image_pdfimage_print

Ali məktəbdə işləmək, böyük vaxt və enerji itkisidir desək heç yanılmarıq. Buna baxmayaraq artıq üçüncü ildir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin MBA proqramı üzrə dərslərində mühazirələr deyirəm. Əlbəttə, bunu özüm üçün bir borc kimi hesab edirəm. Bizim həyatdan qazandıqlarımızın hər birinin təməlində marketinq bilikləri durur və əlbəttə, mən İlkin Manafov olaraq ölkədə marketinqin inkişafı üçün çalışmağa borcluyam. Borcluyam demişkən istəyirəm bu yazıda İqtisad Universitetində dərs demə səbəblərimi Sizlərə açıqlayım.

İlk əvvəl demək istəyirəm, məhz bu semestrdən biz Marketinq AİR konsepsiyasının təsisçiləri olaraq hər üçümüz: Anar Bayramov, Rafiq Vəliyev və mən MBA proqramı üzrə marketinq strateqiyası dərsini tədris edəcəyik. Bu superdir. Bu deməkdir ki, MBA əsl AİR havası olacaq!)

Biz hesab edirik ki, praktik biznes adamı və marketoloq olaraq mütləq və mütləq İqtisad Universitetində dərs deməliyik. Sizə açıq deyim, bügün İqtisad Universiteti (və ya digər biznes təməlli Ali məktəblərdə) real bizneslə akademik karyera arasında böyük boşluqlar hiss edilir. Ali məktəblərdə dərs deyən müəllimlər real biznes həyatından uzaqdır.

Düzdür ola bilsin, Ali məktəblərdə dərs deyənlər hansısa elmı ada malikdir, AMMA, biz bilirik ki, biznesdə – marketinqdə praktik tətbig olmadan heç bir elmi ad əhəmiyyətli deyil. Biz alimlik dissertasiyamızı hələ 4 il bundan əvvəl müdafiyə edəndədə, indidə əminliklə deyirik praktikasız PhD boş və lazımsız şeydir. Təkrar edirəm biznes sahəsində.

Bizim Ali məktəblərdə dediyimiz mühazilərin konsepsiyası digər müəllimlərin dərs demə metodundan çox fərqlənir. Demirəm yaxşıdır, amma bizim dərslərimizdə olan mühiti, ab-havanı heç bir digər lektorun dərsində görmək mümkün deyil. Əminəm ki, bunu bizim üç il ərzində dərs dediyimiz tələbə dostlarımız təsdiqləyər. Biz mühazilərdə öyrətmirik, biz sadəcə öz biliklərimizi paylaşırıq və marketinqə, biznesə həvəs yaradırıq. Yerdə qalanlar bizim dəyərli məzunlarımızdan asılıdır.

Bizim mühazilərdə mütləq qaydada tələbələr ən azı dərsin 3/1 qədər danışır. Ən azı!!! Əgər mövzu rəqabət strateqiyasıdırsa, biz onlara Porterin 5 gücü və əsas rəqabət strateqiyaları barədə məlumat veririk. Vəssəlam. Yerdə qalanlar dərs vaxtında tələbələrin müzakirələri, müstəqil fikir demələri üzərində qurulur. Bizim mühazilərdə yatmaq olmur, çünki tələbələr bir başa mühazirə deyir!)

Bu arada, 3 il ərzində Azərbaycan Dövlət İqtisad Universitetində dərs dediyim vaxtda bir dənədə olsun, mənfi tələbə ilə rastlaşmamışam. Kim deyirsə ki, İqtisad Universitetində tələbələr pisdir… əmin olun yalan deyir. Ümumiyyətlə pis tələbə olmur, pis müəllim olur. Tələbəni həvəsləndirmək, dərs oxumaq üçün motivasiya etmək, ona düzgün yol göstərmək, tədris etdiyi fənnin faydasını başa salmaq… biz müəllimlərin əsas funksiyasıdır. Bunu edə bilməyən müəllimin dərsində səsdə olacaq, hələ yeri gələndə xan-vəzirdə oynayacaqlar. Əmin edirəm, pis tələbə yoxdur. Tələbəyə pis deyən müəllim özündən bəri baxsın!

İstər Rafiq müəllim, istər Anar Bayramov, istərsədə mən marketinq fənnini tədris edilməsinə son dərəcə ciddi əhəmiyyət veririk. Bu semestrə özəl olaraq MBA üçün 5 Azərbaycan şirkətindən keyslər hazırlamışıq. Bu keyslər üzərində sözün həqiqi mənasında “baş sındırmışıq”. Hər dəfə işdən sonra, dostlarımız görüşür və yerli brendlərimizi təhlil edərək, dəyərli MBA məzunları üçün milli keyslər formalaşdırmışıq. Əmin edirəm, super dəsrlərimiz olacaq…

… marketinqdən qazandıqlarımızı geri olaraq marketinqə qaytarırır. İstər Milli Marketinq Forumu, istər Facemark (TV. və Az.), istər Marketinq Azərbaycan Qrupunda etdiyimiz aktivliklərimiz, istərsədə bütün bunların təməl nöqtəsi olan Marketinq AİR-də əsas məqsəd ölkəmizdə marketinq, biznes mühitini dahada təkmilləşdirməkdir.

İqtisad Universitetində dərs deyərək biz daha çox kütləyə xitab etmiş oluruq və daha çox gəncə marketinqin təməl prinsiplərini təşviq etmiş oluruq, bəlkədə kimlərəsə nələrisə öyrənməkdə kömək edirik. Biz bildiyimiz marketinq biliklərini Səninlə paylaşmaqdan qurur duyuruq. MBA mütləq görüşərik!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close