image_pdfimage_print

Bügün yolda gedə-gedə bir məsələ barədə fikirlərimi tam qətiləşdirdim. Sevgi dünyada olan ən böyük motivasiya elementidir. Sevgi, sevgi və bir daha sevgi. Başqa heç bir hiss, başqa heç bir dəyər insanı bu qədər motivasiya edə bilməz. Nəsə etmək istəyirsinizsə, ilk əvvəl sevin! Böyük uğurlar yalnız sevgidən sonra başlaya bilər. Bilirsiz niyə, sevmək vacibdir?!

İlk əvvəl bütün dəyərli oxucularımızı, yəni Səni, sevgililər günü münasibəti ilə təbrik edirəm! Ay bu bizim bayram deyil, ay kristianlar belə getdi, müsəlmanlar belə gəldi… bilmirəm. Bir dənə bilirəm, əgər Sevgi kimi ülvi bir hissi bəyan etmək üçün imkan varsa, bunu mütləq qeyd etmək lazımdır.

Mən məktəbdə oxuyanda adını xatırlamadığım, amma simasına vurğun olduğum bir riyaziyyət müəlliməsi var idi. Beşinci sinifdə oxuyurdum, Yevlaxda (bilirsiz mən, Azərbaycanın corafi mərkəzi olan Yevlaxda anadan olmuşam) dəmir yolu məktəbində. Həndəsə dərsində taxtaya çıxıb uçbucağın duz olmasının birinci, ikinci, üçüncü… teoremlərini o qədər gözəl izah edirdim ki, az qalırdım özümdə inanam ki, teorem doğrudur!)) 7-ci sinifdə qeometriyanı əzbər bilirdim. Bu arada nəzərə alsaq ki, mən uşaq vaxtı şahmatla çox aktiv məşğul olurdum və dərsə getməyə vaxtım olmurdu bu çox böyük nailiyyət idi. Bəs Sizcə niyə mən qeometriyanı belə yaxşı bilirdim (indi bilməyim!))?

Çünki mən, bu fənni tədris edən müəlliməyə vurulmuşdum, onu sevirdim. Sevgi məni motivasiya edirdi. Sevgi məni işləməyə vadar edirdi, sevgiyə görə hətta şahmat yarışları arasında Yevlaxda olan kimi, qeometriya dərsinə gedirdim.

Orta məktəbdə oxuyanda, bildiyim heç bir xarici dil yox idi (rus dilini xarici dili kimi hesab etmirəm). Bir dəfə ailəmizlə Şəkidə “Gələrsən – Görəsən” qalasında olan pansionatda istirahətə getmişdik. Orda bir çooox gözəl xanımla tanış oldum (indi olmasın). Xanımın adı təbii ki, əlbəttə ki, yadımda deyil (это было давно и неправдооой). Naməlum xanım, məni alman və ingilis dili öyrənməyə çox güclü motivasiya etdi. Sağ olsun. Bundan sonra DAAD spitenpiyada uda bildik!)

Rayonda ilk mağazanı açanda Bakıda işləyirdim və “qlamur” mühitə inteqrasiya edirdim. Əmək haqqımda yaxşı idi. Həmdə Sumqayıtda mağazam var idi. Bir sözlə pula ehtiyyac bir o qədər yox idi (yalan deyirəm, pula ehtiyyac hər zaman olur, amma rayonda iş qurmağa dəyməzdi). Rayonda iş qurmaq məni çox yoracaqdı. Buna baxmayaraq biz Yevlaxda ilk mağazamızı açdıq (bügün Qurban olduğumuza min şükür). Səbəb bilirsiz nə idi? Niyə biz Yevlaxda mağaza açırdıq?

Çünki mən valideynlərimi çox sevirdim. Onlarla daha çox vaxt keçirməyin ən sadə yolu, onlar yaşadığı yerdə işin olması idi. Cavan adamı rayona çəkən başqa nə ola bilər!? Valideynlərimə və Yevlaxa olan sevgi bügündə məni daha çox işləməyə motivasiya edir.

Embawood işə təzə düzəldiyim vaxtlar marketinq anlayışını yalnız və yalnız kitablardan öyrənmişdim. Marketinq barədə, Nəzəri biliklərim var idi və bu biliklərin çoxu mənə xeyrdən çox ziyan edirdi. Almaniyada aldığım biliklər ümumi kontur xarakterili idi və mənə hava-su kimi praktik, azərbaycansayağı marketinq bilikləri lazım edi. Həyat yoldaşımı çox sevirdim və əlbəttə ki, ailə həyatı qurmalı edik. Pulumuz çox az idi təcili yaxşı işləyib yüksək əmək haqqı almaq lazım idi. Həyat yoldaşıma olan sevgi daha çox işləməyə marketinq, mebel sənayesi barədə praktik biliklərin toplanılmasında məni motivasiya edirdi. Sağ olsun, daha sonra bu motivasiya qayanağı qızımdandanda gəlməyə başladı.

Həyat yoldaşım, qızım və oğluma qarşı olan sevgi bügündə məni motivasiya edir. Onlara görə daha çox oxuyuram, onlara görə daha çox işləyirəm, onlara görə daha qazanmaq üçün aktivliklər edirəm və s.

Bloqumuzla əlaqəli gün ərzində minimum 3 məktub alıram. Çox sağ olun. Bizim bloqu çox sevdiklərini yazırlar, deyirsiniz ki, (Sizin yalançınızam!)) bu bloq Sizə faydalıdır. Bu dedikləriniz məni motivasiya edir. Çünki mən faydalı olmağı sevirəm. Faydalı olmağa olan sevgi məni daha çox yazmağa, araşdırmalar etməyə sövq edir.

Marketinq AİR!!! Biz marketinqi çox sevirik. Məhz marketinqə və ölkə iqtisadiyyatına olan sevgi bizim ölkəmizdə marketinqin inkişafı üçün silsilə addımların atılmasına sövq etdi. Marketinq AİR (8-ci dəfə), Milli Marketinq Forumu (4-cü dəfə), Facemark (5-ci il), bir ildə 3 marketinq kitabı (hər üçün satış rekordları qırır). 10larla… marketinq istiqmaətində tədbirlər. Səbəb?! Səbəb marketinqə olan sevgi.

Əziz oxucu, sevin, ürəkdən sevin, möhkəm sevin. Bu hər tərəfli yaxşıdır. Mən sevginin insan orqanizminə, hisslərinə, ömrünə olan müsbət amillər barədə danışsam, qorxuram bloqumuzun auditoriyası dəyişə… amma yadıma düşür ki, bizim bloq biznes bloqdur. Biznesdə belə, böhrandan çıxmaq üçün belə, sevin. Mütləq sevin!)

Sevdiyim bütün insanlara bir daha səslənirəm, sağ olun ki, varsınız, sağ olun ki, Sizi Sevirəm!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close