image_pdfimage_print

Son günlər Sizinlə ətraflı söhbət edə bilmirik. Nə gizlədim bloq yazmaqdan ötrü, Sizinlə söhbət etməkdən ötrü çox darıxmışam. Düz 4 gecədir, ən tez yatdığım vaxt saat 03:00-dan sonra olur. Düz iki aydır, ciddi-ciddi hazırlaşdığımız yeni mağazamızın açılışı axır ki, dünən edə bildik. Açılışdan sonra, özüm üçün bəzi nəticələr çıxardım. Əgər vaxtınız varsa, məni oxuyun, əminəm Sizin üçündə maraqlı olacaq.

İlk əvvəl deyim ki, bu yazını məhz bügün yazmağım təsadüfi deyil. Salonumuzun açılışına dəvət etdiyimiz dostumuz, gənc iş adamı Fuaddın dediyi mənim diqqətimi çox çəkdi və bu sözlərə görə bu yazını Sizinlə paylaşmaq ehtiyyacı hiss etdim. Fuad dedi:

İlkin, açılış super keçdi, amma mən çox istərdim ki, sən biznesdə komandanın rolu barədə fikirlərini bloqda paylaşasan. Bunu oxumaq mənim üçün çox maraqlı olar (biz burda Fuaddın dilindən danışdıq)

Bügünə qədər olan mağazalarımız içərisində ən böyüyü və stratejilik cəhətdən birinci olan Bakı – Gəncə maqistral yolunda yerləşən salonumuzun açılışı çox maraqlı oldu. Daha əvvəl mağaza açılışlarında dərin bir hazırlıq etməsəmdə, bu dəfə salonumuz üçün əlimizdən gələni etməyə çalışırdıq. Diqqət edin, çalışmırdım, çalışırdıq!

Daha əvvəl biz reqionlarda Embawood və Madeyra brendlərinin bayisi kimi fəaliyyət göstərirdiksə, 2015-ci ildən biz Azərbaycanın ən dinamik inkişaf edən mebel şirkəti Belissa mebelinin Mingeçevir – Bərdə – Goran bölgəsində bayiliyi aldıq. Təklif edəcəyimiz mebel çeşidlərində son dərəcə keyfiyyətli və muasir dizaynlı Belissa tam cavab verirdi. Əgər Embawood və Madeyra brendləri əhalinin aşağı gəlir səviyyəli ailəri üçün təklif edisə, Belissa mebellə biz orta və orta üst gəlir seqmentli ailələr üçündə yüksək keyfiyyətli mebellər təklif etməyə başladıq. Demək olar ki, bütün seqmentlər üçün rasional təklif edə bildik. Bu böhran dövründə çox vacib idi. Təbii ki, Sizdə sual formalaşa bilər ki, böhran dövründə yeni brend mağazalar şəbəkəsi ilə reqionlarda bazara girmə səbəbləri nədir? Loru dildə desək, niyə biz Belissa ilə strateji əməkdaşlığa başladıq?

  1. Belissa türk istehsalı olan mebellərin alternativi idi. Ölkəmizdə devalvasiya olduqdan sonra, əhalinin alıcılıq qabiliyyəti aşağı düşməklə yanaşı xaricdən gətirilən mebelləri tələbat azalmağa başladı. Çünki türk mebellərinin qiyməti baha idi. Əhali türk mebellərindən rasional olaraq imtina etmək istəsədə, bazarda real təklif yox idi. Yəni türk almayım bəs nə alım – suallının cavabı kimi biz Belissa mağazalarını göstərdik. Bu müştəri üçün mükəmməl seçim idi – türk mebeli bahadır, amma Belissa yerli istehsal olaraq türk istehsalındandan keyfiyyətli mebel təklif edir. Türk mebellərindən daha münasib qiymətə!
  2. Belissa keyfiyyətli mebel təklif edirdi. Bizim satış nöqtələrimiz reqionlarda olduğundan müştəri məmnuniyyətinin əhəmiyyəti dahada artırdı. Necə deyərlər “rayonda pis xəbər daha tez yayılır…”. Belissa öz keyfiyyət parametrlərinə görə bizim istəklərimizə tam uyğun idi. Naxçıvanda qurulmuş yüksək texnoloqiyalı istehsal struktur olan fabrik bizim üçün “göydən” düşmə idi. Keyfiyyətləri superdir!
  3. Belissa komanda ruhu hiss edilirdi. Bunu mən sıra olaraq sonuncu yerə salmağım təsadüfi deyil (!) . Əslində bu səbəb elə Belissa ilə əməkdaşlığa başlamağın ən birinci səbəbi idi. Şirkətdə təxminən 7-8 ay əvvəl rəhbərlik dəyişikliyi oldu və… və nə oldusa bundan sonra başladı. Sözün həqiqi mənasında işlərini “can” qoyduqlarını gördüm. Təəsüf olsun, Azərbaycanda biznesə belə “canını” qoyan adamlar, şirkətlər çox azdır. Belissa ilə əməkdaşlıqla mən hiss etdim ki, həqiqətəndə bu adamlarla “Mən” deyil, “Biz” ola bilirik.

Azərbaycanda bu çox vacibdir, çünki yoxdur! Bizdə məsələ tam fərqlidir. Biz ya hər şeyi özümüz etmək istəyirik, ya da hər şeyi özümüz edirik. Üçüncü alternativ yoxdur!)

Biznesdə çox vacibdir ki, komanda işini düzgün təşkil edəsən. Bunu etmədən inkişaf etmək çox çətindir. Məsələn:

  • İstehsalçı şirkətin həmdə mağazalar şəbəkəsi qurması səhvdir. Bu gücün parçalanmasına gətirib çıxaracaq. Nəticədə Sizin mallarınızı digər dilerlər (satıcılar) Sizdən inciyəcək. Bunun yerinə, öz sahənizdə ixtisaslaşsanız doğru olar;
  • Pərakəndəçi istehsala girir. Əlbəttə kobud səhvdir. 99% uğursuz olacaq, böyük ziyanlarla çıxacaq. Səbəbi çox sadədir – hərənin bir işi olur. Kimsə sata bilir, kimsə istehsal etməyi. Amma əmin olun ikisini bir arada edənlər heç vaxt uğurlu olmur;
  • Şirkət rəhbəri hər işin dalınca özü qaçır. Əlbəttə bu çox kobud səhvdir. İlk baxışdan elə görünə bilər ki, şirkət sahibi özü qaçır və hər şeyi daha səliqəli edir. Amma əslində o öz əlləri ilə öz biznesinə “mina” qoyur. Komanda işi çox vacibdir.

Əziz oxucu, Qurban olduğumuza min şükür, mən öz biznes partnyorlarımdan, əməkdaşlarımdan və biznesi əhatə edən nəzarət edici orqanlardan hələlik razıyam (sonunculardan qismən!). Onlarla birlikdə hiss edirəm ki, “MƏN” yox, “BİZ”ik. Bu indi ki dövrlərdə çox vacibdir. Böhran dövründə bütün biznes subyektlər bir-birlərinə dəstək verməlidirlər, necə deyərlər kimin-kim olduğu indi bilinir.

Növbəti yazılarımda biznesdə işçi – rəhbər münasibətləri barədə yazacam. Necə deyərlər işçilərlə rəhbərliyin “BİZ” olmasından! Hələlik isə, hər yerdə ailədə, biznesdə, dostlarla “MƏN” deyil, “BİZ” olmağınızı arzulayıram!) Necə deyərlər “Hər şeyi yaxşı olacaq…”

P.S. “MƏN” deyil, “BİZ” olmağın ən vacib nöqtəsi əlbəttə ki, öz yarınızı, paranızı tapmaqdan keçir. Bu çooox geniş mövzudur!)

ƏLAVƏ OXUMAQ ÜÇÜN:

şərhlər

şərhlər

Fikir bildirin

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

*

Close