image_pdfimage_print

Artıq 8-ci dəfə biz Marketinq AİR çərçivəsində dostlarımıza əldə etdiyimiz biznes biliklərimizi paylaşırıq (öyrətmirik, paylaşırıq). Bu dəfə olacaq Marketinq AİR tam fərqli prizmada olacaq, çünki bügün istər ölkə iqtisadiyyatında olan yeniliklər, istər Azərbaycan istehlakçısının marketinqə, biznesə olan baxış bucağı, istərsədə yerli biznesmenin düşünmə tərzi fərqlənmişdir. Məhz buna görə Marketinq AİR8, bizim bügünə qədər etdiyimiz AİR-dən tam fərqlənir. İcazə versəniz bu yazıda Sizinlə danışacağım mövzular barədə məlumat verərdim.

Qeyd etmək istəyirəm ki, təlimlərimiz 2 ay olmaqla mart ayından start götürür. Hər dəfə olduğu kimi, mart ayındada Marketinq AİR Demirçi Plazada olacaq. İş günləri, işdən sonra. Saat 19:00-da. Ətraflı məlumat və qeydiyyat üçün linkə daxil olun.

Beləliklə bu dəfə olacaq AİR-də mövzular tam fərqli olmaqla yanaşı bügünün real Azərbaycan mühitini təsvir edəcək. Mən Marketinq AİR çərçivəsində öz biliklərimi 5 mövzu olaraq paylaşacam.

Mövzu #1 – Biznesdən brendə gedən yol (Brend necə yaratmaq olar?). Bu mövzu çərçivəsində biz dəyərli dinləyicilərimizə Azərbaycan şəraitində güclü brendlər qurmaq üçün nələri etməyin vacib olduğunu qeyd edəcəyik. Böhran dövründə yaranmış və ya inkişaf etmiş bizneslərin brendləşmə ehtimalı, brend olma yolları daha rahat ola bilər. Bu mövzu çərçivəsində biz beynalxalq təcrübəni təhlil edəcəyik (Almaniyada 2008-2009-cu illərin maliyyə böhranında inkişaf etmiş kiçik və orta biznesləri, Fransız şirkətlərinin anti-böhran strateqiyasını, Rus şirkətlərində hal-hazırda olan vəziyyət edilənləri və s.) və müqayisələr apararaq yerli şirkətlərin böhranda brend qurma imkanlarını açıqlayacağıq. 2008-2009-cu illərdə Embawood etdiyiklərimiz barədədə Sizə məlumat verəcəm. Əminəm ki, paylaşdıqlarım anti-böhran addımları olaraq kifayət qədər effektiv ola bilər. (bu mövzuda Steinbeis Universiteti tərəfindən bizə tövsiyyə edilən kollektiv praktik komanda tapşırıqları veriləcək)

Mövzu #2 – Brend identifikasiya strateji brendinq. Çox zaman brend barədə söhbət etdikdə biz qablaşdırma, loqo, sloqan, məhsul, satış kanalları və s. kimi məsələlərdən söhbət edirik. Amma unutmaq olmaz ki, istənilən güclü brendi xatırladıqda yaddaşlarda bir mənalı və vahid identifikasiyalar olur. Volvo – təhkəsizlik, Pantane – gözəllik, Red Bull – aktivlik, Paris – sevgi, Venetsiya – romantika və s. Bəs Sizcə bunun üçün nələri etmək vacibdir?! Biz hesab edirik ki, məhz düzgün təşkil edilmiş brend identifikasiya nəticəsində müştəri beyinlərində vahid obrazlar formalaşdırmaq mümkündür. Hələ 360 dərəcədə brendinq kitabında biz brendin əsas atributu kimi, vizual və emosional brend identifikatorların əhəmiyyətindən ətraflı söhbət etmişik. Marketinq AİR çərçivəsində biz bu istiqamətdə olan son brend trendlər barədə söhbət açacaq, Azərbaycan reallıqlarında brend mövqeylən barədə bildiklərimi paylaşaceyik. Maraqlı olacaq!

Mövzu #3 – Brendinqdə 6-cı hissiyat. Əlbəttə, brend idarəetmədə kommunikasiyaların əhəmiyyəti çox vacibdir. Brnedin sahib olduğu müştəri dəyərlərini mütləq qaydada çatdırmaq lazımdır. Amma məsələ burasındadır ki, artıq ənənəvi brend kommunikasiyalar işləmir, onların yerinə yeni nəsil kommunikasiya metodları gəlir. Müştəri informasiyanı yalnız qəbul etmək istəmir – o informasiyanı yaratmaq istəmir, müştəri brendi istehlak etmək istəmir – brendin istehsal prosesində iştirak etmək istəyir, müştəri brendin onunla sadəcə danışması istəmir – müştəri brendlə diql0qda olmaq istəyir. Bir sözlə brendinqdə 6-cı hissiyat dövrü başlayır, brendinqdə yeni kommunikasiya erası başlayır. Bu erada sosial şəbəkələrdən tutmuş TV reklamlara qədər, hər şey öz formasını dəyişir. Müştəri xidmətlərin rolu, satış prosesində müştərilər olan münasibətlər öz formasını dəyişir. Müştərilər yalnız ehtiyaclarını deyil, ehtiyyaclarından artıq dəyərlər barədə düşünür. Standart xidmət deyil, unikallaşmış xidmətlər tələb edilir və s. Biz Marketinq AİR çərçivəsində Sizinlə bu istiqamətdə söhbət edəcək və yerli şirkətlərdə tətbiq etmək üçün ev tapşırığından istifadə edəcəyik.

Mövzu #4 – Pərakəndə sektorunda brendinq. Əgər daha əvvəl biz brendinq dedik də ümumi müddəalardan danışırdıqsa, bu dəfə məsələ daha konkret qoyulur. Biz yalnız Azərbaycanda deyil, bütün dünyada brendinq anlayışının ən lazımlı sahəsi pərakəndəçilik barədə söhbət edəcəyik. Daha doğrusu ölkəmizdə pərakəndə brendləri qurmaq üçün nələr etmək lazımdır suallına hamılıqla cavab verəcəyik. Biz Sizinlə bu istiqamətdə çoxlu müzakirələr aparmaqla yanaşı, xarici pərakəndəçi brendlərlə yerli brendlərin müqayisəli təhlillərini aparaceyik. Həmçinin mütləq Sizə maraqlı şirkətlərinin xarici analoqları ilə bençmarkinqini edərik. Əminəm super faydalı olacaq. Belə getsə Marketinq AİR-ə bu dəfə məndə qatılacam!))

Mövzu #5 – Böhranlı şəraitdə hansı biznes istiqamətlər maraqlıdır (şəxsi biznes qurmaq üçün tövsiyyələr). Bax bu təlim sayca sonuncu olsada əminəm əhəmiyyətlilik cəhətdən heçdə digərlərindən geri qalmır (yumşaq desək). Muasir dövrdə çox saylı dostlarımız hansı istiqmaətdə biznes qurulması barədə suallar verirlər. Bu sualların cavabı kimi, biz şəxsi təcrübəmizə əsaslanaraq TOP5 biznes sahəni Marketinq AİR çətçivəsində təqdim edəcəyik. Əminəm faydalı olacaq, çünki bu beş sahə demək olar ki, əsaslandırılmış biznes modellərlə veriləcək. Qalır sadəcə bunun icrası. Başqa sözlə desək Marketinq AİR çərçivəsində biz böhranda hansı istiqamətlərə yönəlməyin vacib olduğunu paylaşaceyik. Şəxsi biznes düşünən, korporativ karyeranı, biznes karyeraya dəyişmək istəyən dostlarımız üçün çox maraqlı olacaq.

Əziz oxucu, Sizə əminliklə deyirəm ki, Marketinq AİR 8 çox maraqlı olacaq, çünki bu dəfə həm çox hörmətli Anar və Rafiq müəllimlər, həmdə mən sözün həqiqi mənasında AİR-də tam yeni istiqamətləri ortaya çıxarmaq istəyirik. Biz Marketinq AİR-ən həzz alırıq və məhz buna görə təlimlərimiz çox həvəslə yanaşırıq. Əminəm yaxın günlərdə digər 2 müəllim dostlarımız öz “platformalarını” açıqlayacaqlar!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close