image_pdfimage_print

Əziz oxucu, əgər Siz bizim bloqu mütəmadi qaydada oxuyursunuzsa, əgər Siz İlkin Manafovun videolarını, yazılarını, kitabını izləyirsinizsə – deməli 100% Sizin beyninizə oturan bəzi ifadələr var. İstəyirəm bu ifadələri Sizlərə bir daha xatırladam.

Əslində məni ifadə edən, bizim bloqun ana istiqaməti kimi götürülən və qəbul edilən ifadələrin olması superdir. Bu o deməkdir ki, bloqumuzun özünə xas bir üslübu var və Siz bunu oxuduqca daha aydın formada başa düşmüş olursunuz. Beləliklə bu bloqun, dolayısı yolla İlkin Manafovunun vizit kartı olaraq qəbul edilən ifadələr aşağıdakılardır:

P.S. Əgər Sizdə digərləridə varsa, bizə yazın!)

Karvan yolda düzələr. Əziz oxucu, əmin olun çox düşünməyin, nəyisə dərin təhlil etməkdənsə onu sadəcə etmək lazımdır. Unutmayın karvan yalnız hərəkətdə olduğu zaman düzələ bilir. Eləcədə işlərimizdə elədir. Həll edilməsi üçün başlamaq lazımdır.

İdeya deyil, icraya fikir verin. Ən mükəmməl ideyanın, bərbad icra məhv edə bilər və ya orta səviyyəli bir ideyanı, düzgün icra etməklə mükəmməl etmək olar. Biznesdə ideyanın dəyəri gündən-günə azalır. Vacib olan icra keyfiyyətidir.

Həyatda ən dəyərli nemət sağlamlıq, biznesdə isə əlaqələrdir. Biznes qurmaq üçün ən vacib resurs əlaqələrdir. Düzgün və sistemli əlaqə qurmağı öyrənin və Sizin biznesiniz super gedəcək. Əlaqələr biznesmen üçün ən düzgün investitsiyadır.

Marketinq AİR sadəcə təlim deyil, tam fərqli ab-havadır. Təsəvvür edin ki, biz artıq 8-ci dəfə Marketinq AİR edirik və hər dəfə anşlaqla. Səbəb?! Səbəb çox sadədir, Marketinq AİR sadəcə təlim deyil, Markeitnq AİR biznes düşüncə tərzidir, fikirdir, həyata fərqli baxışdır. Marketinq AİR əlaqələr, qarşılıqlı faydadır. Əziz oxucu, Marketinq AİR kimi təlim keçmək olar, amma AİR ab-havasını vermək, mümkün deyil!)

Hamının YOX dediyi işləri edin – alınacaq. Əziz oxucu, əmin olun, hamının “eşi etmə…” dediyi proektlər daha faydalı ola bilər. Çalışın hər bir elementdən, hər bir maneyədən üstünlük, fayda qazana biləsiniz. Bu çox vacibdir. Bu şərtdir. Hamının YOX deməsindən qorxmayın, onlara “HƏ” desəydi, özü edərdi…

Biznes xəyallara gedən yoldur. İnsanlar istər əmək haqqı almaqla, istərsədə biznes qurmaqla xoşbəxt ola bilərlər. Hər birinin müsbət və mənfi cəhətləri var. Amma əmin olun, əgər Siz xəyallar qurub, irəli getmək istəyirsinizsə, Siz mütləq və mütləq biznes qurmalısınız.

Böhran – Fürsətdir. Əmin olun, böhranda qurulan bizneslər daha asand və sistemli ola bilər. Böhrandan qorxmayın, hər bir zülmət gecənin sonunda işıqlı sabah olur. Pozitiv olun, ümidinizi kəsməyin. İşləyin alınacaq!

Sosial şəbəkələr inanmayın. Bügün biznes üçün ən böyük düşmən rolunda Facebook çıxış edir. Elə təsəvvür yaranır ki, elə bil dünyada böhran olmayıb!) Hər bir ölkədə böhran zamanı, insanlar kimisə günahlandırmağa çalışır. Əzizlərim… bəlkə bir-az öz işiniz barədə düşünəsiniz. Böhran-zada fikir verməyin, hərəkət edin, ruzini Qurban olduğumuz yetirir.

Bu yazını yazıb mən ağlımda olan bəzi statusları yenidən Sizinlə paylaşmalı edim. Sevindirici haldır ki, bizim bloqu belə həvəslə oxuyursunuz. Bizə inanırsınız. Sağ olun!

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close