image_pdfimage_print

Əziz dostlar, istənilən işlə məşğul olmağın iki yolu var: ya sən bu işi professional formada görürsən, ya da sən həvəskər olaraq bu işlə məşğul olursan. Eyni işi hər iki formada görməklə qısamüddətli zamanda uğur qazanmaq olar. Amma əgər biz nədəsə daimi və uzunmüddətli uğur qazanmağı düşünürüksə, mütləq və mütləq professional formada məşğul olmaq şərtdir. Necə deyərlər gücünü parçalaq heç vaxt xeyr vermir.

Çox sevindirici haldır ki, Sizin oxuduğunuz bu bloq, ana dilimizdə ən çox oxunan və ən böyük həcmi olan biznes bloqdur. Başqa sözlə desək, www.ilkinmanafov.com bloqu qədər ana dilimizdə bloq-postu olan ikinci bir sayt yoxdur (!). Əlbəttə, bu məni bir müəllif kimi çox sevindirir. Kimi sevindirməz!? Sənin gördüyün iş birinci yerdədir. Buna baxmayaraq biz açıq şəkildə “boynumuza alırıq” ki, biz professional bloqer deyilik. Biz sadəcə düşündüyümüzü Sizlərə bölüşürük. Həvəsimiz olanda… AMMA bizim Azərbaycanda əsl bloqer hesab etdiyimiz bəzi şəxslər var ki, mən bu yazıda dediklərimiz bloqerlərin siyahısını vermək istəyirəm. Beləliklə… İlkin Manafovun sosial şəbəkələrdə tövsiyyə etdiyi TOP5 mikro-bloqer kimdir!?

Vaxtınızı çox almadan bir-başa siyahıya keçirəm, sadəcə deyim ki, bu dediklərimiz insanların istedadına mən sözün həqiqi mənasında heyranam. İşlərini super bilirlər. Bu arada bu siyahını seçdiyimiz zaman, adları çəkilən bloqelərin izləyici sayı, komment sayı kimi vacib göstəriciləri heeeç fikir verməmişik. Sadəcə bu siyahı mənim subyektiv baxış bucağıdır. Başlayaq axırdan, əvvələ.

TOP № 5. Aka The One .Son dərəcə maraqlı və sistemli bloqerlik fəaliyyəti var. Bilinir ki, xanım konkret olaraq bu işlə məşğuldur. Bir-az daha intelektual olsa və mövzuları “dağıtmasa” daha sistemli ola bilər, amma buna baxmayaraq izləməyinizi tövsiyyə edirəm.

TOP № 4. Mehriban Həsənova. Çox maraqlı və təsirli yazır məncə. Özünə xas stilinin olması çox fərqləndirir Mehribanı digərlərindən. Həmdə nə gizlədim, onun stili mənə daha çox yaxındır. Elə bil yazılarda yumor olur. Qlamurluq dərəcəsi az olur. Nesə… mən “forslu” adamları heç bəyənmirəm, belə görünür ki, Mehriban daha səmidir, çoxda “forslu” deyil!) Məncə, deyil!

TOP № 3. Nata Osmanlı. Əvvəllər sözün açığı bu xanımın yazdıqlarından heeeç xoşum gəlmirdi. Mənə “cлишком…” qlamur gəlirdi, amma son vaxtlar yazdıqların ciddi məntiq və savad olduğunu hiss edirəm. Oxumağa dəyər. Düzdür mənim ki, “iRAYON” adamları belə yazıları az başa düşür, amma ümumi olaraq maraqlı və sadə postları var. Üçüncü yerə məncə layiqdir!)

TOP №2. Ramin Musayev. Maraqlı yazması ilə yanaşı, real və çox zaman faydalı məsləhələri dolu postlar dərc edir. Öz üzərində ciddi işləyir, yeniliklər yaradır. Bloqer olaraq demək olar ki, bütün “qlamurxanalarda” olması ilə yanaşı, məncə xalqın dilində yazır. Oxumağı tövsiyyə edirəm.

TOP №1. Davud Məmmədov. Bu adama oxumayanları və FB olanları başa düşə bilmirəm!) Davudun yazdığı hər bir postda istedad hiss edilir. Qısa və yumorlu yazmaq üçün hamımız bilirik ki, böyük dünya görüşünə sahib olmaq lazımdır. Davuddu bunları ən üst səviyyədədir. Siyasətdən, biznesdə, həyatdan, bəzən ümumi olaraq adı şeylərdən o qədər gözəl nəticələr çıxarır… əziz oxucu – əgər bu günə qədər Davudu oxumursunuzsa… TƏCİLİ ona abunə olun. Söz verirəm bəyəcəksiniz!

Bu arada yadıma düşmüşkən deyim… adları çəkilən adamların 80% bu və digər formada Milli Marketinq Forumunda iştirak edəcək və ya ediblər. Məsələn, Milli Marketinq Forumu 2016-da Mehriban xanım, Ramin və Davud bəylər çıxış edəcəklər. Necə deyərlər, biz  Marketinq Forumunda Sizlərə yalnız ən faydalıranını təqdim edirik!

Əziz oxucu, bloqerlik bir peşədir. Bu peşəyə ciddi, sistemli və ardıcıl yanaşmaq lazımdır. Fikir vermişəm… bloq açan çox olur, amma illər boyu daimi olaraq bloq yazan… barmaqla sayılər. Bloqer olmaq çox vacibdir. Çünki indiki zəmanədə insanlar TV-də olanlardan çox bloqerlərə inanır, onlara etibar edirlər!

Mənim siyahım sırf subyektiv idi. Xahiş edirəm digər dostlarımız inciməsin. Belə baxanda… inciyirsədə incisin. AMMA məndən yox, özlərindən! Bloqlarının üzərində daha çox işləsinlər.

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

1 Comment

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close