image_pdfimage_print

Bügünlərdə çoxtandır görüşmədiyim köhnə dostum Pərvizlə axşam çayı içdik. Uzaqdan-yaxından söhbət etdikdən sonra, işdən çıxdığını və öz şirkətini qurduğunu dedi. Bir anda çaşdım… dedim: “Sən, bu böhran dövründə işdən çıxmısan, hələ-hələ iş təklifləri gələ-gələ… öz biznesi inkişaf etdirmək istəyirsən!?”.  Pərviz çox arxayın şəkildə: “Əlbəttə, mən öz işimi qurmaq, həqiqi mənada biznesdə olmaq istəyirəm. Böhran olanda nə olar!?”. İstəyirəm bu yazıda Pərvizin qurduğu şirkət və ümumi olaraq böhranda yeni bizneslər barədə fikirlərimi Sizinlə bölüşüm.

Əziz oxucu, bizim bloq əslində bloq deyil. Bu sadəcə mənim Sizinlə səmimi söhbətimdir. Biz burda qətiyyən reklam vermirik, biz burda qətiyyən yalandan nəsə yazmırıq… biz yalnız inandığımız və əmin olduğumuz məsələlərə öz subyektiv fikirlərimizi yazırıq. Vəssəlam!) Bügün Sizinlə danışacağımız mövzu Perviz bəyin timsalında ürəyində sahibkarlıq sevgisi olan bütün dostlarımıza həsr edilir!

Əvvəlcə deyim ki, Pərvizlə mən yalan olmasın 10 ildir tanışam. Aspiranturada oxuduğumuz zamanlardan… düzdür o vaxt sadəcə tanış edik, amma sonra günlərin bir günündə bəlkədə təsadüfən Almaniyada birlikdə bir aylıq ixtisas artırma kursunda olduq. Sizdən nə gizlədim… mən Pərvizdən çox şey öyrəndim. Əminliklə deyə bilərəm ki, biznesin inkişafı, layihə idarəedilməsi kimi səyələrdə qardaşın qabağına çıxan tək-tük adam tanıyıram. Çox güclü anatilik qabiliyyəti var və bəlkə buna görə edi ki, Pərviz bir vaxtlar ölkəmizdə olan əsas beynalxalq biznes layihələrin ideya müəllifi kimi çıxış edirdi. Bu arada beynalxalq iqtisadiyyatıda super bilir (İqtisadda öyrədilən BİM yox aaa, praktikada bu işləri super bilir). Eşidəndə ki, Pərviz özünün yüksək əmək haqqılı işini, böhran zamanı atıb və öz istedadlı komandası ilə brendinq və biznes inkişafı üçün şirkət qurub… bu məni çox sevindirdi.

Dostumuzun qurduğu şirkətin konsepsiyası çox maraqlıdır. Biznesdə mövcud olan steoritiplərin qırılması və yeni-innovativ həllər təklif edən şirkət Azərbaycan biznesi üçün əsl ilham qaynağı funksiyasını daşıyır. İşçilər barədə məlumat topladıqdan sonra, başa düşdüm ki, şirkətin ən böyük kapitalı onun komandasıdır. Tam səmimi, Crazy Innovations işçi heyyəti tam olaraq professionallardan ibarətdir. Komanda haqqında ətraflı burada öyrənə bilərsiniz.

Şirkətin əsas gücü biznesin içindən başa düşməkdir məncə, çünki bütün işçilər real biznesdən gəliblər. Eyni zamanda aydın şəkildə hiss edilir ki, bütün komanda çox motivasiyalıdır. Hamı işi öz işi bilir. Bu əslində kiçik şirkətlərin ən böyük üstünlüyüdür.

Crazy İnnovations bügün yeganə şirkətdir ki (!) Azərbaycanda biznes mühəndisliyi anlayışı tətbig edə bilir. Daha doğrusu sözün həqiqi mənasında biznesə innovasiya gətirə bilir. Çox yaxşı olardı ki, bizim yerli istehsalçılarımız bu şirkətlə tanış olsun.

Bəs böhran? Bəs böhranda yeni biznes qurmaq olar?! Bəs böhranda aylıq rahat əmək haqqını alıb, salla-başını, al-maaşını məntiqi ilə işdən imtina etmək olar!? Əziz oxucu, biznes qurmaq istəyən adam üçün, ürəyində azadlıq hissi olanlar üçün iqtisadi vəziyyətin rolu yoxdur. Biznes xəyallara çatmaq üçün yeganə yoldur və yalnız güclü iradəsi olan insanlar öz xəyallarını yerinə yetirmək üçün əməldə nələrisə edirlər. Ruslar demiş… “при чем здесь кризис…”.

Hal-hazırda Crazy İnnovations sözün yaxşı mənasında acdır. Rəhmətlik, Stiv Djobsun sözü olmasın insan ac olanda uğur qazanmaq daha asand olur. Mən əminəm ki, dostlarımız yaratdıqları bu şirkətlər sözün həqiqi mənasında böhrana meydan oxuyacaqlar. Yalnız böhranamı!? Əlbəttə yox.

Bugün Azərbaycan biznesinə mütləq və mütləq innovasiya lazımdır. Şirkət istər brendinq, istər məhsul dizaynı, istər biznes-proseslərin optimallaşdırılması, istər web-dizayn və ya web-müşahidəçi olaraq bizneslərə hava-su kimi funksiyasındadır. Böhranda məhz belə ağıllı çözümlər verənlərə tələb artır.

Əziz oxucu, əgər biznesin inkişafı ilə əlaqəli hansısa planınız varsa, mütləq və mütləq Crazydə olan dostlarla göstərin. Onlar Crazy olsalarda… inanın uğur elə Crazylikdədir. Crazy dediz… yadıma düşdü…

Bizim bölgələrdə olan mağazalarımızın yeni il toplantısı, 01 yanvar səhər saat 09:00 olub. Yevlaxda edirdik. Qar yağırdı… əlbəttə gecə çoxları gec yatmışdı (31 dekabr idi axı) və səhər təxminən saat 08:00-da telefonuma zəng gəldi. Zəng edin, bizim mağaza rəhbərlərindən biri idi və “Sabahınız xeyr, mən artıq burdayam…” sözlərini telefonda dedi (saat 08:00). Bütün yollar qar idi və düşündüm ki, ağlı başında olan orta statistik Azərbaycanlı belə vaxtda iclas etməz… bu delilikdir, bu anormallıqdır. Amma bizim iclas super oldu və iclasda belə bir fikrə gəldikdə biz hamımız anormal olmalıyıq, yoxsa krizis bizi anormal edəcək!))

Biznes anormal işləyənləri sevir, sakit-sakit kitab, bloq, və ya YouTube ağıllı adamların videolarına baxıb “ah…” çəkənləri yox!)

Dostlara gördükləri bu çətin işdən uğurlar arzulayıram. Sənə isə, əziz oxucu, bir daha xatırladıram, xəyallarınızın gerçəkləşməsi üçün şəxsi biznes vacibdir. Çox düşünmə, karvan yolda düzələr, hərəkət elə. Alınacaq!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close