image_pdfimage_print

Bügün mənim 33 yaşım tamam olur. Sizdən nə gizlədim, o vaxtlar yarı-kasıbçılıq, yarı diqqətsizlikdən ad günü tarixlərim zaman-zaman dəyişib. Məsələn, passportda 24 mart, versiyaya görə 18 mart, qeyd edilmə tarixinə görə 21 mart olsada, ad gününüm dəqiq tarixini bilmirəm (bilirəm eee, mənasını bilmirəm). Əziz oxucu, ad günün nə vaxt olması və ya niyə olmasının heç bir əhəmiyyəti yoxdur. Vacib olan bilirsiz nədir?!

Laaap uşaq vaxtlarından valideynlırim hər dəfə mənim ad günümü təntənəli edirdilər. Allah bütün valideynlərin canını sağ eləsin, mənimdə valideynlərim onun içində. Əlbəttə, müəllim ailəsi olaraq həgin ki, pula hər zaman daha çox ehtiyyacımız olub, amma mən bir uşaq olaraq bunu hiss etməmişəm. Bəlkə ad günüm daim maraqlı olduğu üçün, bügün ad günü etməyə həvəsim yoxdur… AMMA məncə yox.

Hər bir insanın mütləq və mütləq həyatda düzgün təyin edilmiş həyat missiyası, məramı olmalıdır. Biz hər zaman son dəqiqəyə yaxında olsa özümüz üçün belə bir sualla cavab verməliyik – Biz bu həyatda nə üçün yaşayırıq?!

Çox təəsüf ki, çox təəsüf ki, Azərbaycanlı olaraq biz, belə suallara mənşəət xarakterli cavablar veririk. Məsələn, təxminən belə cavablar:

  • uşaqlarımız üçün yaşayırıq… onlara bir gün ağlayaq…
  • valideynlərimiz üçün yaşayırıq… onlara layiqli övlad olaq…
  • pul qazanmaq üçün yaşayırıq və s.

Əziz oxucu, bunların heç biri insan üçün bir missiya formasında ola bilməz. Biz insan, şəxs olaraq daha sistematik missiyalar qarşımıza qoymalıyıq. Məhz düzgün qoyulan missiya bizi daha əzmlə işləməyə, daim özümüzü motivasiya etməyə, həvəsli olmağa təsir edir. Sizi bilmirəm… amma mənim üçün çox pis təsir edir ki, bizim həyat missiyamız hansısa bir məişət propleminin üzərində cəmlənsin.

Biz hesab edirik ki, həyat missiyası konkret olaraq hansısa qeyri-maddi dəyərin üzərində cəmləşməlidir. Bu əslində biznesdədə belədir. Güclü bizneslər məhz düzgün idealoji bazanın üstündə idarəedilir. Hansısa həddən sonra işçiləri, kollektivi idarə etməyin yolu, düzgün missiyanın təyin edilməsindən keçir. Çünki insanları pulla uzunmüddətli dövrdə motivasiya etmək mümkün deyil. İnsanlar hansısa konkret amal uğrunda çalışır, hərəkət edir.

Dünyada ciddi uğur qazanmış biznesmenlərin tarixini öyrəndikdə aydın şəkildə sezilir ki, bu insanların həyatlarının müxtəlif mərhələlərində motivasiya edici güc məhz həyat missiyası olub. Əminəm ki, həyat missiyası hər bir insan üçün özünə xas, gizlidir. Mənimdə missiya hesab etdiyim bəzi həyat prinsiplərim, dəyərlərim var. İllər keçdikcə, yaşa dolduqca bu missiyalar mənim həyat baxışlarıma daha çox təsir edir. Onları daha çox yönləndirə bilir.

Həyat missiyası insanın çətin və uğurlu vaxtlarında “çaşmağa” yolunu dəyişməyə imkan vermir. Onu daha kamil formalaşdırır. Çox vacibdir ki, biz maddiyatçılıqdan azad olaq. Yalnız bələ olduğu zaman azad, sözünə düzgün və ürəkli Azərbaycan gəncliyi meydana gələ bilər.

Ad Günü təbrik edən çox saylı dostlarımıza çox sağ ol deyirəm. Yaxşı varsınız. Ad günü onları tanımaq üçün yaxşı bir imkandır, bəlkədə!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

  1. Əllərinizə sağlıq. Bu mövzuda həmfikirik müəllim.)) Mənim üçün də öz ad günüm özüm üçün heç də özəl deyil. Hələ bu gün üçün əlavə məsrəf etməy tamamilə məntiqsizdi. Ümumiyyətlə bir insanın cox böyük məqsədlərinin yanında bu şeylər biraz cılız qalar.Bu ancaq balaca uşaqlar ya da qızlar üçün məqbul hesab edilə bilər. Bu arada diqqətsizliyimə görə üzrlü hesab edin. Sizi keçmiş ad günü və Novruz bayramı münasibətilə təbrik edirəm. :)

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close