image_pdfimage_print

Dünən ANS TV-də yayımlanan “Deməsək Olmaz” verilişində qonaq qismində çıxış edirdik. Verilişdə bizimlə yanaşı, AR Kənd Təssərrüfatı Nazirliyinin şöbə müdiri, İqtisadi İnkişaf Nazirliyinin məsul şəxsi, tanınmış iqtisadşı-jurnalist Əli müəllim və tanınmış aktyorumuz iştirak edirdi. Məmur dostlarımız ölkədə kənd təsərrüfatının inkişafı barədə danışmaq istəyirdi… və təbii olaraq biz qeyd etdik ki, ölkəmizdə ən bərbad sektor məhz kənd təsərüfatıdır. 

Əziz oxucu, Siz videoda baxdınız, amma əlavə olaraq mən mütləq qeyd etməliyəm ki, bazar iqtisadiyyatında “sünilik” , “sübsiyadalaşdırma” kimi proseslər heç bir zaman hansısa sahəni inkişaf etdirmək olmaz. Məhz Azərbaycancanda olan kənd təsərrüfatında olan vəziyyət sübut edir ki, istənilən sahə məhz öz “ayaqlarında” dayandığı zaman uğurlu ola bilər.

Diqqət edin. İllər boyu ölkəmizdə kənd təsərrüfatı “süni” yollarla inkişaf etdirməyə çalışılıb. Bu sahədə Vergi olmayıb, bu sahəyə “guya” ucuz kreditlər verilib, bu sahəyə “guya” lizinq şərtləri ilə yaxşı texnoloqiyalar verilib və s. NƏTİCƏ?! Nəticə göz qabağındadır. Azərbaycanda kənd təsərrüfatının vəziyyəti üzr istəyirəm senzuraya görə üç rəqəmli gündədir (!)

Biznes öz yağında bişdiyi zaman daha dadlı olur. Biz ölkədə hansısa bir sahəni həqiqətəndə inkişaf etdirmək istəyiriksə orda rəqabət yaratmalıyıq. Yalnız belə olduğu halda sektor inkişaf edə bilər. Bəlkə elə buna görə ölkəmizdə AZAL biyabırçı vəziyyətdədir. Bəlkə buna görə AzerPoçt işləyə bilmir, bəlkə buna görə Dəmiryolu çox keyfiyyətsizdir və s.

İstənilən proses yalnız evolyutsiya yolu ilə getdiyi zaman uzunmüddətli təsirə malik olur. Atalar doğru deyib: “Hayla gələn, vayla gedir…”. Bunu diqqət etmək lazımdır. Bu hər yerdə belədir. Biznesdədə belədir. Daimilik və ardıcıllıq uğur qazanmaq üçün əsas prinsiplərdəndir. Yalnız konkret sahə üzrə ardıcıl şəkildə işlədiyimiz zaman biz uğur qazana bilirik. Heç bir zaman, qısa müddətli uğurlara güvənib addımlar atmaq olmaz. Nəyinsə daimi olması üçün, biznes mütləq və mütləq özünə güvənməlidir, öz ayaqları üstə dayanmalıdır.

… təəsüf ki, ölkəmizdə olan sahələrin bir çoxu, öz ayaqları üstündə deyil, məhz neft, gömrükdən gələn pullarlın üzərində qurulublar. Buna görədə sözü gedən sahələr inkişaf etmir, çünki pul havadan gəlir. Azərbaycan Kənd təsərrüfatıda, daim subsiyadalaşıb, nəticədə sahə məhv olub. Məsələn, kənd təsərrüfatının inkişafı “tormuzlayan” əsas göstərici kimi, suvarma probleminin həll edilməsi yerinə… biz sahəni vergidən azad etdik. Nəticədə yenədə heçnə inkişaf etmədi və s.

Biz çox istəyirik ki, ölkəmizdə iqtisadiyyat real fundamentin üzərində inkişaf etsin. Bunun üçün əlbəttə, hər şey sərbəst olmalı, azad rəqabət mühiti olmaqla yanaşı, məmur biznesdə uzaq olmalıdır.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close