image_pdfimage_print

Bügünlərdə Təhsil Nazirimizin “məhşur” bəyanatından sonra (test üsülü barədə) bir anlığına ölkəmizdə olan bir neçə məsələyə diqqət yetirdim. Əziz oxucu, bilirsiz nəyin şahidi oldum?! Gördüm ki, ölkəmizdə olan biznes mühitini, elmi-akademik istiqamətləri, dördüncü hakimiyyəti… ümumiyyətlə ölkəmizdə olan bütün istiqamətləri bir böyük və mənfi dəyər birləşdirir – biz kütləvi şəkildə “sabun köpüyünü” sevirik. Özünüz diqqət edin…

Cəmiyyətin bütün sahələrində kütləvi şəkildə özünü göstərmək, nəyisə ətraf mühitin reaksiyalarına görə etmək və ya real deyil maskalı hərəkətlər hiss edilir. Əlbəttə bu özündə çoxlu fəsadlar yaradır. Biz bu haqda TEDx çıxışımızda danışaraq bunu Brendizm əsri adlandırmışdıq.

“Sabun köpüyünü” bir neçə misalla, muasir Azərbaycanımızın reallıqlarına uyğun olaraq Sizə ifadə etmək istəyirəm. Diqqət edin, mən düzgün deyirəm?

Sabun köpüyü – biznesdə. Biznes insan fəaliyyətinin ən real təcəssümüdür məncə. Bizneslə məşğul olan insanlar son dərəcə realist və düzgün düşünmə qabiliyyətinə malik olurlar. Bu adamlar rasional olurlar. Bəs Azərbaycan biznesində sabun köpüyü necə hiss edilir?

  • Beynalxalq bankın verdiyi kreditlərlə “qurulan” bizneslər. Bu bizneslər bir vaxt ölkəmizdə hamı tərəfindən gürür mənbəyi kimi xatırlanırdı. Elementar olaraq Port Baku-da olan indi açılmış Bazaar düz 2 il arenda pulu ödəyirdi və mağaza açılmırdı (!). Təsəvvür edirsiniz, bu nə deməkdir?! Səbəb çox sadə idi, biznes sadəcə sabun köpüyü idi. Eyni şey Avesta Holdingədə aiddir və s.
  • Məmurlar tərəfindən kurasiya edilən şirkətlər (holdinglər). Bilmirəm belə şirkətləri yaxından tanıyırsız ya yox, amma bir dənədə bilirəm ki, belə şirkətlərdə iş təcrübəsi insana tam olaraq qeyri-biznes düşüncəsi formalaşdırır. Məmur biznesi dünyüda qəbul edilmiş iqtisadi prinsiplərlə Azərbaycanda işləmir. Biznesin əsas düsturu (gəlir – xərc = mənfəət) bu şirkətlərdə işləmir. Bizneslər hansısa başqa “sabun köpüyü” olan hədəflərə görə çalışır.
  • Bank sektoru. Ölkəmizdə bank sektorunda verilən kreditləri təhlil edin, hamısı son dərəcə bərbad təhlil üsulu veriliblər. Yeganə kriteriya kimi zəmanət kimi, girov kimi götürülən əmlaklar olub və təbii ki, devalvasiyadan, iqtisadi böhran başlayan kimi ölkədə bank sektoru məhv oldu və s.
  • Dövlətin kənd təsərrüfanına dəstəyir. Əlbəttə, bu haqda yazılacaq şeylər çox azdır. Vəziyyət bir sözlə üç hərflidir… İllər boyu subsidiyalaşdırılan sektor, vergidən azad sektor, ucuz kredit verilən sektor və”…” vəziyyət! Amma danışanda “sabun köpüyü” hiss edilir.

Sabun köpüyü – adət-ənənələrimizdə. Məni tanıyanlar bilir, son dərəcə konservativ və adət-ənələrimizə çox sadiqəm. Amma baxmayaq… inanın ki, bizim adətlərində bəziləri tam olaraq sabun köpüyüdür. Birlikdə baxaq…

  • Toylarımız. Bu haqda ayrıca bloq yazmışdım, bir daha yadınıza salım, bizdə hər şey şişirtmə olur. Masanın üzərində olan yeməklərdən tutmuş, gəlin maşınına qədər. Niyə məsələn, bəy öz avtomobilində deyil, məhz bahalı maşında gəlini gətirməlidir?! Çünki, sabun köpüyü lazımdır!)
  • Yas mərasimi. Allah heç kimə göstərməsin, amma əlbəttə, ölüm – haqdır. Bizdə yas yeri olanda rəhmətliyin qoyumları əməlli-başlı ciddi işlər düşüncəsində olurlar. Necə!? Çox sadə, biz mərasim üçün lazım olanları axtarırıq. Biz qəbir üçün bahalı baş daşları hazırladırıq… səbəb çox sadədir, biz “sabun köpüyü” təklif edirik.
  • Övladlarımızın ad günləri… və s. Mən çox bu haqda yazmaq istəmirəm, amma əminəm ki, özünüz dediklərimi rahat hiss edə bilirsiniz. Düzdür?)

Sabun köpüyü – təhsil-səhiyyə-jurnalistika sistemində. Mən bir neçə misal çəkəcəm bu haqda, amma əvvəlcə deməliyəm ki, təhsil – cəmiyyətin aynasıdır. Cəmiyyət olan bütün proseslər öz təzahürünü təhsil sistemində tapır.

  • Azərbaycan Ali məktəblərində təhsil alan tələbələr, dərs deyən müəllimlər məncə fikirlərimi təsdiqləyər. Edilən yeniliklərin bir çoxu savadlanmaq və savad vermək üçün deyil. Təsəvvür edin, tələbə dərs oxuyur (imtahana yaxın) qiymət alsın, müəllim isə… müəllimlərində bir çoxunun necə dərs dediyini Sizdə bilirsiz. Hələ Sizə mən bizdə alim olmaq üçün olan prosedurlardan danışmıram… elmlə məşğul olmamaq üçün, gənc alimlərin sayının az olması üçün hər şey edilir.
  • Həkimlər, az-qalırlar xəstə ilə “top-top” oynasınlar. Ümumiyyətlə Sizə deyim, Azərbaycanda ən bərbad strukturlardan biri, məncə birincisi səhiyyə sistemidir. Bizdə həkimlərə sözün həqiqi mənasında inam yoxdur.
  • KİV vəziyyəti əlbəttə, ölkəmizdə “sabun köpüyünü” ən rahat göstərmə vasitəsidir. Xəbərlərin başlıqları, içərisində olan təhlilsiz yazılar və ümumi olaraq səhv konsept Azərbaycanda jurnalistika sənətinin ciddi olaraq sabun köpüyü ilə işləməsini göstərir.

Əziz oxucu, bu köpüyün azalmasının yeganə yolu, əməlli iş ortaya qoymaqdır. Əlbəttə, ölkəmizdə istənilən sahədə bu kööükləri maksimum azaldan insanlar, təşkilatlar, bizneslər var. Biz hər zaman onlar kimi olmalıyıq. Biz daha çox işləməli, öz əməllərimizlə sabun köpüyünün yerinə real iş qoymalıyıq. Əmin olun, onda hər şey daha yaxşı olacaq.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close