image_pdfimage_print

Əminəm ki, Sizlərdə gün ərzində minimum 3-5 dəfə “görəsən filan şey filan deyil və ya görəsən filan şey filan cür olmalı deyil… ” tərzində sözlərdən istifadə edirsiniz. Bu yazıda əslində hərəsi böyük bir bloq post ola biləcək bəzi gördüklərim barədə “görəsən” məntiqi ilə fikirlərimi paylaşmaq istəyirəm. Maraqlıdır, mütləq oxuyun!)

İlk əvvəl qeyd edim ki, mən Twitterdə qısa statuslar yazmaqdan çox həzz alıram. Sizdə oxuyun, bir növ orda bloqumuzun qısaldılmış 140 simvolluk versiyası olur. Twitter üçün burada görəşə bilərik. Beləliklə başlayaq!

Tbilsi hava limanında pasport qeydiyyatından keçəndə gözlənilmədən, gürcü sərhədçisi mənə çaxır verdi. O anda düşündüm ki, “yazıqlarrr, artıq passport qeydiyyatında belə satış etmək istəyirlər” AMMA və LAKİN. Mən səhv düşünürdüm, Gürcü sərhədçi mənə “Это подарооок” dedi. Həm sevindim, həmdə pis oldum. Çünki bu hədiyyəni hamı götürürdü və mənim ürəyim ağrıdı ki, gör Gürcülər bizdən nə qədər önə gedib.

#Görəsən , bizim AZAL hava limanında boş-boş flaş-mob edib, nəyisə kiməsə təbliğ edincə, Bakı hava limanına düşən hər bir xarici ölkə vətandaşına Üzeyir Hacibəyovun (oxu Rəşid Bəhbudov, Şövkət Ələkbərova, Akif İslamzadə…) musiqi diskini niyə hədiyyə etmir?! Diskin üstündə AZAL-ın reklamıda ola bilər… təki olsun, təki bizim milli brendimiz olacaq AZAL, adında Azərbaycan sözü olan şirkət işləsin.

Bakıxanov küçəsində gedib, Zooparkın yanında sağa dönmək üçün bir yer var. Fikir verin, (100% fikir vermisiz əlbəttə) orda günün-gunorta çağı və hər gün minimum 2 ədəd DYP maşını olur. 2 maşın çox az olur, amma əslində 3-4 maşında olur. Daha dəhşətlisi 5-8 nəfər arası polis əməkdaşı gözünü qırpmadan, Qurban olduğumuza yalvarır ki, “kaş ki, “naruşeniya” etsin”. Eyni hal şəhərimizin digər yerlərindədə var. Bir növ elə təsəvvür yaranır ki, Polis cinayətin olmasında maraqlıdır. Diqqət edin, olmasında, olmamasında deyil!)

#Görəsən , bizim DYP-nin rəhbərləri bunu görmür!? Və ya görməzlikdən gəlir, bəlkə görmək əl vermir!? Amma vətəndaş buna görə çoxlu cərimə “verir” və nəticədə polis-xalq arasında ucurum yaranır.

Sahibkarlıqda süni qiymət artımından söhbət gedir, o bizneslər ki, qiymətlərini qaldırıb təziqlərlə üz-üzə gəlirlər. Hətta belə bir fikir formalaşır ki, sahibkar qiymət qaldırırsa deməli vətəninə xəyanət edir. Bəzən düşünülür ki, əgər sahibkar nəyisə köhnə qiymətlərlə alıbsa, onu mütləq köhnə qiymətlə satmalıdır və s.

#Görəsən bizim iqtisadçılarımız başa düşmür ki, bazar iqtisadiyyatında “süni” heçnə ola bilməz. Sünilik planlı iqtisadiyyatın termidir. Bazar iqtisadiyyatında hər şeyi bazar və ya Adam Smit sözləri ilə desək “görünməz əllər” tənzimləməlidir. Qeyri-biznes strutkrurların rolu ölkədə qanunu baza yaratmaq və sahibkarlığı fiskal siyasətlə tənziləmək olmalıdır.

Bəzən keçmiş sovet ölkələrində əsasənda Azərbaycanımızda biznes qurulduğu zaman böyük investitsiyalar qoyulduğunun şahidi oluruq. Daha doğrusu, metafora ilə desək, “Volkswagen yüksək maşın kimi sürüldüyü yerdə, Ferrari alınır” bir növ lüzümsüz investitsiyalar qoyulurdu. Hətta yarı-zarafat, yarə gerçək kimi desək, qurulan fabriklər hava limanına oxşayırdı, səliqədə. Təbii ki, bu bizneslər rentabelli ola bilməzdi, çünki sıfırdan qurulmayan bizneslərdə çoxlu ifratçılıq olur. Bir növ pullar havaya qoyulurdu.

#Görəsən bunu edənlər bilmir ki, “fili” yaratmaq üçün əvvələ qarışqanı öyrənmək lazımdır? Yalnız balacadan böyüyə doğru gedən bizneslər inkişaf edə bilir, qətiyyən əksinə deyil.

Əziz oxucu, bu məsələni çooox uzatmaq olar, amma əsas məntiq sadədir – ölkəmizdə düzəldiləsi çox şey var. Biz mütləq və mütləq müsbət məsələr barədə yazmalıyıq, biz mütləq müsbətləri görüb onların üzərinə aksent etməliyik. Yalnız müsbəti gördüyümüz zaman, inkişaf olur. Amma kaş ki, ölkəmizdə düzgün və sistemli bazar mühiti tez formalaşsın və sahibkarlar öz imkanlarını daha tez reallaşdıra bilsin.

Əmin olun, biz həqiqətəndə güclü millətik. Bizim həqiqətəndə güclü ticari zəkası olan adamlarımız var. Birdə əmin olun, hər bir zülmət gecədən sonra, mütləq və mütləq işıqlı sabah olur. Sadəcə bəzən zülmət gecəni işıqlandırmaqdada fayda var.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close