image_pdfimage_print

…artıq ikinci dəfədir biz, ana dilimizdə ilk brendinq kitabı olan 360 dərəcədə brendinq dərc edilmişdir. Birinci nəşrimizi biz “Elm Təhsil” nəşriyyatında dərc etdirsəkdə, ikinci nəşrimizi dostumuz Rasim Qaraca tərəfindən Alatoran nəşriyyatında dərc etdirildi. Bügündən etibarən kitabımız, Azərbaycanda olan aparıcı kitab evlərində Ali&Nino və digərlərində satışdadır.

Çox sevindirici haldır ki, kitabıməza uzunmüddət bir defisit yaranmışdı. Demək olar ki, əksər kitab evləri, mütamadi olaraq bizə zəng edir, 360 dərəcədə brendinq kitabını istəyirdilər. Nəhayət ki, biz kitabımızda olan səhvləri aradan qaldırıb kitabı ikinci nəşrə verə bildik. Birinci nəşrimizdə miqdar cəmi 500 ədəd olsada, ikinci nəşrimizə daha optimal yanaşıb 1000 ədəd sifariş verdik.

Tanış olamayanlar üçün deməliyəm ki, 360 dərəcədə brendinq kitabı Azərbaycanda brend qurmaq yolları barədə müəllifin təcrübəsindən olanların paylaşılması prosesidir. Biz bu kitabda öz şəxsi marketinq təcrübəmizdə, qurduğumuz brendlərin, konsultatsiya verdiyimiz şirkətlərin praktikasında yazdıq. Burada biz “havadan” “Sudan” və ya hansısa kitabdan köçürdüklərimizi deyil, sırf öz əlimizlə etdiklərimizdən yazdıq. Kitabda yazılanların hər biri müəllif tərəfindən praktikada yaşananlardır.

Bizim kitabda “su az, ət çoxdur”. Necə ki, biz bloqda Azərbaycan praktikası, brendinqə olan baxışlarımızı sərgiləyirik, eləcədə kitabımızda sadə praktikada olanlardan danışmışıq. Bəlkə elə buna görə kitabımız ilk çıxdığı vaxtdan bestsellər oldu!? Səmimiyyət bizim ən güclü silahımızdır. Biz 360 dərəcədə brendinq kitabındada dediklərimizdən istifadə etmişik. Bizim üçün çox vacibdir ki, kitabımıza pul verən olsun. Axı yaxşı kitab, oxunan kitabdır. Bizdədə yalnız pul verdiyimiz kitablara daha ürəklə oxuyuruq!)

Bizim ilk kitabımız çıxdıqdan sonra əslində Azərbaycanda biznes ədəbiyyatlar bazarında ciddi dəyişikliklər olun. Müsbət tərəfə. 360 dərəcədə brendinq kitabının əli yüngül emiş. Özünüz düşünün və 2015-2016-ci ildə dərc edilən ədəbiyyatlara diqqət edin:

  • Biznes nə istəyir – Anar Bayramov. Dostumuz Anar müəllim tərəfindən yazılmış kitab əslində biznesi sadə dillə öyrənmək üçün mükəmməl alətlər toplusudur desək, heç yanılmarıq! Bu kitabı mütləq oxuyun, super kitabdır.
  • Bügünün marketinqi – Rafiq Vəliyev. Məhşur Marketinq AİR təlimlərinin “R”sı, Rafiq müəllimin kitabı sözün əsl mənasında bügünün marketinqi açıqlayır. Oxunmalı kitabdır.
  • Saxlama zamanı, gələr zamanı – Fəxri Ağayev. Bu kitab həm təqdimat olaraq, həm ümumi yazılış tərzi olaraq çox oxunaqlıdır. Dostumuz Fəxri bu kitabla yalnız gənclər üçün deyil, həyat eşqi olan hər kəs gözəl iş görmüşdür.

Bəs 2016-c il?! Əminəm ki, bu ildə Azərbaycanımızda çox saylı maraqlı biznes kitablar olacaq. Bu kitablar bizi daha çox oxumağa sövq edəcək. Bilirsiz niyə ölkəmizdə kitab az oxunur!? Çünki, yaxşı biznes kitablar yazan müəlliflər azdır. Amma biz əminik ki, bu tendensiya pozuldu. Biz əminik ki, 360 dərəcədə brendinq kitabı ilə, bu tilsim daha çox qırılacaq.

Mən Cəbrayil Vəliyevin kitabını həsrətlə gözləyirəm. Əminəm ki, dostumuz çox oxunaqlı və sistemli bir kitab yazacaq. Bizdə baxıb sevinəcəyik. Həmçinin digər potensial yazar dostlarımızdan kitablarını gözləyirik. Yazın. Yazın ki, biz daha çox oxuyaq!

Sonda deyim ki, bir müəllif olaraq Azərbaycanda çox satılan biznes kitabın müəllifi olmaq super hissdir!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close