image_pdfimage_print

Dünən dostlarımızın biri ilə söhbət edirdik və biznesdə ilk addımın necə çətin olduğuna toxunduq. Dostumuz gənc olmasına baxmayaraq kifayət qədər ciddi bir iş qura bilmişdi, istehsalla məşğul idi. Əziz oxucu, bügün gördüyünüz ən böyük bizneslər belə bir vaxtlar çox çətin olan “İlk addımla” başlamışdır. Əmin olun, biznesə başlamaq üçün ilk addım, ilk təşəbbüs ən çətini və çətin olduğu qədərdə lazımlıdır. Bilirsiz niyə?!

İlk əvvəl qeyd edim ki, nəyəsə nail olmaq, nəsə etmək üçün Sizlərində bildiyi kimi başlamaq lazımdır. Amma təbii ki, başlamaq lazım olduğu qədərdə necə başlamaq vacibdir. Məhz “necələr” güclü sahibkarları, uğursuzlardan fərqləndirir, seçir.

Sizdə bilirsiniz ki, muasir dövrdə ideyanın dəyəri gündən-günə azalır. Bu təbiidir. Çünki internet, muasir texnoloqiyalar ideyaya gedən yolu daha sadə edir. İdeya tapmaq əslində sadə olduğundan biznesdə, icranın, necələrin əhəmiyyəti dahada artır. Biznesdə uğur qazanmağın yolu, “necələrdən” keçir. Yəni konkret işi necə icra etməkdən. Neysə… söhbətimizdən çox uzaqlaşmadan biznes başlamaq üçün İLK addımlar barədə fikirlərimizi dahada açmağa çalışaq.

Niyə İLK addım hər zaman ən çətini olur?

Birincisi İLK addım atıldığı zaman, gələcək biznesmenin heç bir təcrübəsi, biliyi olmur. Onun keçmişdən gələn bir vərdişi olmadığı üçün işlər onun çox çətin gəlir, axı daha əvvəl bunu etməyib. Məsələn, mənim yadıma düşür ki, bölgələrdə ilk mebel salonunu açdığımız zaman, düz 2 ay (!), salonu hazırlaya bilmədik. Mebellərin necə qurulmalı olduğunu, qurulduğu zaman necə etməli olduğumuzu bilmirdik. Nəticədə mağazamız çox gec açıldı. Açılmağı bir yana qalsın, ümumiyyətlə bərbad formada idi.

Nəticə: İLK addım atdığınız zaman Sizi üstünüzə gələcək çətinliklərdən qorxmayın. Əmin olun, növbəti dəfələrdə bu çətinliklər Sizin üçün çox bahalı və lazımlı dərs olacaq. Bu dərsi öyrənmək üçün mütləq biznesin olmaq, onu hiss etmək lazımdır. Kitablarda yazılmır (!)

İkincisi İLK addım atıldığı zamanın biznesmenin əlində yetərincə maddi və kadr potensialı olmur. Gəncə yaşayan yaxın dostumuzun mənə bu haqda danışdığı heç yadımdan çıxmır. Bügün ölkənin ən böyük aksessuar topdancılarından olan dostumuz, Çinə ilk getdiyi vaxt cibində olan pulun 90% borc olaraq götürüb. Amma burda bir məsələyə diqqət edin… dostumuz daha əvvəl bu sahədə pərakəndəçi olaraq çalışıb, işi bilib və sonra topdançı olmaq istəyib. Əmin olun, əksi olsaydı, biz bügün bloqda dostumuzdan yazmazdıq!

Nəticə: İLK atacağınız addımda riskləri maksimum ağıllı formada etmək lazımdır. Hər dəfədə dediyiniz kimi ömründə maşın sürməyən adamın təyyarə sürməyə başlaması qorxulu ola bilir. Risk edin, amma bir-az düşünün!)

Üçüncüsü İLK addım atıldığı zaman kənar qüvvələr Sizə mənfi təsir edəcək. Əgər Siz uğurlu bir bizneslə məşğulsunuzsa, bütün ətrafınız Sizin biznesi tirajlanmasını, çoxalmasını təşviq edəcək. Nəticədə onlar bu sözü deməklə heç nə itirmir. Amma Siz… Siz hər bir addımınızı 100 dəfə ölçüb-biçməklə yanaşı bilmılisiniz İLK addım atılan zaman adətən ətraf mühitdən verilən məsləhətlər bir o qədərdə uğurlu olmur. Özünüzə və müşahidələrinizə inanın.

Nəticə: İLK addım atılan zaman hamının Sizdən narazı olmağına hazır olun. Heç kim riski bölüşmək istəmir. Birdə əmin olun, uğurlu ideyalar məhz digərləri tərəfindən bəyinilməyən ideyalardır. Daha dərinə gedim… hamının YOX dediyi işin alınma ehtimalı daha çoxdur. Ürəkli olun, müşahidələrinizə güc verin.

Əziz oxucu, bloqda yazılan hər bir cümlə, hər bir söz mənim şəxsi təcrübəmdə gördüyün və yaşadıqlarımdır. Amma diqqət edin, bu heçdə o demək deyil ki, biz burda konstitutsiya yazırıq və s. Bizim dediklərimizidə mütaliyə edin, ətrafda qurmaq istədiyiniz biznesli müşahidə edin. Baxın, düşünün, doğrusunu Sizdən yaxşı bilən yoxdur. Olmayacaqda!

Bu arada böhran-zad boş şeydir. Ən güclü bizneslər məhz böhran zamanı qurulan bizneslər olub, olacaqda. Məntiq çox sadədir. Böhran zamanı bazar konyukturu dəyişir. Əvvəllər köhnə şərtlərlə oynayanlar, bügün özlərinə nəyisə sığışdır və ya sadəcə yeni şərtlərlə oynaya bilmir. Siz isə, bazara yeni girirsiz, deməli, Sizin üçün köhnə mahnı yoxdur. Hər şey təzə kağızdan başlayır.

Başlayın!)

amma vaxtınız varsa ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close