image_pdfimage_print

Sizi bilmirəm, amma mənim hər həftə baxdığım, oxuduğum kitablar var. Bu kitabları mən dəfələrlə oxuyub, bitirmişəm, amma buna baxmayaraq hər dəfə oxuduqca özüm üçün yeni nələrisə kəşf edirəm. İstəyirəm, bu kitablar barədə sənədə məlumat verim. Qurban olduğumuzdan gizlin deyil, səndən nə gizlin, düzdür!?

Kitab oxumaq bizə yalnız lazımı bilik, savad deyil, həmçinin daha çox işləmək üçün motivasiya verir. Bu baxımdan əgər işdən əliniz soyuyubsa, bundan ən yaxşı çıxış yolu kitab oxumaqdır. Amma kitab var, kitab!

Fikir vermişəm, bəzi kitablar insanı daha çox depresiyaya sala bilər və kitab seçimi, kitab oxumaq qədər əhəmiyyətlidir. Yalnız kitab oxumaq deyil, faydalı kitab oxumaq xeyrlidir. Şəxsən, mən… yalnız öz ixtisas biliklərimi artırmaq üçün olan kitabları oxuyuram və maksimum çalışıram ki, oxuduğum kitablar həyat prinsiplərimi maksimum uyğun olsun. Neysə… mətləbdən çox uzaqlaşmadan keçək siyahıya.

Dəfələrlə oxuduğum biznes kitabları

  1. Меньше, но лучше – Djordan Mili, Martin Byudo tərəfindən yazılan kitab, sözün həqiqi mənasında biznes barədə düşüncələrimi formalaşdırır. Demək olar ki, hər həftə bu kitabı vərəqləyirəm və hər dəfə oxuduqdan sonra yeni nəsə öyrənirəm. Sizlərədə tövsiyyə edirəm. Super kitabdır.
  2. Как стать бизнесменом – Oleg Tinkov. Bu kitab Tinkov tərəfindən yazılmış və özünün biznes qurma yollarından danışan müəllifin hekayəsidir. Çox maraqlıdır, ən azı ona görə ki, Rusiyada olan biznes mühit Azərbaycana çox bənzəyir. Maraqlı kitabdır. Oxumağa və öyrənməyə çox şey var.
  3. Rework. Jason Fred tərəfindən yazılmış kitab, bizneslı bağlı fərqli düşüncələr ortaya qoyur. Mütləq oxuyun, əminəm ki, şəxsi biznesiniz üçün yeni istiqamətlər əldə edəcəksiniz. Kitabda biznesin müxtəlif mərhələləri üçün müəlliflər tərəfindən verilmiş reseptlər yazılıb.

Dəfələrlə oxuduğum marketinq kitabları

  1. Настольная книга директора по маркетингу – Роман Хибинг tərəfindən yazılmış və praktik marketoloq üçün “bibliya” hesab etdiyim kitablardandır. Kitabda marketinq blokunun şirkətdə konkret hansı addımları, necə və hansı şablanlorla atması vacib lazım olduğu aydın şəkildə izah edilib. Filip Kotlerdən sonra, marketinq direktoru olmaq üçün oxunması şərt olan kitablardandır məncə.
  2. Devid Aakerin brendinq kitabları. Təbii ki, brend, brendinq istiqmaətində ixtisaslaşdığım üçün Devid Aakerin kitabları demək olar ki, hər həftə oxuyuram. Bu müəllifin yazı stili çox çətin və gəliz başa düşülən olsada, praktikada brendinqlə məşğul olan adamlar üçün olmazsa-olmazlardandır. Brendinq Sizin üçün maraqldıırsa və Siz hansısa böyük şirkətdə brend menecer işləmək istəyirsinizsə mütləq və mütləq Aakeri oxumalısınız.
  3. Пивная революцияAndrey Rukavişnikov. Çox maraqlı və sırf praktik marketinqdən yazılmış bir kitabdır. Kitabın rus müəllifi Andrey tərəfindən yazılması, xüsusi faydalılıq qatır. Bir vaxtlar Baltika şirkətin marketinq direktoru tərəfindən yazılmış kitab, pivə marketinqdən çox, ümumi marketinq haqdadır. Mütləq oxuyun, əminəm faydalı olacaq. Nəzərə alsaq ki, mən pivə həvəskarıyam, mənim üçün çox maraqlı oldu!)

Dəfələrlə oxuduğum həvəsləndirmə kiabları

  1. Жемчужины шахматного творчества – Turov tərəfindən yazılmış bu kitab, mənim uşaqlıq dövründən bu yana demək olar ki, hər ay əlimə götürdüyüm kitabdır desəm… məncə çox yalan danışmaram. Kitabda dünyanın dahi şahmatçılarının həyat yolları, şahmatda inkişaf etmələri aydın şəkildə nəql edilir. O vaxtlar hər dəfə yarışdan qayıdanda, evdə oturub hansısa bir dahi şahmatçının həyatını oxuyurdum. Bu məni işləməyə motivasiya edirdi.
  2. Platform – Michael Hyatt kimi məhşur bloqer tərəfindən yazılmış kitab, oxuduğunuz bu bloqun əsas ilham qaynağı olub. Müəllifin bloqu ilə paralel olaraq kitabı ilə təxminən 5 ildir tanışam. Dəfələrlə oxumuşam və hər dəfə oxuyuram. Bloq yazmağa həvəsim olmayanda, ürəyim darıxanda, Sizinlə nə danışacağımı (bloqda) bilmıəyəndə bu kitabı əlimə alıb oxuyuram. Çox öyrədicidir. Superdir!
  3. 100 великих бизнесменов мира – kitabıda mənə çox böyük həvəs verən kitablardandır. Burada dünyanın 100 ən güclü biznesmeninin həyat yolları izah edilir. Hər dəfə nesə olanda bu kitabı əlimı alıb oxuyuram və stresim həmən keçir. Yoxlayın və bu kitabda özünüz üçün çoxlu yaxşılıqlar tapacaqsınız.

Əziz oxucu, oxumaq çox faydalı və lazımlıdır. Özünüzdə sınayın, oxuyun və effekti görəcəksiniz. Oxumaq demişkən, məni motivasiya edən mahnılarında siyahısı var… AMMA bunu saxlayaq gələn dəfələrə, yaxşı!?)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. […] ömrümdə video-bloq çəkməmişəm) Qızım sən belə bloqlar çəkə bilərsən… “Ən sevdiyim 5 kitab, ən sevdiyim 5 nağıl, ən sevdiyim 5 şəhər və s.” Həqiqətəndə məndə bloq üçün […]

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close