Monthly Archives Fevral 2016

Əziz oxucu, çox zaman məndən “hal-hazırda hansı sahədə biznes qurmaq olar?” və ya “biznesi nədən başlasam yaxşı olar?” tərzində suallar verirlər. Daha əvvəl bizim bloqda heç vaxt, prinsipial olaraq biznes-ideya verilməyib (bunun bir neçə obyektiv səbəbləri var), amma buna baxmayaraq bu yazıda bir neçə ideya verməyə çalışacam. Mən hesab edirəm ki, yeni iş quran adamlar üçün ən ideal platforma yalnız və yalnız internet ola bilər. Buna görə deyəcəm işlər internet üzərindən olacaq.

Əminəm ki, Sizlərdə gün ərzində minimum 3-5 dəfə “görəsən filan şey filan deyil və ya görəsən filan şey filan cür olmalı deyil… ” tərzində sözlərdən istifadə edirsiniz. Bu yazıda əslində hərəsi böyük bir bloq post ola biləcək bəzi gördüklərim barədə “görəsən” məntiqi ilə fikirlərimi paylaşmaq istəyirəm. Maraqlıdır, mütləq oxuyun!)

Deyirəm insan həyatı necə tez keçir, vaxt necə məhduddur və ya biz necə özümüzü qıraqdan görə bilmirik!? Bu bloq postla mən bloqumuzda artıq 800-cü yazını yazıram. Təsəvvür edirsiniz? Mən bu bloqda 1-ci, ikinci və ya 100-cü yazını necə yazdığımı xatırlayıram. İstəyirəm çıxardığım bəzi nəticələr barədə fikirlərimi Sizinlə bölüşüm.

Artıq 8-ci dəfə biz Marketinq AİR çərçivəsində dostlarımıza əldə etdiyimiz biznes biliklərimizi paylaşırıq (öyrətmirik, paylaşırıq). Bu dəfə olacaq Marketinq AİR tam fərqli prizmada olacaq, çünki bügün istər ölkə iqtisadiyyatında olan yeniliklər, istər Azərbaycan istehlakçısının marketinqə, biznesə olan baxış bucağı, istərsədə yerli biznesmenin düşünmə tərzi fərqlənmişdir. Məhz buna görə Marketinq AİR8, bizim bügünə qədər etdiyimiz AİR-dən tam fərqlənir. İcazə versəniz bu yazıda Sizinlə danışacağım mövzular barədə məlumat verərdim.

12
Close