image_pdfimage_print

Aclıq insan üçün ən mükəmməl motivasiya elementidir. Bəli-bəli. Yalnız ac adamlardan həqiqi uğur, yorulmaz əmək və ya gələcəyə inamlı baxış görmək olar. İnanmırsız? Vaxtınız varsa oxuyun, 100% mənimlə razılaşacaqsınız.

Maslou deyirdi ki, insanların ehtiyyacları sonsuz olmaqla yanaşı, müxtəlifdir. O vaxtlar rəhmətlik Maslou müəllim, bizə insan ehtiyyaclarının 5 mərhələsini göstərirdi və hesab edirdiyi ki, bu mərhələlərin hər biri bizi hərəkətə motivasiya edə bilər. Əlbəttə, Maslou burada çox haqlı idi. AMMA və LAKİN. Burada bir məsələyə diqqət etmək vacibdir – insanın ehtiyyacları piramidasının istənilən həlqəsində olmasından asılı olmayaraq nəyisə etməyə sövq edən yeganə hissiyat aclıqdır. Aclıq nədir və ya nəyə olan aclıq deyə sual verə bilərsiniz, düzdür?

İnsan ehtiyyacları müftəlif olduğu üçün, aclığında növü müxtəlif olur. Biz hesab edirik ki, insanlar 3 cür ac ola bilərlər:

  1. Fiziki ehtiyyaclara olan aclıq. İnsanlar yemək, su, yatmaq və seksə “ac” olurlar. Məhz bu aclıq bizi hansısa addımlar atmağa sövq edir;
  2. Uğurmaq qazanmağa olan aclıq. Burada söhbət insanların uğur qazanması üçün çalışmasından gedir. Biz hansısa bir işi görüb hamı tərəfindən qəbul edilməmizə ac oluruq. İstəyirik ki, gördüyümüz işdən insanlar danışsın.
  3. Dostluğa, sevgiyə olan aclıq. Dostluq və ya sevgi münasibətləri olmayanda insan sözün əsl mənasında ac olur. Buna mənəvi aclıqda demək olar, məncə. Hesab edirəm ki, bu tip aclıqda bizi hərəkətə yaxşı motivasiya edə bilər.

İnsan aclıq dərəcəsi nə qədər çoxdursa, onun biznesdə işləmə qabiliyyəti, əzmkarlığı, pozitivliyi bir o qədər çox olur. Riyazətçilərin dilində desək: “Aclıq dərəcəsi ilə, biznes qabiliyyətləri arasında düz mütanasiblik var”. İcazə versəniz, Sizlərə bir neçə misal çəkəcəm. Misallar həm biznes, həmdə ümumi tarixi hadisələr barədə olacaq.

1941 – 1945 Sovet ordusunun qələbəsi. Sadə iqtisadi hesablamalara baxsaq, sovet ittifaqının ikinci dünya müharibəsində qalib gəlmə səbəbləri heç bir şəkildə izah edilə bilməz. Niyə Stalingrad döyüşündə sovet ordusu almanları darmadağın edir, niyə məhz 2 illik blokadan sonra Leningrad blokadanı qıra bilir, niyə məhz Kurs, Belgrad azad edilir?! Çox sadə sovet ordusu, sovet xalqı ac olur. Alman əsgərləri, almanlar sovet ittifaqına hücuma keçməzdən əvvəl qələbəni o qədər dadmışdılar ki, onlar üçün növbəti qələbə istəyi dərin deyildi. Sovet ordusu isə, öz aclığından istifadə edib, mümkünsüzü mümkün etdi.

Apple. Düşünün, dünyada istifadə edilən kompyuter proqramların demək olar ki, heç biri Apple məhsullarını dəstəkləmirdi. Sadə məntiqlə heç kim, Apple məhsulları almalı deyildi, heç kim! Amma Apple şirkətinin sahibi və ya əməkdaşları rəqiblərindən çooox ac edilər. Nə Samsung, nə Microsoft, nə Sony Apple qədər uğur, pul və şöhrət qazanmaq istəmirdi. Nəticə təbii olaraq məlum idi. Apple bütün mübarizə apardığı bazarlarda əsas rəqiblərindən öndə oldu. Aclıq biznesi dahada çiçəkləndirirdi.

Galatasaray. Türkiyyədə qlobal hansı marka var dedikdə, bir vaxtlar tək ağla gələn Tarkan və Galatasaray futbol komandası idi. O vaxtlar GS Kubok Uefanı, Arsenaldan udanda səbəb çox sadə idi, Galatasaray uğura Arsenalla müqayisədə daha çox ac idi. Özünüz baxın…

Digərlərinə baxaq. Amma baxdığımız bütün misallarda aclıq faktorunun uğur qazanmaq üçün necə vacib olduğunu görəcəksiniz. Buna aclıqdan başqa istəkdə demək olar. İstək nəyinsə həyata keçməsi üçün əsas səbəblərdəndir, əziz oxucu. Azərbaycandada vəziyyət əslində eynidir. Ölkəmizdə lider olan istənilən şirkətə baxın (Fab Boya, Embawood, Ideal, Romantic və s.) hər birində əsas kriteriya, əsas səbəb kimi məhz aclığı hiss edəcəksiniz. Sahibkar tox olduğu andan, onun biznesi geriyə getməyə başlayır. Sahibkar azla qane olduğu andan onun biznesi ucuruma qedir, təəsüf ki.

Diqqət edin, dünyada çox böyük biznes sahibləri belə özlərini daim ac saxlamaq üçün müəyyən hədəflər qoyurlar, inkişaf üçün nələrisə edirlər. Hədəfin, arzunun, aclığın bitdiyi an biznesində tənəzzülə gedəcəyə andır, məncə.

Bəlkə elə buna görə deyirlər ki, biznesdə statik vəziyyət olmur – ya irəli gedəcəksən, ya da geriyə. Amma harasa mütləq getməlisən, yerində dura bilməzsən. Aclıq insan üçün ən gözəl motivasiya elementidir. Sizi bilmirəm, amma mən çox acam.

İnanıram ki, aclığımız heç vaxt bitməyəcək və daim yarı-ac şəkildə işlərimizin üstündə daha çox çalışaceyik.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close