, insanlar üçün, ölkə üçün fürsətdir. İşini düzgün quranlar böhrandan daha karlı çıxırlar. Bu baxımdan düşünmək ki, böhrandır heçnə etməyək, çox yalnış və səhv yanaşmadır. Böhran sadəcə iqtisadi konyukturun dəyişməsidir.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

2 Comments

  1. […] İdman və asdfggh naziri Azad Rəhmov Formula ilə bağlı verdiyi açıqlamadan sonra İlkin bəy yeni yazısını yazdı. Deyir “Formula 1.55” yarışı (yeni kursla hesablayanda 1.55 olur) ölkəmiz […]

  2. Əməyinizə sağlıq. Yazınızı maraqla, həvəslə oxudum. Amma razılaşmadığım məqamlar da var.

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close